Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan hərbisini üstələmək üçün Paşinyanın aldığı son qırıcı və raketlər rişxənd obyekti oldu…

Image


Hərbi müstəvidə Azərbaycanın istənilən an işğalçı Ermənistan ordusunu darmadağın edə biləcəyi hamı tərəfindən qəbul edilən həqiqətdir. Bu mənada, erməni tərəfinin hansısa yeni silah aldıqda öyünməyə başlamasını düşmən ölkənin özündə belə istehza ilə qarşılayanların sayı kifayət qədərdir. Qeyd  olunan fonda Ermənistanın Rusiyadan aldığı Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordusunun silahlanmasını gücləndirməsi da məsxərə obyektinə çevrilib.

Əvvəla diqqət buna yönəlir ki, həmin qırıcı təyyarənin alınması Ermənistana heç bir üstünlük qazandırmır. Çünki Azərbaycanın buna qarşı effektiv mübarizə sistemi mövcuddur. Ekspertlər də bildirir ki, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemlərinə malikdir. Xüsusən də ötən il İspaniyadan alınan və “İndra” şirkəti tərəfindən istehsal olunan yeni hava hücumundan müdafiə sisitemi ölkəmizin bu sahədə üstünlüyünü daha da artırıb. Bu sistem düşmənin bütün mövcud hava hücumu vasitələrinin aşkar edilməsinə imkan verir. Hava düşməninin təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın hava hücumundan müdafiə qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, PUA, qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “Barak-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir. Ordumuz düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir. Məsələn, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən Türkiyə hava qüvvələrinin F-16 qırıcıları Azərbaycanın hava müdafiə sistemini aşa bilmədi və şərti olaraq məhv edildi. Su-30SM isə heç də F-16-dan üstün deyil.

Erməni politoloq Suren Sarkisyan isə bildirir ki,  Su-30SM qırıcısı alınsa da, onu Ermənistanda istənilən şəkildə idarə edə bilən pilotlar hələ hazırlanmayıb. Digər tərəfdən o da bəllidir ki, cari il ərzində Azərbaycan xaricdən texnika alınmasına 1 milyard dollar vəsait ayırmağı planlaşdırır. Bu halda Bakının Su-30SM-dən dəflərlə üstün olan və beşinci nəsil  döyüş təyyarəsi sayılan Su-57 alması da gündəmdədir. Elə bir müddət əvvəl də Rusiyanın “Vedomosti” nəşri yazırdı ki, Azərbaycan Rusiyadan beşinci nəsil Su-57 qırıcılarını almağa maraq göstərir. Rusiyanın müdafiə sənayesi şirkətlərindən birinin iki top-meneceri “Vedomosti”yə bildirmişdi  ki, Su-57 qırıcılarının Azərbaycana satılmasına dair danışıqlar prosesinə yüksək siyasi səviyyədə yaşıl işıq yandırılıb: “Bakı və Moskvanın silah sövdələşmələrinin aviasiya hissəsi ancaq Mi-17 və Mi-35 vertolyotları ilə məhdudlaşıb, hərçənd, Azərbaycan özünün döyüş aviasiya parkının yenilənməsinə də ciddi ehtiyac duyur. Çünki döyüş aviasiyasının əsasını modernləşdirilmiş MiQ-29 sovet qırıcıları təşkil edir. Azərbaycan çoxdandır JF-17 Pakistan-Çin qırıcılarını almağa maraq göstərir və artıq Pakistandan MFI-395 “Super Mushshak“ yüngül təlim-məşq təyyarələrini alıb”. “Vedemosti” əlavə edirdi ki, Azərbaycanın Su-57 qırıcılarına maraq üçün dönüş nöqtəsi Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcısı alması, daha 8 təyyarə almağa hazırlaşması olub. “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov hesab edir ki, Azərbaycanla Su-57 qırıcılarına dair danışıqlar Bakı tərəfdən bəzi şərtlərlə müşayiət oluna bilər. İlk növbədə maliyyələşmə mexanizmi barədə şərtlərlə. Ekspert hesab edir ki, Azərbaycan ən uzağı bir eskadrilya Su-57 qırıcısı almaq istərdi. Bu təyyarələri almaq istəyi bir tərəfdən də Ermənistanın  Su-30SM qırıcıları əldə etməsi ilə bağlı yaranıb:“Hesab edirik ki, Azərbaycan daha üstün təyyarə almağı lazım bilir. Digər tərəfdən, Azərbaycan Hərbi Hava Qüvvələri keyfiyyət və miqdarca müəyyən yenilənməyə ehtiyac duyur, ona görə də seçim təkcə Su-57 qırıcıları ilə bağlı deyil. Qiyməti xeyli ucuz olan Çin-Pakistan qırıcıları da diqqət mərkəzindədir”. 

“Valday” Beynəlxalq Diskussiya Klubunun eksperti, politoloq Fərhad İbrahimov isə bildirir ki, hər şey Azərbaycanın yeni silahları satın almaqda nə dərəcədə maraqlı olmasından asılı olacaq: “Rusiya dünya bazarında yüksək tələbatın olduğu  Su-35 təyyarələrini təklif edə bilər, nəzərə alsaq ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2019-cu ildə 2018-ci illə müqayisədə 500 milyon dollar artıb. Bu cür artımı bu il də gözləmək olar. Sirr deyil ki, ticarət dövriyyəsinin strukturunda mühüm yeri hərbi-texniki əməkdaşlıq müqavilələri tutur. Eyni zamanda, hərbi-texniki məsələdə Rusiya və Ermənistan arasında əməkdaşlığı müqayisə etsək, İrəvan 2018-ci ildə 200 milyon dollar məbləğində kredit sazişi əsasında silahların tədarükünü başa çatdırıb. Ermənistanın hərbi xərcləri artır, amma bu rəqəmlər o qədər də yüksək deyil, iqtisadi cəhətdən Ermənistan öz xərclərini müstəqil şəkildə qarşılaya bilmir və silahı kreditlə almağa məcburdur. Azərbaycanla bağlı vəziyyət isə kökündən fərqlənir. Ölkə maliyyə baxımından çətinlik yaşamır və iri hərbi sazişlər bağlamaq gücündədir. Bu isə Azərbaycanı ABŞ, İsrail və Avropa İttifaqı tərəfindən silah satışı üçün cəlbedici edir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ