Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda siyasi qətllər dövrü başlanır – Paşinyanın ilk DTX rəhbərinin gözləri yollarda…

Image


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın qətli ətrafında baş verənlər ortaya yeni maraqlı vəziyyət çıxarıb. Xatırladaq ki, Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Onu həmin postda “məxməri inqilabdan” sonra Artur Vanetsyan əvəzləmişdi. Baş nazir Nikol Paşinyanın müraciətindən sonra Ermənistan prezidenti Arman Sarkisyan onu tutduğu vəzifədən azad etmişdi. 

İstintaq Komitəsinin rəsmisi Artur Melikyan bildirib ki, Kutoyan gicgahından dəyən güllə ilə ölüb. Lakin otaqda çoxsaylı güllələr və boş gilizlər, divarda güllə izləri aşkar edilib. Bu isə onun qətlə yetirilmə ehtimalını əhəmiyyətli dərəcədə artırır. “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan məsələ ilə bağlı bildirir: “Georgi Kutoyanın faciəli ölümü Ermənistanın bütün ictimai-siyasi həyatını silkələyib”. O qeyd edib ki, bundan əvvəl ictimaiyyətin diqqətini “güclü və görünməz” əlin Kutoyanı Böyük Britaniyadakı təhsilini buraxmağa və Ermənistana qayıtmağa məcbur etməsinə yönədib: “Kutoyanın onu bu addıma təhrik edən necə mənəvi və psixoloji təzyiq altında olduğunu yalnız təsəvvür etmək olar. Kutoyan bir neçə il Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın köməkçisi olub, Ermənistanın bütün məhkəmə-hüquq sistemini əlaqələndirib, birbaşa olaraq rəhbərin tam inam və rəğbətini qazanıb. Daha sonra bu inam əsasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edildi. Şübhəsiz o, böyük həcmdə məlumata sahib idi və Ermənistanın həm indiki, həm də keçmiş hakimiyyəti üçün əvəzsiz dəyər təqdim edirdi. Kutoyana qarşı hər hansı cinayət işi açılmamışdı, ona qarşı axtarış elan olunmamışdı, lakin hansısa qüvvə onu perspektivli təhsilini buraxmağa və cəhənnəmə - yeni Ermənistana qayıtmağa məcbur etdi.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hüquq sahəsini koordinasiya edən digər köməkçisi Gevorq Kostanyan idi ki, o da Serj Sarkisyanın tam etimadını qazanırdı. Daha sonra o, Ermənistanın baş prokuroru təyin olundu. Şübhəsiz, Kostanyan da dəyərli məlumatlara sahibdir, indiki və keçmiş hakimiyyət üçün heç də az əhəmiyyət kəsb etmir.
Kutoyandan fərqli olaraq, Kostanyana qarşı cinayət işi açılıb, beynəlxalq axtarış elan edilib və Ermənistanın yeni hakimiyyəti onu Ermənistana qaytarmaq üçün hüquqi təzyiq vasitələri tətbiq edir.
Kostanyana qarşı irəli sürülmüş ittihamın əsaslandırılmasını bir kənara qoyaraq həmin qüvvələrin Kutoyanın öz həyatı hesabına vermədiyi şeyi Gevorq Kostanyandan almağa cəhd edəcəklərinə diqqət yetirmək lazımdır. Nəticə etibarilə, Ermənistanın bütün siyasi və ictimai qüvvələri diqqətini yaxın gələcəkdə Kostanyan ətrafında baş verəcəklərə yönəltməlidir. Hər halda, məhz Gevorq Kostanyan keçmiş və indiki hakimiyyətin mübarizəsinin epimərkəzində olacaq”. Partiya sədrinin bu açıqlamalarından belə bəlli olur ki, əslində, Paşinyan hakimiyyəti onun üçün təhlükəli sayılan fiqurları ya qətlə yetirir, ya da həbsə atdırır. 

Eyni zamanda, Kutoyana qarşı sui-qəsd Ermənistanın daxili siyasi həyatındakı özünəməxsus bir şəraitdə, daxili həyatın əsasən inqilabdan sonrakı yenidən qruplaşma mərhələsində olduğu bir dövrdə baş verir. Maraqlıdır ki, Kutoyanın müəmmalı ölümündən sonra MTX-nin sabiq direktoru Artur Vanetsyan öz təhlükəsizlik xidmətini gücləndirib. Siyasi ekspert Armen Badalyan məsələ ilə bağlı bildirir:“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktorunun son zamanlar aktivləşməsindən Paşinyan iqtidarı narahatdır. İndilikdə onun aktiv siyasətə girməsindən əvvəl hakimiyyət Vanetsyanın reytinqini aşağı salmaq üçün müxtəlif vasitələrdən istifadə etmək qərarına gəlib”. O bildirib ki, Nikol Paşinyanın qurduğu siyasi sistem Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın timsalında siyasi alternativə dözməyəcək. Badalyan qeyd edib ki, Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən uzaqlaşmaq barədə birmənalı olmayan bəyanatından sonra o, nisbətən passiv mövqedə olsa da, siyasi sahədədir: “Siyasətə daxil olmaq üçün yalnız bəyanatlar vermək kifayət deyil. Bu, zəruri şərtlər, əlverişli hallar tələb edən mürəkkəb prosesdir. Keçmişdə toplanmış kapitalı çox asan dağıtmaq olar və sonra onu toplamaq mümkünsüz olacaq”.

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində məhz Kutoyanı əvəz edib. Amma onun da Paşiynana dirənişi və müəyyən məlumatlara sahib olması bu şəxsin Kutoyanın taleyini yaşayacağını istsina etmir. Məhz bu fonda aydın görünür ki, Paşinyan təhlükəli saydığı fiqurları qətlə yetirməkdən belə çəkinmir.

Ermənistanın “İrates” nəşri yazır ki, Paşinyanın komandasında belə vəziyyət sabit deyil:“Nikol Paşinyanın öz komanda yoldaşlarına qarşı inamsızlığı getdikcə dərinləşir. Heç təsadüfi deyil ki, o, “məsuliyyətli” işləri yalnız öz ailə üzvlərinə etibar edir”. Nəşrin əldə etdiyi məlumatlara görə, Paşinyanı ən çox narahat edən məsələ onun komandasının bəzi üzvlərini başqa siyasi qüvvələrlə, nüməyəndələrlə “oyunlar” oynamağa başlamasıdır və uyğun anda onlar “cəbhəni” dəyişdirə və Paşinyanı tək edə bilərlər: “Bu mənada Artur Vanetsyana ünvanlanmış sərt tənqid dalğasının dərinlikdə başqa məqsədi də var. Paşinyanın komandası daxilində bəzi şəxslər Vanetsyandan daha üsyankar ola və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisinin hələ ki deyə bilmədiyi şeyləri açıqlaya bilərlər. Buna paralel olaraq, “Mənim Addımım” fraksiyasında deputatlar var ki, Vanetsyan qanadında çırpınırlar, başqa sözlə desək, daxildən ona yardım edirlər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ