25/02/2020 04:24
728 x 90

YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

img

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir. “Trend”in məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

YAP-ın deputatlığa 123 namizədi qeydə alınıb.

Son xəbərlər