24/02/2020 12:20
728 x 90

ABŞ Azərbaycanda parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını mühüm fakt kimi dəyərləndirir

img

“Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq”. Secki-2020.az saytı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

O bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir.

Səfir vurğulayıb ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən şaddırlar.

Li Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. “Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidələrini də izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”. 

Son xəbərlər