24/02/2020 13:03
728 x 90

Azərbaycan və Ermənistan XİN başçıları yanvarın sonunadək yeni görüş keçirəcəklər

img

Yanvar ayının sonunadək Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirəsi ilə bağlı növbəti görüş keçirəcəklər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Azərbaycan və Ermənistan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsi üzrə növbəti görüşü yanvarın sonuna planlaşdırılıb”, - Məmmədyarov cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşün tarixi və keçiriləcəyi yer dəqiqləşdirilir.

Məmmədyarov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu cür görüşün keçirilməsində təkid ediblər. “Azərbaycan diplomatik danışıqların keçirilməsini tam dəstəkləyir. Bu, gec və ya tez öz nəticəsini verəcək”, - nazir vurğulayıb.

O əlavə edib ki, cari ilin birinci rübündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.

Son xəbərlər