25/02/2020 04:03
728 x 90

Paşinyan rəqiblərini yox etmək üçün siyasi qətllərə başlayıb

img

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın İrəvandakı mənzilində meyiti tapılıb. Erməni mətbuatı yazır ki, mənzildə tapılan meyitin üzərində güllə yarası olub.

Bəzi versiyalara əsasən, G.Kutoyanın intihar etdiyi ehtimal olunur. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, istintaq qrupu hadisə yerinə yollanıb. Artıq erməni KİV-ində Kutoyana qarşı sui-qəsd etimalının daha yüksək olduğu yazılır. Paşinyan hakimiyyətə gələndən sonra siyasi rəqiblərinə qarşı amansız davranışları ilə yadda qalıb. Hakimiyyətə gələn kimi Paşinyan Ermənistanı KTMT-də təmsil edən generalı həbs etdi. Bir müddət sonra, onu buraxmağa məcbur qalsa da, bunun ardınca eks-prezident Robert Köçəryana cinayət işi açıldı və o həbsə salındı. Məhkəmələr bir neçə dəfə onu azadlığa buraxsalar da, Paşinyanın israrı nəticəsində o yenə həbsə salındı. Onun başqa bir rəqibi və digər eks-prezident Serj Sarkisyana qarşı da cinayət işi açılıb. Bu eks-prezidentin də aqibətinin Köçəryan kimi olacağına qəti şübhə yoxdur. Ötən ilin sonlarında Paşinyan özünün komadasına qarşı da, amansız və qeyri-qanuni davranışları ilə yadda qalıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi, üstündən heç tam bir gün keçməmiş Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yolları ayrıldı. Paşinyan qabaqlayıcı addım ataraq, prezident Armen Sarkisyana müraciət edərək polis rəisinin istefaya göndərilməsi məsələsini qaldırdı.

Görünür, Valeriy Osipyan da Artur Vanesyan kimi Paşinyana qarşı demarşa hazırlaşırdı və bundan xəbər tutan baş nazir birinci addımı atmağa qərar verib. Çünki istefası ilə əlaqədar Artur Vanesyanın baş nazirə qarşı verdiyi açıqlamalar Ermənistanda əsas müzakirə predmeti oldu. Eyni sərt sözləri polis rəisi də istefa ərizəsi ilə birgə yaza bilərdi. Bu isə rəsmən Paşinyan hökumətinin dağılmasının sürətlənməsi demək olacaqdı.

Ermənistan parlamentində aprel savaşının nəticələrini araşdıran komissiya yaradılıb. Paşinyan bu amildən də siyasi rəqibləri, xüsusilə də Sarkisyan dönəminin generallarına qarşı şantaj vasitəsi kimi istifadə edir. Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib. Görünür baş verən son qətl hadisəsi də, hazırkı hakimiyyətin marağı çərçivəsində olub. Çünki Paşinyanın hakimiyyətə gələndən sonrakı davranışları bunu iddia etməyə tam əsas verir.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər