21/09/2020 17:42
728 x 90

ABŞ-ın təklifini geri çevirən 8 Avropa ölkəsi hərəkətə keçdi – Körfəzdə Avropanın dəniz missiyası yaradılır

img

ABŞ-ın İrana təzyiqləri artırmaq üçün Fars körfəzi və Hörmüz boğazında başlatdığı və hərbi dəstək istədiyi avropalı müttəfiqləri, “Avropa liderliyində” dəniz missiyasını dəstəklədiklərini açıqlayıblar.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi, Fransa, Almaniya, Belçika, Danimarka, İtaliya, Yunanıstan, Hollandiya və Portuqaliyanın Hörmüz boğazında Avropaya liderliyində bir dəniz hərbi missiyasına siyasi dəstək verəcəklərini açıqlayib.

Qeyd edək ki, Paris, ABŞ-ın rəhbərlik etdiyi “Sentinel Əməliyyatı” adlı missiyanı imzalamaqdan imtina etdikdən sonra, keçən ilin sonundan etibarən Hörmüz Boğazında alternativ, Avropa tərəfindən idarə olunan dəniz təhlükəsizliyi koalisiyasının yaradılmasına çalışırdı.

İngiltərə, Avstraliya, Albaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın rəhbərliyindəki Sentinel əməliyyatında iştirak edir. İsrailin də ABŞ-ın rəhbərlik etdiyi missiyanı dəstəklədiyi açıqlanıb.

Ancaq təklif olunan alternativ missiya, bölgədə istədiyi qədər dəstək ala bilməyən ABŞ-ı və bölgədə heç kimi görmək istəməyən İranı qəzəbləndirəcək.

Beləliklə, Avropa ölkələrinin özündə hərbi dəniz qüvvələrinin yaradılması ehtimalı daha da gücləndi.

Son xəbərlər