ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları bürosunun rəsmi internet səhifəsində Azərbaycanda fevralın 9-da keçiriləcək Parlament seçkilərində, seçki prosesini izləyəcək uzunmüddətli müşahidə missiyasının tərkibi açıqlanıb.
Baki-xeber.com Secki-2020.az saytına istinadən xəbər verir ki, 26 nəfərin əks olunduğu siyahıda Albaniya, Çexiya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Rusiyadan, İsveçdən, İsveçrə, Türkiyə, Birləşmiş Krallıqdan nümayəndələr var.
Xatırladaq ki, ATƏT-in əsas müşahidə missiyası 12 nəfərdən ibarətdir. Seçki günü daha 350 qısa müddətli müşahidəçinin səsvermənin gedişatını izləyəcəyi bildirilir.