19/02/2020 14:46
728 x 90

Ermənistan Putinin Konstitusiya islahatlarını qaralamağa başlayıb - Qəddafinin faciəsinə istinadlar var...

img

Rusiyada Putinin başladığı Konstitusiya islahatlarına Ermənistandan ironik yanaşmmalar ortaya qoyulur. Hətta prosesi qaralamağa cəhdlər də hiss edilir. Ermənistan mediasının aktiv şəkildə apardığı təbliğat bundan ibarətdir ki, Rusiyadakı islahatlar Putinin hakimiyyətdə qalışını uzatmağa hesablanıb. Qeyd edilir ki, Putin Konstitusiyaya hörmət adı ilə bir daha Prezident seçilmək istəmir, ancaq Federal Məclisə geniş səlahiyyətlər verib, həmin quruma rəhbərlik etməyi düşünür.

Maraqlıdır ki, erməni mediası bir qədər də uzağa gedərək, Putinlə Liviyanın öldürülən prezidenti Qəddafi arasında da paralel aparıb. Bildirilir ki, Putin 2010-cu ildə hakimiyyətdən getmək istəyirmiş, ancaq Qəddafi ilə bağlı səhnəni seyr edəndən sonra hakimiyyətdə daha çox müddətə qalmağı seçdi. Məqalədə bildirilir ki, adətən Rusiya ölkənin xaricində müharibəyə başlayanda belə köklü dəyişikliklər edir. İddia olunur ki, Rusiya hansısa yeni müharibəyə başlamağı düşünür. Çox maraqlıdır, Ermənistan niyə Rusiyada aparılan islahatlardan bu şəkildə narahatlıq ifadə edir və həmin addımları qaralamaqla məşğul olur?

  • Zamin Axundov: “Erməni KİV-nin təsir arealı elə də böyük deyil ki, Rusiyadakı proseslərin qarşısını ala bilsin”

Politoloq Zamin Axundov qəzetimizə bildirdi ki, Ermənistandakı bu narahatlığın əsaslı səbəbləri var: “Əslində, bu narahatlıq xalqın səsi deyil. Çünki sadə xalq Rusiya ilə münasibətlərin normal olmasını istəyir. Ermənistandakı iqtisadi böhran həmin ölkənin vətəndaşlarını daha çox Rusiyada çalışmağa vadar edib. Ermənistan bir ölkə olaraq isə Rusiyanın forpostudur. Buna kiminsə şübhəsi yoxdur. Həmin ölkənin sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Ermənistan ərazisində Rusiyanın böyük hərbi bazası mövcuddur. Yəni Ermənistan, faktiki olaraq, özünü Rusiyanın bir parçası sayır. Orada baş verən dəyişikliklərin Ermənistana da təsirinin olacağına şübhələri yoxdur. Əslində, bu, narahatlıqdan çox şantaja bənzəyir. Bunu da edən Paşinyan və ətrafıdır. Onlar ABŞ və Qərbə meyllənib, özlərinə maliyyə cəlb etmək istəyirlər. Amma buna da Rusiya imkan vermir. Rusiyanın yanında qalanda isə ac olurlar. Məhz bu çıxılmaz vəziyyət onları vadar edir ki, müəyyən manevrlər etsinlər. Bununla Paşinyan anti-Rusiya qüvvələrinə Ermənistandakı ovqatın onların xeyrinə işlədiyini göstərmək istəyir. Praktik olaraq isə Rusiyada baş verə biləcək hər hansı dəyişiklik Ermənistanı buxovdan azad edən deyil. Ermənistan Rusiyanın iradəsi xaricində belə addım atmaq istəsə, Moskva dərhal status-kvonu bizim xeyrimizə dəyişə bilər. Bu baxımdan da Ermənistanda edilənlər imitasiyadan başqa nəsə deyil. Eyni zamanda, erməni KİV-nin təsir arealı elə də böyük deyil ki, Rusiyadakı proseslərin qarşısını ala bilsin. Bu, kənardan durub gedən karvana doğru səs salmağa bənzəyir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər