25/02/2020 02:56
728 x 90

Politoloq Dmitri Solonnikov Avroparlamentin qəbul etdiyi qətnaməni Azərbaycanın ciddi diplomatik qələbəsi adlandırdı

img

Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən avropalı məmurları Avropa İttifaqının xarici siyasətinə əməl etməsinə məcbur edən “Avropa İttifaqının xarici siyasət təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnaməni qəbul etməsi Azərbaycanın ciddi diplomatik qələbəsidir.

Bunu “Trend”ə rusiyalı politoloq Dmitri Solonnikov deyib. Onun sözlərinə görə, bu sənəd bəzi müddəalara əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi məsələləri müzakirəyə çıxarmağa və daha konkret sənədlər qəbul etməyə imkan verəcək: “Azərbaycan tərəfinin öz mövqeyinin təbliğ olunmasında daha çox əsası olacaq. Bu həm də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş məcburi köçkünlərin problemlərinə şamil oluna bilər”.

Avropa Parlamentinin ayr-ayrı deputatlarının mövqeyinə gəldikdə isə, politoloq bildirib ki, onların adətən bu və ya digər məsələlərin hüquqi parametrlərilə bağlı öz təsəvvürləri olur, ona görə də bu məsələdə illüziyaya qapılmaq lazım deyil: “Bu qətnamənin qəbul olunmasına səs vermiş deputatlar, çətin ki, özlərini onun çərçivələri daxilində məhdudlaşdırılmış hiss etsinlər. Bu həm alternativ məlumatların yayılmasına, həm də Ermənistan tərəfinin dəvətilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə aiddir”.

D.Solonnikov sonda əlavə edib ki, qəbul olunmuş “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə Azərbaycanın xarici siyasi uğurudur, amma bu, yekun qələbə deyil.

Son xəbərlər