Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistandan son yüz ildə qovulmuş soydaşlarımıza Bakıda "Deportasiya qurbanları abidəsi"...

Image


Çar Rusiyası tərəfindən İran və Türkiyə ərazisindən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər ərazilərimizdə yerləşdikdən sonra havadarlarının dəstəyilə tarixi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya etməyə başladılar.

Erməni şovinistləri tərəfindən XX əsrdə azərbaycanlılar öz ata-baba yurdlarından - Qərbi Azərbaycandan ən azı 3 dəfə deportasiya edildilər. Ermənilərin həyata keçirdikləri qanlı deportasiya Azərbaycan tarixinin ən faciəli səhifələrindən birini təşkil edir.

Azərbaycanlılar indi Ermənistan adlandırılan tarixi ərazimizdən ermənilər tərəfindən sonuncu dəfə 1988-1989-cu illərdə deportasiya ediliblər. Ermənistan monoetnik ölkədir, orada bir nəfər də olsa azərbaycanlı yoxdur.

Azərbaycan dövlətinə, xalqına qarşı daim qarayaxma kampaniyası aparan ermənilər tarixi torpaqlarımızdan bizim izlərimizi silməyə çalışırlar. Odur ki, bizim torpaqlarımızda ermənilər qondarma işlər görür, tariximizi silib yerinə öz saxta tarixlərini həkk etməyə çalışırlar. Ermənilər canilərə, faşist tör-töküntülərinə, daşnaklara heykəllər ucaldır, onlara abidələr qoyurlar.

Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilməsindən 30 ildən artıq bir zaman keçməsinə baxmayaraq, Azərbaycanda nə deportasiya tarixini əks etdirən bir muzeyimiz, nə də deportasiya tarixinin ümumiləşdirilmiş obrazını ifadə edən bir abidəmiz var. Son yüz ildə Ermənistandan deportasiya edilən soydaşlarımızın faciəsini əks etdirən heç bir abidə ucaltmamağımız həqiqətən də təəssüf doğurur. Halbuki, abidə çoxdan ucaldılmalı idi.

  • Qasım Hacıyev: “Azərbaycanda deportasiya qurbanları abidəsinin qoyulması vacibdir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev qeyd etdi ki, azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi prosesinə ermənilər bizim ərazilərimizə köçürüldükləri dövrlərdən başlanıb. O vurğuladı ki, Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə aparılıb. Alim vurğuladı ki, birinci mərhələ 1905-1920-ci illəri, ikinci mərhələ 1948-1953-ci illəri, üçüncü mərhələ 1988-1992-ci illəri əhatə edir. Q.Hacıyevin sözlərinə görə, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada, 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyi nəticəsində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Alim qeyd etdi ki, bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlıq dağıdıblar. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Q.Hacıyev hesab edir ki, bu abidə çoxdan ucaldılmalı və dünyanın müxtəlif yerlərindən gələn insanlara erməni şovinizmini, erməni zülmünü göstərmək üçün bir vasitəyə çevrilməli idi. Q.Hacıyev hesab edir ki, son yüz ildə Azərbaycan xalqının başına gətirilən böyük faciələr sırasında deportasiyalar da acı təəssüratlar doğurur: “Son yüz ildə indiki Ermənistan ərazisindən ermənilər tərəfindən bir neçə dəfə deportasiya edilən soydaşlarımızla bağlı bir abidənin ucaldılması vacibdir.  Biz əvvəllər bir neçə dəfə həm deportasiya muzeyinin yaradılmasını, həm də bu qəbildən olan digər tədbirlərin həyata keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürmüşdük. Bildirirdik ki, xalqımızın deportasiya tarixini əks etdirən bütün materiallar, sənədlər toplansın və onların əsasında muzey yaradılsın. Amma deportasiya qurbanları ilə bağlı muzey yaradılmadı, heç abidə də qoyulmadı. Sanki soydaşlarımız öz ata-baba yurdlarından könüllü gəliblər, heç onlara qarşı zülmlər edilməyib, təzyiqlər göstərilməyib, ermənilər onları zorla qovmayıblar. Əslində isə belə deyil, soydaşlarımız öz ata yurdlarından ermənilər tərəfindən dəfələrlə qovulublar, deportasiya ediliblər. Bütün bunları unutmaq olmaz. Təkcə son yüz ildə erməni şovinistlərinin, daşnaklarının soydaşlarımızı bir neçə dəfə öz yurdlarından zorla qovması, deportasiya etməsi hadisəsi baş verib. Bunlar kitablarda, mətbuatda öz əksini tapıb, amma biz kitabları, məqalələri sıravi turistlərə verə bilmərik ki, bizim xalqımıza qarşı belə bir hadisə baş verib, ermənilər azərbaycanlıları öz doğma yurdlarından qovublar. Bunun üçün şəhərin mərkəzində deportasiya qurbanlarına böyük bir abidə ucaldılmalı və həmin abidənin də yanında deportasiyalar tarixini əks etdirən muzey inşa olunmalıdır. Artıq Azərbaycanda deportasiya qurbanları abidəsinin qoyulması vacibdir”.

Q.Haciyev təəssüflə qeyd etdi ki, bir çox halda, AMEA-nın aidyyəti institutları, ziyalılar Prezidentin göstəriş verməsini gözləyirlər, halbuki, təklifi ziyalılar, mütəxəssislər verməlidirlər. Onun sözlərinə görə, ölkə başçısı bütün mütərəqqi fikirləri, təklif və təşəbbüsləri cavabsız qoymur, onlara müsbət reaksiya verir. “Bilirsiniz, bəzən də alimlər təşəbbüs irəli sürürlər, amma rəhbərliklər buna dəstək vermirlər. O vaxt mərhum alimimiz İsrafil Məmmədov bir sıra məsələlər qaldırmışdı, amma bunların heç biri həyata keçmədi, unuduldu getdi. Hətta o vaxt Tarix İnstitutunun rəhbərliyi deportasiya və soyqırım şöbəsini bağladı. Onun yerinə isə ayrı şöbə yaratdılar. Bir neçə il olar ki, yenidən deportasiya və soyqırım şöbəsinin fəaliyyəti bərpa olunub. Azərbaycanda bəziləri deportasiya və soyqırım məsələsinin geniş şəkildə təbliğinə mane olurlar. Azərbaycanlıların indiki Ermənistan ərazisindən sonuncu deportasiyasının üstündən 30 ildən çox vaxt keçib, amma biz indiyə qədər deportasiya qurbanlarının xatirəsini əbədiləşdirməmişik. Bu çox acı bir həqiqətdir” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ