24/02/2020 12:26
728 x 90

65 saylı seçki dairəsindən deputatlığa namizəd Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşdü - FOTO

img

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, akademik Əhliman Əmiraslanovun seçicilərlə görüşləri davam edir.

Növbəti görüş Sabirabad rayonunun Cavad kəndində baş tutub. Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva Əhliman Əmiraslanovun təşəbbüsü ilə rayonda görülən işlərdən söz açıb. O, Əhliman Əmiraslanovun Sabirabad əhalisinə qarşı diqqət və qayğısından danışıb. M.Ağayeva bildirib ki, deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun bu dairədən növbəti dəfə namizədliyinin irəli sürülməsi onun ölkədəki, o cümlədən Sabirabad rayonundakı hörməti və nüfuzu ilə əlaqədardır.

Növbəti dəfə seçicilərinin görüşünə gələn Əhliman Əmiraslanov son illərdə ölkə prezidentinin tapşırıqları əsasında digər rayonlar kimi Sabirabadda da əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə iri miqyaslı layihələrin icra olunduğunu, həmçinin yenidənqurma işlərinin aparıldığını bildirib: “Bu gün ölkə Prezidenti, partiyamızın sədri, cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü işlər aparır. Bu gün hər birimiz Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək daha güclü Azərbaycan naminə addımlamalıyıq. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar aparılır və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq vətəndaşlarımız yüksək keyfiyyətli tibbi xidmətlə təmin ediləcək”. Ə.Əmiraslanov Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə ölkəmizin rolu və yeri haqqında danışıb. Tədbirdə iştirak edən Cavad və ətraf - Həsənalı, Əlicanlı və Zəngənə kəndlərinin sakinlərini parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Əhliman Əmiraslanov onu da qeyd edib ki, seçkilərdə vətəndaşların fəal iştirakı demokratik cəmiyyət quruculuğu baxımdan çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən yerli sakinlər deputatın ötən illər ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultmasından söz açıblar. Onlar 9 fevral seçkilərində də növbəti dəfə Əhliman Əmiraslanovun namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.

Son xəbərlər