19/02/2020 14:38
728 x 90

Putin konstitusiya islahatları paketini parlamentə göndərdi

img

Rusiya prezidenti Vladimir Putin konstitusiya islahatları paketini parlamentə təqdim edib. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat yayan AFP agentliyi Putinin, siyasi sistemindəki sürpriz dəyişiklik planını elan etdikdən 1 həftə sonra Konstitusiya islahatları paketini parlamentə göndərdiyini bildirir.

Putin, yanvarın 15-də Federal Məclisdəki çıxışında, gələcəkdə Rusiyanın ümumi siyasi sistemini dəyişməklə bağlı siqnallar vermişdi. Sonra Dmitri Medvedev başda olmaqla hökumət, sistem dəyişikliyinə yol açmaq üçün gözlənilmədən istefaya getmək qərarını açıqladı.

Hazırkı sistemdə prezident baş naziri parlamentin aşağı qanadı - Dumanın təsdiqi ilə təyin edir. Duma baş nazirin müavinlərini və kabinet üzvlərini də baş nazirin təklifi ilə vəzifədən azad edə bilər. Putinin təklif etdiyi dəyişikliklə prezident, baş nazir, baş nazir müavinləri və icra nazirləri Dumanın təsdiqindən sonra təyin ediləcək.

Son xəbərlər