Cümə axşamı günü, 05 noyabr 2026
     

İkinci Dünya Müharibəsində Sovet rəhbərliyindəki şovinistlər Bakının haqqını yemişdilər, heç olmasa indi haqq öz yerini tutsa...

Image


Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsində Bakının mühüm və həlledici rolu olduğu hər kəsə məlumdur. Lakin SSRİ böyük tarixi ədalətsizliklərə yol verərək Bakıya “Qəhrəman şəhər” statusu vermədi. Ancaq bəzi şəhərlər olub ki, onlar Böyük Vətən Müharibəsində qələbənin təmin olunmasında paytaxtımızdan az rola malik olub, amma onlar “Qəhrəman şəhər” statusunu qazanıblar.

Halbuki, buna Bakının daha çox haqqı çatırdı. Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsinin əlbəttə, müxtəlif siyasi, ideoloji səbəbləri vardı. Buna ən çox mane olan qüvvələr SSRİ rəhbərliyində təmsil olunan şovinistlər, millətçilər, anti-Azərbaycan qüvvələri, əsasən də ermənilər idi. Ermənilər və rus millətçiləri heç bir vəhclə Bakının “Qəhrəman şəhər” statusu qazanmasını istəmirdilər. Bu səbəbdən də Bakı çox böyük haqqı olsa da, bu statusu ala bilmədi.  SSRİ dövründə Bakıya “Qəhrəman şəhər” statusu verilməməsinə bəzi rus tarixçi və dövlət xadimləri də təəssüflə yanaşırlar. Onlar hesab edirlər ki, hər hansı bir yolla, Bakının haqqı özünə qaytarılmalıdır. 

Böyük Vətən Müharibəsinin 75 illiyi münasibətilə Bakıya yeni status verilməsi Rusiya Dumasında müzakirəyə çıxarılıb. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib ki, Bakıya “Əmək Şücaəti Şəhəri” adı verilməsi gündəmdədir: “2020-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi qeyd ediləcək. Bununla əlaqədar Rusiya Dövlət Dumasında sakinlər hərbi və mülki istehsal müəssisələrində fasiləsiz istehsal təmin edən, kütləvi əmək qəhrəmanlığı nümayiş etdirən şəhərlərə “Əmək Şücaəti Şəhəri” adı verilməsi üçün hüquqi əsaslar yaradan qanun layihəsi müzakirə edilir...

Nəzərə alınmalıdır ki, postsovet məkanında olan şəhərlər də bu ada layiqdir. Məsələn, Bakıya qəhrəman şəhər adının verilməsi məsələsi bir neçə dəfə müzakirə edilib. İkinci Dünya Müharibəsi zamanı Bakı sakinləri gecə-gündüz çalışıb Sovet tanklarını və təyyarələrini yanacaqla təmin ediblər. Müharibə illərində Azərbaycanda “Stalinqradımız hər quyudadır” plakatları asılmışdı və bu elə belə idi. Sovet ordusuna lazım olan bütün yanacağın 80%-i buradan gəlirdi” - D.Savelyev bildirib.

Bakıya “Əmək Şücaəti Şəhəri” adı, statusu verilməsi  məsələsinə yanaşmalar müxtəlifdir. Bəzi tarixçilər və politoloqlar hesab edir ki, bu status Böyük Vətən Müharibəsinə həm nefti, həm digər təbii resursları, həm də canlı insan qüvvəsilə töhfə verən Bakının əməyinə adekvat, bəziləri isə əksini düşünür. Onlar hesab edir ki, Bakıya “Qəhrəman Şəhər” statusu verilməsə də, “Əmək Şücaəti Şəhəri” adı verilməsi heç olmasa az da olsa paytaxtımızın əməyinə verilən qiymət olardı. 

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov hesab edir ki, paytaxtımıza “Əmək Şücaəti Şəhəri” adının verilməsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Bakıya bu status verilərsə, bu Bakı üçün kiçik bir göstəricidir. O, qeyd edir ki, Bakı “Qəhrəman şəhər” statusu daşımağa layiqdir və sözün həqiqi mənasında Bakı sakinləri də daxil olmaqla bütövlükdə Azərbaycan xalqı İkinci Dünya Müharibəsində misilsiz xidmət göstərib: “Bakıya “Əmək Şücaəti Şəhəri” adı yox, “Qəhrəman şəhər” statusu verilməli idi. Lakin SSRİ rəhbərliyində oturan şovinistlər, Azərbaycanı sevməyən qüvvələr, xüsusən də ermənilər Bakıya “Qəhrəman şəhər” statusunun verilməsinə ciddi əngəllər törətdilər və Bakı bu statusu ala bilmədi. Əlbəttə, şovinistlərin, ermənilərin maneçiliyi nəticəsində o zaman Bakının “Qəhrəman şəhər” statusu ala bilməməsi böyük tarixi ədalətsizlikdir, Bakının qələbənin qazanılmasında oynadığı rolun təhrif edilməsidir.  Paytaxtımıza “Əmək Şücaəti Şəhəri” adı verilərsə bu onun əməyini, zəhmətini, Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında oynadığı rolu tam ifadə edə bilməsə də,  amma yenə də az da olsa bu onun haqqının qaytarılması olardı. Bakı doğrudan da qəhrəman şəhər idi. İkinci Dünya Müharibəsində Bakı 75 milyon tondan çox neft verib, qırıcı təyyarələrin benzinini də Bakı təmin edib. Bizim neft təmiz olduğu üçün Sovet təyyarələrinin 80-90 faizi Bakı benzinilə havaya qalxıb. Digər resurslarla da Bakı müharibədə iştirak edib. Bilirsiz ki, o vaxt Qroznı nefti təhlükə altında idi, ona görə Bakı neftindən istifadə edilirdi. 600 mindən çox insan cəbhəyə gedib, yüzlərlə insan arxa cəbhədə gecə-gündüz çalışıb. Sözümün canı odur ki, həm ön, həm də arxa cəbhədə Azərbaycan əhalisi xidmət edib. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı da hamının yadındadır. Hamı Böyük Vətən Müharibəsində qələbənin qazanılmasına çalışırdı. Amma təəssüflər olsun ki, Bakıya “Qəhrəman şəhər” statusu verilmədi”.

V.Abışov həmçinin hesab edir ki, Bakıya verilən status Bakının və bakılıların əməyinə adekvat olmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ