Cümə axşamı günü, 05 noyabr 2026
     

20 Yanvar cinayətinə görə Qorbaçovun Haaqa Məhkəməsinə verilməsi aktuallaşır...

Image


XX əsrin ən qanlı cinayətlərindən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, başda SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov olmaqla, keçmiş SSRİ rəhbərliyinin əmrilə Bakıda dinc Azərbaycan xalqına qarşı törədildi. Qorbaçovun, Yazovun, Primakovun, eləcə də Qorbaçovun Azərbaycandakı əlaltılarının əli yüzlərlə azərbaycanlının qanına batıb.

20 Yanvar faciəsinin törədilməsinin üstündən 30 il keçməsinə baxmayaraq, hələ də canilər cinayət məsuliyyətinə cəlb edilməyiblər. 20 Yanvar qırğınını törədən şəxslərin bəziləri dünyasını dəyişib, bəziləri isə hələ də sağdır, amma onların heç biri törətdiyi cinayətə görə cavab verməyiblər.

Son zamanlar ən çox müzakirə edilən məsələlərdən biri 20 Yanvar facisəsini törədən, onlarla insanın qətlinə fərman verən keçmiş SSRİ-nin prezidenti olmuş Mixail Qorbaçovun Haaqa Məhkəməsinə verilməsi ilə bağlıdır. 20 Yanvar hadisəsinin törədilməsindən 30 il keçdikdən sonra Qorbaçovun Haaqa Məhkəməsinə verilməsi məsələsi aktuallaşıb. Qorbaçovun Haaqa Məhkəməsinə verilməsi gecikmiş olsa belə, gərəklidir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən, 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür.160 evə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi.

  • “O, törətdiyi bu cinayətə görə Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə cəzalandırılmalıdır”

Tanınmış tarixçi-alim, dosent, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, Qorbaçovun və 20 Yanvar faciəsini törədərək Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrə verilməsi, Haaqa Tribunalında ədalət məhkəməsinə çəkilməsi, törətdiyi cinayətlərə görə cavab verməsi olduqca vacibdir. Azərbaycan dövlətinin, vətəndaşının Qorbaçovu Haaqa Məhkəməsinə vermək və onun ağır şəkildə cəzalandırılmasına nail olmaq üçün kifayət qədər əsası var. “İstənilən cinayəti törədənlər cəzalandırılmalıdır. Cinayət cəzasız qalanda həmin cinayəti törədənlər başqa bir cinayətlər də törədirlər, cinayəti təkrarlamaqla insanların haqqını tapdamış olurlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc azərbaycanlılar vətəndaşı olduqları dövlətin törətdiyi qətliama, zorakılıqlara məruz qaldılar. O dövrdə 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işi açılsa da, təəssüf ki, əli onlarla azərbaycanlının qanına batan keçmiş SSRİ rəhbərlərinin heç biri cəza almadı, onlar məsuliyyətdən yaxa qurtardılar. Cəzasız qalan cinayətkarların bəziləri dünyasını dəyişib, bəziləri isə sağdır. Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan siyasi və hərbi şəxslər cəzasız qaldılar. Bu məsələyə siyasi qiymət verilsə də, cinayətkarlar törətdikləri əməllərə görə cavab vermədilər. Deyim ki, hətta o vaxt ABŞ-da yaşayan bir Azərbaycan vətəndaşı 20 Yanvar faciəsinin törədilməsində əli olan keçmiş SSRİ rəhbərliyini öz adından məhkəməyə vermişdi. Həmin vətəndaş Qorbaçovun Bakıda törətdiyi qırğınlara görə beynəlxalq məhkəmələr tərəfindən ağır cəzaya məhkum edilməsini tələb etmişdi. Amma onun müraciətinə cavab verilmədi”.

F.Əhmədova hesab edir ki, Qorbaçovun Haaqa Məhkəməsinə verilməsi və onun layiq olduğu cəzaya çatması üçün beynəlxalq səviyyədə təbliğat aparılmalıdır. Tarixçinin fikrincə, 20 Yanvar hadisəsi ilə bağlı məsələ artıq beynəlxalq ictimaiyyətə çıxarılmalı və bununla da hadisəni törədənlərin cəza almasına nail olunmalıdır. F.Əhmədova qeyd etdi ki. 30 il əvvəl Bakıda törədilən bu faciənin üstündən illər keçdikcə, bəzi beynəlxalq dairələr, xaricdəki təşkilatlar 20 Yanvar hadisəsini təhrif edirlər. “Çox təəssüf ki, bəzi beynəlxalq dairələr və ayrı-ayrı şəxslər keçmiş SSRİ rəhbərlərinin əli ilə, əmrilə Bakıda Azərbaycan vətəndaşlarına qarşı törədilən qətliamı, cinayəti tamam başqa istiqamətə yönəldirlər. Onlar qeyd edirlər ki, guya azərbaycanlılar bu faciəni ermənilərə və ruslara qarşı törədiblər. Yəni onlar 1990-cı ildə azərbaycanlıların kütləvi qırğınına tamam başqa mövqedən yanaşırlar, bunu Azərbaycan dövlətinin başqa xalqlara qarşı siyasəti kimi təqdim etməyə cəhd edirlər. Azərbaycan xalqının tarixində açılan bu qara səhifəni yazanların cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunmalıdır. Azərbaycan xalqının Mixail Qorbaçovun 30 il əvvəl Bakıda törətdiyi qanlı cinayətlərə görə Haaqa Məhkəməsinə verilməsi tələbi haqlıdır. O, törətdiyi bu cinayətə görə Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə cəzalandırılmalıdır. Bakıda törədilən kütləvi qırğının, qətliamın üstündən 30 il, lap 40 il keçsə belə, onu törədənlər Haaqa Məhkəməsində cavab verməlidirlər” - deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ