24/02/2020 12:37
728 x 90

Rusiyalı deputat Bakıya Əmək şöhrəti şəhəri adının verilməsini təklif edir...

img

RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya Əmək şöhrəti şəhəri adının verilməsini təklif edir.

“2020-ci ildə Böyük Qələbənin 75 illiyi qeyd olunacaq. Bununla əlaqədar Dövlət Dumasında qanun layihəsi müzakirə edilib. Həmin layihəyə əsasən, sakinləri kütləvi əmək qəhrəmanlığı göstərərək müəssisələrdə hərbi və mülki məhsulların fasiləsiz istehsalını təmin edən şəhərlərə “Əmək şücaəti şəhəri” adının verilməsi ilə bağlı hüquqi əsaslar müəyyən edilir”, - Savelyev bəyan edib.

O xatırladıb ki, bu gün Qəhrəman şəhər adlarını yalnız Rusiyanın şəhərləri deyil, həm də SSRİ-nin süqutundan sonra digər dövlətlərin ərazisi olan, xüsusilə, Odessa, Kiyev və Brest qalası da daşıyır.

“İndi, “Əmək şücaəti şəhəri”nin ali statusunu müzakirə edərkən nəzərə almaq lazımdır ki, postsovet məkanındaki şəhərlər həmçinin bu ada layiqdir. Misal üçün, Bakıya qəhrəman şəhər adının verilməsi ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Böyük Vətən müharibəsi dövründə Bakı sakinləri sovet tankları və təyyarələri üçün yanacaq nəql etmək üçün çalşıblar. Müharibə illərində Azərbaycanda “Hər quyunun yanı – bizim Stalinqraddır” plakatları yer almışdı, bu məhz belə idi, sovet ordusuna lazım olan yanacağın 80%-i buradan göndərilirdi”, - o qeyd edib.

Savelyev əlavə edib ki, birincisi, Rusiya SSRİ-nin hüquqi xələfidir, ikincisi, birmənalı şəkildə xalqımızın tarixi xatirəsinin qorunmasına yönələn siyasi kursa riayət edib. “Bunun çərçivəsində məntiqlə vurğulamaq lazımdır ki, Böyük Vətən müharibəsində qələbə bir zamanlar vahid sovet xalqının həddindən çox səyləri hesabına qazanılıb. Bu gün biz müxtəlif ölkələrdə yaşayırıq, lakin cəbhədə həlak olan və cəbhənin ehtiyaclarını təmin edən, bir daha qeyd etmək istərdim ki, gecə və gündüz çalışanlara hörmətlə qiymət verə bilərik. Bu səbəbdən istərdik ki, həmin qanun layihəsində Bakıya bu yüksək adın verilməsi imkanı nəzərə alınsın”, - rusiyalı deputat vurğulayıb

Son xəbərlər