Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ-İran gərginliyi fonunda Paşinyana ciddi irad – “Bu budaqdan o birinə hoppanmaq siyasəti ilə davam edə bilmərik”

Image


Əvvəlki dövrlə müqayisədə ABŞ və İran arasında savaş təhlükəsi xeyli səngisə də, tam aradan da qalxmayıb. Hesab edilir ki, İraq ərazisində baş verənlər istənilən an tərəflər arasında böyük savaşa yol aça bilər.

Xüsusən də İraqda ABŞ hərbçilərinin tez-tez atəşə tutulması vəziyyəti qəlizləşdirir. Elə bu günlərdə İraqda amerikalı hərbçilərin olduğu “Bələd” hərbi bazası növbəti dəfə raket atəşinə tutulub. Yerli mənbələrin məlumatına görə, naməlum istiqamətdən atılan “Katyuşa” tipli raketlərin əksəriyyəti hədəfə tuş gəlib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli qüvvələr tərəfindən təşkil olunduğu güman edilir.

Qeyd edək ki, Səlahəddin şəhərində yerləşən “Bələd” hərbi bazası İraqın ən böyük hərbi bazasıdır. Artıq ABŞ dövlət katibi Mayk Pompeo məsələyə sərt reaksiya verib. Onun dediklərindən belə bəlli olur ki, zərbələr davam etsə, ABŞ sərt şəkildə buna qarşılıq verəcək. Hadisələrin belə səpkidə gedişinin Yaxın Şərqə, eləcə də İranın qonşu olduğu Cənubi Qafqaza təsiri xüsusi maraq doğurur. Proseslərin gedişi ABŞ və İran arasında mümkün savaşdan Ermənistanın daha çox qorxuya düşdüyünü üzə çıxarır. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin üzvü Arman Abovyan bu xüsusda bildirir ki, Ermənistan sərhədinə İrandan 1 milyon qaçqın gəlsə, dövlət  çökər: “Görəsən, hakimiyyət bu barədə düşünürmü? Biz artıq “bu budaqdan o budağa hoppanmaq” siyasətinə davam edə bilmərik”.  O vurğulayıb ki, əvvələr Ermənistan hakimiyyəti ABŞ-la Rusiya arasında ikili siyasət apara bilirdisə, İran mövzusundan sonra belə davam etmək mümkün olmayacaq: “Biz artıq bir yol seçməliyik. Əks təqdirdə vəziyyət faciəvi həddə gəlib çıxa bilər. Regionda baş verən hadisələrdən sonra biz ABŞ-la isti münasibətləri və eyni zamanda İranla iqtisadi əməkdaşlığı saxlaya bilməyəcəyik. Mən bizim xarici siyasətə cavabdeh insanların məntiqini başa düşə bilmirəm. Bu günə qədər yürütdüyümüz neytrallıq siyasətini davam etdirmək çətin olacaq”.

Rusiyalı ekspert Fyodor Lukyanov da erməni tərəfinin mümkün savaşdan böyük zərər görəcəyini vurğulayır. Ekspert qeyd edir ki, ABŞ-la İran arasında gərginlik hərbi eskalasiya həddinə gəlib çıxsa, bu, Cənubi Qafqaz, xüsusilə də Ermənistan üçün çox boyuk fəsadlara yol açacaq. Onun sözlərinə görə, İran-la ABŞ arasındakı müharibədən Bakı da əziyyət çəkə bilər. Amma bu, İrəvanın başına gələ biləcəklərin yanında heç nədir: “Regiondakı hərbi eskalasiya ilk növbədə Ermənistanı cənginə alacaq. Cünki İrəvanla az sayda iqtisadi əlaqələri olan ölkələrdən ən başlıcası İrandır. Tehran Ermənistanın dünyaya çıxış üçün iki koridorundan biridir”. Ekspert  vurğulayir ki, Ermənistanda iqtisadiyyatın iflası Qarabağda partlayış effekti verə bilər, cünki hazırda bu konflikt “barıt cəlləyi”nə bənzəyir: “Bircə qığılcım kifayət edər. Hadisələrin bu tip cərəyan etməsi isə Ermənistan üçün gözlənilməz nəticələrlə sonlana bilər”. Bu arada ABŞ analitikləri də İran və ABŞ-ın mümkün qarşıdurmasının nəticəsi olaraq Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik, siyasi və iqtisadi sahələrinə təsirinə toxunub. “Karnegi” Fondunun analitiki Pol Stronskinin fikrincə, İran və ABŞ arasındakı gərginlik Ermənistanı iki təməl daş arasında sıxaraq, İrəvanın ənənəvi siyasətini çətinləşdirir. Strateji Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Cefri Mankof isə bildirib: “Hər iki tərəfin birbaşa qarşıdurmadan yayınmasına baxmayaraq, narahatlıq üçün səbəblər var. Gərginliyin artması təhlükəsi hələ aradan qalxmayıb”. Onun sözlərinə görə, Cənubi Qafqazda bölgədəki sabitliyin pozulmasından, qaçqınların axınından, terrorizm və hərbi toqquşmalar halında digər imkanlardan narahatdırlar.  Ekspert vurğulayır  ki, ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalını artıran bir hadisə baş verərsə, Cənubi Qafqazdakı bütün ölkələr daha həssas olacaq. Amma zəif iqtisadiyyata malik Ermənistan bundan daha çox əziyyət çəkəcək. Son hadisələr və Qarabağ münaqişəsinin yenidən başlanması ehtimalı arasında birbaşa əlaqənin olmamasına baxmayaraq, analitiklər bölgədəki hər hansı sabitliyin Qarabağ münaqişəsi tərəflərinə təsir etdiyini vurğulayır. Bu fonda xüsusi vurğulanır ki, İran və ABŞ arasında hərbi qarşıdurma ehtimalı Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır.
Təhlükəsizlik məsələsi ilə yanaşı, ekspertlər ABŞ-İran gərginliyinin artmasının, xüsusilə də Ermənistan üçün ağır iqtisadi nəticələrə səbəb olacağını vurğulayır. Cefri Mankof qeyd edir: “İranın iqtisadi potensialına xələl gətirən və iqtisadi fəallığının azalmasına səbəb olan addım İranla sıx iqtisadi əlaqələri olan Ermənistan üçün ciddi narahatlıq doğuran məsələdir”. Ekspert qeyd edir ki, Ermənistan İranla iqtisadi əlaqələrdən, xüsusən turizm və enerji sektorlarından asılıdır. Analitiklər Ermənistanın İranla yaxın iqtisadi əlaqələrinin artan gərginliklər fonunda Vaşinqtonun İrəvana əlavə təzyiq göstərməsinə səbəb ola biləcəyini istisna etmir. Eyni zamanda, elə İran tərəfindən də analoji təzyiqlər tamamilə gözlənilən sayılır. Məhz bu da Ermənistanın daha çox təzyiqlər məngənəsinə düşməsini istisna etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ