MSK Gülər Əhmədovanın namizədliyini qeydə almadı

Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb. “Trend”in məlumatına görə, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.
G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.
MSK DSK-nın qərarını qüvvədə saxlayıb.