Bazar ertəsi günü, 14 iyul 2025
     

Seçki dairəsində ilk təbliğat gününün prosesləri nə göstərdi…

Image

Parlament seçkilərinin növbəti və mühüm sayılan mərhələsinə start verilib. Bu ab-hava özünü ilk olaraq və kütləvi şəkildə sosial şəbəkələrdə göstərməyə başladı. Ayın 16-dan 17-nə keçən gecə, yəni saat 24-dən bir dəqiqə keçdiyi andan sosial şəbəkələri təbliğat posterləri, şüarları bürüməyə  başladı. Namizədlərin çoxluğu ilk andan nəzərə çarpır.

MSK sədri Məzahir Pənahov da dedi ki, bu seçkilərdə rekord sayda namizəd qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, seçki marafonu maraqlı və gərgin rəqabət şəraitində keçəcək. Biz də “Bakı-Xəbər” qəzeti olaraq prosesi yaxından izləyib, rəqabətin daha ciddi gedəcəyi dairələrlə bağlı təhlillərimizi aparacağıq.

Mərkəzi Seçki Komissiyasının (MSK) informasiya bazasında təqdim olunan məlumatlardan görünür ki, qeydə alınan namizədlərin sayının çox olduğu dairələrdən biri də 15 saylı Yasamal Birinci Seçki Dairəsidir. Həmin dairədəki namizədlərin təhlili göstərir ki, təbliğat-təşviqat mərhələsində sözügedən dairədə, sözün əsl mənasında, savaş gedəcək. Ölkənin radikal mövqeli iki müxalif siyasi partiyasının rəhbəri məhz həmin dairədə bir-birinə qarşı rəqibdir. Namizədlər sırasında Müsavat başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da adının olması onu deməyə əsas verir ki, seçki dairəsində müxalifətin səsləri ciddi şəkildə parçalanacaq. Məhz buna görə hətta seçki prosesi başlamadan iki partiya sədri bir-birini niyə məhz bu dairəni seçmələri ilə bağlı ittiham etməyə başladı. Ancaq son nəticədə heç biri digərinə güzəştə getmədi. Müxalifətin irəli sürdüyü namizədlərin sayı bu iki nəfərlə bitmir. Namizədliyi qeydə alınanların sırasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin də adı var. Adlarını əvvəl qeyd etdiyimiz iki şəxs bu dairədən əvvəl namizəd olmayıb, ancaq Elşən Mustafayev bundan əvvəlki seçkilərdə də 15 saylıdan gücünü sınayıb və onun həmin dairənin ərazisində anadan olduğu, hazırda yaşadığı bildirilir. Hakim Yeni Azərbaycan Partiyasının bu dairədən çox da tanınmış bir namizədlə çıxış etməməsi ilk andan belə təəssürat yarada bilərdi ki, seçki marafonu məhz müxalifət partiyasının nümayəndələri arasında aparılacaq. Xatırladaq ki, YAP-ın dairədəki namizədi Azərbaycan Tibb Universitetinin müəllimi Nağıyev Rauf Nəriman oğludur. Ancaq siyahıya ətraflı göz gəzdirdikdə, seçkiyə bitərəf kimi qatılan Quliyev Ülvi Zahid oğlunun adı diqqəti çəkir. Ülvi Quliyev məhz bu dairədən 5-ci çağırış AR Milli Məclisinin deputatı olub. Hazırda seçkinin əsas favoritlərindən biri kimi onun da adı qeyd edilir. Ancaq müşahidələr göstərir ki, Ülvi Quliyev üçün bu seçki prosesi digərlərindən çətin olacaq. Çünki tanınmış idmançı olan Ülvi Quliyev bundan əvvəl üç çağırış millət vəkili olub. Ardıcıl olaraq eyni yerdən deyil, müxtəlif dairələrdən seçilib. Yalnız bu dəfə Ülvi Quliyev 15 saylı Yasamal Birinci Seçki Dairəsindən ikinci dəfə deputat seçilmək qənaətinə gəlib. Nəzərə alaq ki, belə hal həm də seçicilər qarşısında hesabatlıq məsuliyyətini daha da artırmış olur, onda Ülvi Quliyevin yenidən mandat qazanması üçün daha aktiv təbliğat aparmaq zərurəti ortaya çıxır. Qeydə alınmışların 22 nəfərlik siyahısındakı digər şəxslərin adlarına baxdıqda, onların yuxarıda qeyd etdiyimiz tanınmış personalar qarşısında parlaq qələbə qazana biləcəyini elə də inandırıcı etmir. Məlumdur ki, seçkidə son sözü seçici deyir və hansısa sürpriz namizədin qalib gələcəyini də bu amil şərtləndirə bilər. Növbəti dairələrin analizinə qədər, görüşmək ümidilə...

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910