Cümə axşamı günü, 05 noyabr 2026
     

9 fevral parlament seçkilərinin ölkəyə gətirəcəyi yeniliklər barədə beynəlxalq analitik mülahizələr...

Image


Gələn ay keçiriləcək parlament seçkilərinə beynəlxalq miqyasda da yüksək marağın olması aydın müşahidə edilir. Xarici ekspertlərin də verdiyi açıqlamalardan bunu qabarıq şəkildə görmək mümkündür. Məsələn, Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko vurğulayır ki, fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkədə demokratik təsisatların daha da inkişafında yeni mərhələ olacaq.

Onun sözlərinə görə, qeydə alınan namizədlərin çoxluğu, o cümlədən müxalifəti təmsil edən namizədlərin kifayət qədər olması cəmiyyətdə parlament seçkilərinə marağın yüksək olduğunun göstəricisidir. Eyni zamanda, Azərbaycanda demokratik və şəffaf seçki mühitinin yaradıldığının sübutudur: “İstər müxalifət, istər iqtidar, istərsə də bitərəf namizədlər olsun, onlar Azərbaycanda yaradılan demokratik seçki mühitindən bəhrələnərək mübarizə aparmalıdırlar”. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski isə bildirir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan olan böyük nümayəndə heyəti Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, nümayəndə heyətinə Rusiya Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları daxildir:“Bundan başqa, Rusiya daxil olduğu bir sıra beynəlxalq strukturların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və digər təşkilatların tərkibində də seçkiləri müşahidə edəcək. Mən dəfələrlə Azərbaycanda həm prezident, həm də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də ədalətli keçiriləcək”.

MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak da vurğulayır ki, Müstəqil Dövlətlər Birliyi Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək. O bildirib ki, Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək. Uzunmüddətli müşahidə missiyası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq. Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək. Rusiyalı politoloq Sergey Markov da qeyd edir ki, dünyanın müxtəlif ölkələrinin təmsil olunduğu “Vətəndaş dialoqu” missiyasının nümayəndələri Azərbaycanda parlament seçkilərini müşahidə edəcək. O bildirib ki, özünün də təmsil olunduğu “Vətəndaş dialoqu” missiyası dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edir. Bu missiyanın tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa kimi ölkələrin nümayəndələri təmsil olunur. Eyni zamanda, rusiyalı müşahidəçilərdən ibarət nümayəndə heyətinin də Azərbaycana səfərinin nəzərdə tutulduğunu qeyd edən S.Markov deyib ki, bu nümayəndə heyəti Dövlət Dumasının deputatları, Federasiya Şurasının, İctimai Palatanın üzvləri və nüfuzlu ekspertlərdən ibarətdir: “Azərbaycan parlamentinin tərkibində ciddi dəyişikliyin olacağına, daha fəal insanların seçiləcəyinə inanıram. Ümid edirəm ki, birlikdə işlədiyimiz, o cümlədən AŞPA-dakı dostlarımızı yeni çağırış Məclisdə görə biləcəyik”.

Amerikalı politoloq Piter Teys isə “Secki-2020” Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib ki, parlament seçkiləri Azərbaycanda demokratik təsisatların daha da möhkəmlənməsinə töhfə verəcək. Azərbaycanda seçki sisteminin çox yaxşı təşkil edildiyini qeyd edən Piter Teys vurğulayıb: “Ölkədə mövcud tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələri üçün yaradılan bərabər şərait hər zaman nümunə kimi qiymətləndirilib. Dövlətin bu cür tolerant cəmiyyət üçün formalaşdırdığı demokratik seçki mühiti, institusional hesabatlılıq və təkmil qanunvericilik bazası seçkilərin şəffaf və ədalətli şəraitdə keçməsinə zəmin yaradır. Təcrübə göstərir ki, keçirilən hər yeni seçki demokratik standartların möhkəmlənməsinə xidmət edir. Bundan əvvəlki seçkilər seçici fəallığı ilə yadda qalıb. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək seçkilərdə də xalq şəffaf, demokratik mühitin yaratdığı imkanlardan səmərəli istifadə edəcək və bu seçkilər Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzunu daha da möhkəmləndirəcək”.

İsrailli siyasi texnoloq Yuriy Boçarovun da məsələyə yanaşması olduqca maraqlıdır. O qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən ölkədə ciddi islahatlar aparılır:“Qanunverici orqan olaraq parlamentin də bu islahatlarla ayaqlaşmaq istəyi təbiidir. Struktur və kadr islahatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan gəncləşmə siyasəti insanlar tərəfindən hər zaman müsbət qiymətləndirilir”. Siyasi texnoloq qeyd edib ki, deputatlığa namizədlərdən daxil olmuş müraciətlərin təhlili ölkədə demokratik seçki mühitinin olduğundan xəbər verir: “Hər bir deputat mandatı uğrunda mübarizədə namizədlərin sayının çoxluğu ölkədə şəffaf seçki mühitini və parlamentin yüksək nüfuza malik olduğunu göstərir. Bu həm də o deməkdir ki, insanlar qanunun aliliyinə və layiqli namizədlərin ölkənin qanunverici orqanına seçiləcəyinə inanır”. Boçarov bildirib ki, Azərbaycanın kifayət qədər təkmilləşmiş seçki sisteminin olması, habelə insanların seçkilərdə iştirak etmək istəyi təkcə ölkə üçün deyil, bütün region üçün nümunədir. Azərbaycanda təkmil seçki sistemi, seçicilərin siyahısının onlayn yayılması, seçki məntəqələrində videokameraların quraşdırılması şəffaflıq göstəricisidir. Digər əcnəbi ekspertlərin açıqlamaları da seçkilər prosesinə yüksək diqqətin olduğunu deməyə əsas verir. Bu vəziyyət, öz növbəsində, seçkilərdən kənarda qalan radikal müxalifətin də növbəti iflası deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ