21/09/2020 17:42
728 x 90

80 saylı seçki dairəsindən deputatlığa namizəd Vüqar Alkərəmov İmişlinin 6 kəndində seçicilərlə görüşüb - FOTO

img

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Alkərəmov Vüqar Oruc oğlu yanvarın 19-da İmişli rayonunun 6 kəndində seçicilərlə görüşlər keçirib.

Bəcirəvan, Telişli, Ağamalılar, Allahmədətli, Muradxanlı və Cavadxanlı kənd sakinləri ilə görüşlər zamanı yerli əhalinin əsas problemləri və gələcək dövrlərdə aktual məsələlərin həll olunması istiqamətində görüləcək işlər müzakirə edilib. Həmçinin, Azərbaycanın iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam etdiyi və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən iqtisadi kurs əsasında məqsədyönlü siyasət aparıldığı, çoxsaylı dövlət proqramları həyata keçirildiyi və sosial-iqtisadi inkişaf yönümlü strategiyaların reallaşdırıldığı bildirilib.

Alkərəmov Vüqar Oruc oğlu görüşlərin birində bildirib: “Bir elin, bir torpağın insanı olduğumuzdan sizin sevinciniz və qayğınız, sizin şadlığınız və kədəriniz mənə tanış və doğmadır. Mən sizlərin hansı problemlərdən əziyyət çəkdiyinizdən, hansı çətinliklərlə gündəlik həyat fəaliyyətinizdə qarşılaşdığınızdan xəbərdaram və bu cür problemlərin, çətinliklərin müasir dövrdə minimum həyat şəraiti üçün də uyğun gəlmədiyini bilirəm. Məhz bunun üçün biz sizinlə birlikdə, bir məqsəd və amal uğrunda çalışmağı özümüzə şərəf bilərək buradayıq. İmişli və Beyləqan rayonlarının çox böyük potensialı var və bu potensialı işə salacaq sistemi yaratmaq kifayətdir ki, sistem özü problemlərin öhdəsindən gəlsin və nəticə olaraq qaz, su, işıq, kanalizasiya kimi XXI əsr problemlərini aradan götürsün”.

Son xəbərlər