26/01/2020 11:46
728 x 90

Seçkiyə görə öz dövlətinə pislik haqda çağırış edən siyasətçi - İlqar Məmmədov…

img

REAL Partiyasının rəhbəri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydiyyata alınmayıb. Buna səbəb kimi qanunun tələbləri göstərilib. Çünki İ.Məmmədovla bağlı məhkumluğun ödənilməməsi problemi qalmaqdadır. Əlaqədar qurumların qanuna əsaslanmış bu qərarına İlqar Məmmədov qəribə etiraz metodu seçib və ölkənin Avropa Şurasından çıxarılmasını tələb etməyə başlayıb. 

İctimaiyyətin reaksiyası gözlənilən oldu - sosial şəbəkə istifadəçiləri İ.Məmmədova Azərbaycana “hücum” üçün istənilən bir bəhanə axtaran Qərbdəki müəyyən dairələrin əlinə çalışanı kimi şübhəli reputasiyasını xatırladıblar. Həmin şərhlərdə ziddiyyətin izahı belə verilir ki, əvvəllər Avropaya inteqrasiyanı müdafiə edən Məmmədov indi ölkəni Avropadan uzaqlaşdırmaqda israr edir. Avropa Şurasındakı bəzi qüvvələr, öz növbəsində, İ.Məmmədovun seçkilərdə iştirak etməməsini 7 il müddətinə həbs olunması ilə əlaqələndirməsinə dair fikirlərindən məmnuniyyətlə yararlanmağa can atırlar. Avropapərəst İ.Məmmədovun öz ölkəsini Avropa Şurasından çıxarmaq tələbinə necə yanaşmaq olar?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında İlqar Məmmədovun bu addımını təqdir etmədiyini bildirdi: “Bilirsiniz ki, Qərbin müəyyən dairələri heç də bütün seçkilərlə bağlı obyektiv rəylər vermirlər. Xüsusilə də belə həssas məqamlarda onlar təzyiqi gücləndirirlər. İ.Məmədovun belə yolu seçməsi onlar üçün göydəndüşmə oldu. REAL sədrinin seçkilərə buraxılmamasının səbəbi hüquqla bağlı olan məsələdir. Yəni şəxs ağır cinayətə görə məhkum edilib. Onun azadlığa çıxandan sonra üzərində məhkumluğu qalır. Məhkumluğun ödənilməsi üçün cinayətin növünə görə müddətlər verilir. Ağır cinayətə görə bu müddət 6 ildir. İ.Məmmədov bu müddəti başa vurmayıb. Ancaq məhkumluğun vaxtından əvvəl də götürülməsi mümkündür. Bunu da məhkəmə qaydasında edirlər. Yəni bununla bağlı məhkəməyə müraciət edilməlidir. İ.Məmmədov bunu da etməyib. Partiya sədrinin məhkumluğu vaxtından əvvəl də məhkəmə qaydasında götürülməyibsə, deməli, onun seçkilərdə namizəd kimi iştirakı qanunla qadağan edilir. İ.Məmmədovun siyasi oriyentasiyası Qərbə doğrudur, hətta daha ifratdır. O bu tələbi ilə elə öz oriyentasiyasına qarşı çıxmış olur. Bir də bu addım hakimiyyətə qarşı yox, dövlətə qarşı atılır. Siyasətçi müxalif olsa da, belə etməməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər