Cümə axşamı günü, 05 noyabr 2026
     

Müşavirədən sonrakı ən maraqlı ovqat - sosial yardımları mənimsəyən yeni başçı həbsləri ola bilər...

Image


Azərbaycanda sosial siyasət sahəsində həyata keçirilən bütün işlər vətəndaş məmnunluğunun təmin edilməsinə, onların sosial rifah halının yüksəldilməsinə xidmət edir. Amma təəssüf ki, bəzi dövlət məmurları sosial-ictimai sahədə baş verən müsbət yönümlü proseslərin qarşısını almağa çalışır, sosial müavinətlərin, maddi yardımların vətəndaşa çatmasına ciddi maneələr törədirlər. Bu hərəkətə yol verən bəzi məmurlar, icra orqanları rəhbərləri ifşa edilərək həbs edilib.  

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu aktual məsələni bir daha gündəmə gətirib, o bildirib ki, bu kimi cinayətlərə yol verənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər: “... İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən, investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı. İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara, ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin. İndi hazırda keçən il 38 min belə işlə təmin olunan şəxs var” - deyən ölkə başçısı bu çıxışı ilə də bu sahəyə məsul şəxslərə növbəti xəbərdarlığını etdi.

  • “İşində nöqsanlara, pozuntulara yol verən icra başçılarının da həbs ediləcəyi istisna deyil”

Professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Azərbaycanda dövlətin vətəndaşların rifah halının yüksəlməsinə yönəlik siyasət həyata keçirməsi çox böyük nəticə verir. Ə.Qəşəmoğlu bununla belə hesab edir ki, bəzi məmurların, xüsusən də icra hakimiyyəti başçılalarının öz vəzifələrinə məsuliyyətsiz yanaşması və vətəndaşa aid vəsaiti talaması, mənimsəməsi olduqca pis nəticə verib. O qeyd etdi ki, bəzi məmurlar ünvanlı sosial yardımların verilməsindən tutmuş, müavinətlərin təyin edilməsinə və digər məsələlərə qədər müdaxilə edərək vicdansızcasına talançılıq ediblər. Mütəxəssisin fikrincə, Prezidentin təşəbbüsü ilə ərsəyə gətirilən sosial-ictimai proqramların icrasında pozuntuları törədən məmurlardır. “Məlum olduğu kimi, bir sıra məmurlar, icra başçıları həm dövlət büdcəsini talamaqda “mahir” olmaqla yanaşı, həm də ictimai-sosial proqramlar üzrə ayrılan vəsaitləri mənimsəyiblər. Son zamanlar açıq şəkildə məlum oldu ki, bəzi icra başçıları, məmurlar vətəndaşlara aid ödəniş kartlarını yığaraq oradan böyük məbləğdə vəsaiti çəkərək mənimsəyiblər. Əlbəttə, bu faktlar onlar tərəfindən vətəndaşın haqqının tapdanması, dövlət vəsaitinin talan edilməsidir. Bu istiqamətdə qanun pozuntularına yol verən icra hakimiyyəti başçıları, onların müavinləri cinayət məsuliyyətinə cəlb olundular, bu, başqalarına da dərs olmalıdır. Hesab edirəm ki, icra orqanlarında çalışan digər şəxslər də həbs edilən insanların yolunu getməməlidirlər, onların taleyindən nəticə çıxarmalıdırlar. Dövlət vəsaitini talayan, vətəndaşın müavinətinə, dövlət tərəfindən ona ayrılan vəsaitə hər hansı yolla göz dikən məmurlarla bağlı hüquqi müstəvidə ölçü götürülməsi müsbət haldır. İşində nöqsanlara, pozuntulara yol verən icra başçılarının da həbs ediləcəyi istisna deyil. Ölkə başçısı da çıxışında belələrinə qarşı barışmaz olduğunu bəyan edib”.

Ə.Qəşəmoğlu hesab edir ki, dövlətin hazırladığı sosial-ictimai yönümlü layihələrin icrasını ləngidən, yaxud icrasında müxtəlif pozuntulara yol verən şəxslərin qəlbində xalqa, dövlətə məhəbbət yoxdur, belə insanlar vəzifəyə yalnız gəlir mənbəyi kimi baxırlar. “Dövlət məmurunda vicdan, xalq, vətən sevgisi, humanistlik olmalıdır. Amma hər hansı bir məmurda maddi maraq öz xalqına olan maraqdan üstündürsə, o hər zaman bu cür pozuntulara yol verəcək. Çox təəssüf ki, həbs edilən icra başçılarında da, eləcə də hələ yol verdiyi pozuntuların miqyası tam aşkarlanmamış məmurlarda da xalqa sevgi yoxdur. Onların məqsədi yalnız daha çox var-dövlət əldə etməkdir. İcra orqanlarında çalışan məmurlar Prezidentə kömək etmək əvəzinə, onun irəli sürdüyü proqramların icrasına mane olurlar. Əslində, belə olmamalıdır, onlar Prezidentə kömək etməlidirlər. Çünki onlar Prezidentin yerlərdəki nümayəndələridir. Elə fəaliyyət göstərməlidirlər ki, Prezidentə kömək edə bilsinlər. Bu gün ölkəmizdə yeni ab-hava, yeni atmosfer formalaşıb. Bu baxımdan da məmurlar Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Məmurlar, icra başçıları yerlərdə təşəbbüslərlə çıxış etməlidirlər. Onlar elə mütəxəssislər, iş adamları tapıb prosesə cəlb etməli idilər ki, bu adamlar yeni iş yerləri yaratmaqda maraqlı olardılar. Amma bunlar iş adamlarının fəaliyyətinə mane olublar”.

Ə.Qəşəmoğlunun fikrincə, icra başçıları öz fəaliyyətlərində şəffaflığı təmin etmək istəyirlərsə, elmi təminatdan istifadə etməlidirlər. Lakin onların elmi təminatı idarəetməyə yaxın qoymadıqlarını deyən Ə.Qəşəmoğlu bildirdi ki, məmurların bir çoxu elmi yenilklərdən qorxur. “Amma indiki dövrdə elmi metodlarla yeni texnologiyalar yaratmadan işlək mexanizm qurmaq olmaz. Çünki bütün dünya elmin köməyindən istifadə edərək yeni texnologiyalar qurur. Mən öz tələbələrimə yerlərdə yeni texnologiyaların qurulmasını öyrədirəm. Amma mənim öyrətdiyim tələbələr hansısa bir icra hakimiyyətinə getsə, onu işə götürməyəcəklər. Halbuki, icra hakimiyyətləri özləri sosial sahəni, işi bilən, müasir metodlarla yeni texnologiyaların tətbiqini bacaran kadrlar yetişdirməlidirlər. İnandırıram sizi, yerli icra orqanları tərəfindən təşəbbüslər irəli sürülsə, yeni təkliflər edilsə, şəxsən cənab Prezident ona dəstək verər. Amma belə təşəbbüslər yoxdur” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ