Cümə axşamı günü, 05 noyabr 2026
     

Dünya Ermənistan separatizminin daha dərin üzünü görür – İrəvandan Krıma təyyarələr uçsa…

Image


Məlum olduğu kimi, Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krım yarımadası ilə qarşılıqlı müntəzəm uçuşlar təşkil edəcək. Məlumata görə, Ermənistan artıq bu ildən Krımla müntəzəm aviareyslərə başlayacaq. Qeyd edilir ki, İrəvanla Simferopol arasında müntəzəm reyslərə martda start veriləcək.

Uçuşları həyata keçirəcək aviaşirkət artıq bununla bağlı icazə alıb. Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir. İlhaq edilmiş yarımadanın turizm, kurortlar və idman komitəsinin sədri Aleksey Çernyak da Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) 2020-ci ildə Simferopol (Krım) və İrəvan hava limanları arasında aviaəlaqənin açılmasını razılaşdırdığını bildirib: “Cari ilin mart ayından Krım və Ermənistan arasında müntəzəm aviareyslərin başlanması planlaşdırılır. “İkar” aviaşirkəti artıq müntəzəm uçuşlar üçün “Rosaviasiya”dan müvafiq icazə və təsdiq alıb. İndi məsələ uçuş cədvəlləri və hava limanları ilə razılaşmalar baxımından hazırlıq və razılaşdırma mərhələsindədir. Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır. Daha sonra isə tələbatdan asılı olacaq, lakin həftədə yeddi dəfədən artıq olmayacaq”. Çernyak bu aviamarşrutun Krımın anneksiyasından sonra gerçəkləşdirilən ilk beynəlxalq reys olduğunu deyib. Separatçıların nümayəndəsi müntəzəm uçuşların açılmasının Krıma beynəlxalq uçuşların başlamasını və Simferopol hava limanının beynəlxalq statusunu daha da gücləndirəcəyini vurğulayıb.

Bütün bunlar Ermənistanın separatçılığa növbəti dəstəyi, eyni zamanda Ukraynaya da xəyanəti sayılır. Hesab edilir ki, reyslərin həyata keçməsinə başlandıqdan sonra Kiyev və İrəvan arasında ciddi diplomatik qalmaqal başlanacaq. Ukrayna onsuz da Ermənistanın Krımla bağlı siyasətindən ciddi narazılıq ifadə edirdi. Belə ki, bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarının və rəsmi nümayəndələrinin Krım bölgəsinə qanunsuz səfəri ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Ermənistan isə beynəlxalq hüquqa məhəl qoymamaq siyasətini davam etdirir. Elə bu günlərdə Krımda istirahət edən “xarici turistlərin” 16 faizini Ermənistan vətəndaşlarının təşkil etdiyi məlum olub. Bunu səyahətçilər üçün fəaliyyət göstərən “Biletix” internet-servisinin məlumatları da sübut edir.

Ukrayna Ali Radasının Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitəsinin üzvü İrina Vereşçuk da bildirir ki, baş verənlər normal vəziyyət deyil. O, “media” portalına açıqlmasında bildirir: “Bu vəziyyət elə Krımın anneksiyasının lap əvvəlindən anormaldır. Ermənistanın BMT-də necə səs verdiyini xatırlayırıq. Mən artıq Ermənistanın Ukrayna ərazisi olan Krımın ilhaqını dəstəkləməklə düzgün davranmadığını demişəm və deməyə davam edəcəm. İndi də Ukraynaya münasibətdə öz siyasətinin davamında ermənilər xoşagəlməz fəaliyyətini sürdürür. Lakin bu, Ukrayna üçün qəbuledilməzdir. Çünki bizim Ermənistanla diplomatik, ticarət münasibətlərimiz var. Bütün bunlara baxmayaraq, Ermənistan vətəndaşları Ukrayna sərhədlərini qanunsuz keçirlər. Onları cinayət məsuliyyətinə cəlb etmək olar. Bizdə qanun pozucularına qarşı üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 2018-ci ildə qəbul edilmiş qanun var. Bu qanun, həmçinin, xarici vətəndaşlara da aiddir. Bu vəziyyət həm Xarici İşlər Nazirliyinin, həm də parlamentin xüsusi diqqətini tələb edir. İrəvandan Simferopola birbaşa uçuşlar Ermənistanın Ukraynaya təcavüzü dəstəklədiyi anlamına gələcək. Ermənistanın Ukraynaya qarşı bu cür xoşagəlməz hərəkətlərə son qoyması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik”. Ukraynalı diplomat və politoloq Vadim Tryuxan bildirib ki, Rusiya üçün Krım hava limanları və Sevastopoldan müntəzəm birbaşa beynəlxalq aviaəlaqələrin təşkil olunması  prinsip məsələsidir: “Ənənəvi olaraq Rusiyaya yönələn Ermənistan, çətin ki, belə bir təhlükəli presedentin yaradılmasına getsin. Düşünürəm ki, ukraynalı diplomatlar Ermənistan rəhbərliyinə belə bir hipotetik qərarın faydalarının onun mümkün nəticələrilə nisbətdə müqayisəolunmaz şəkildə az olacağını izah edə biləcəklər. Bu yaxınlarda Ukraynanın İrəvandakı səfirliyinə təcrübəli ukraynalı diplomat - İvan Kuleba rəhbərlik edib. Ukraynada gözəl bilirlər ki, Rusiya öz maraqları naminə bu yarımasılı ölkədən istifadə etməyə çalışacaq. Buna görə də bu və buna bənzər vəziyyətlərdə Ukrayna qabaqlayıcı tədbirlər görəcək”. Ekspert bildirib ki, Ermənistan aviaəlaqəni yaratmaq qərarına gəlsə, bu zaman Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər. Ukraynalı politoloq, hər şeyə rəğmən, Ermənistanın Krımla aviaəlaqə yaratmaq qərarının qəbul edilməsi ilə bağlı özünə hesabat verəcəyinə ümid etdiyini, əks halda rəsmi İrəvanın mümkün fəsadlarla qarşılaşa biləcəyini bildirib. Hələlik isə hesab olunur ki, iki aydın sonra Ermənistandan Krıma həqiqətən də aviareyslər başlasa, Ermənistan buna görə təkcə Ukrayna yox, bir sıra digər dövlətlər, o cümlədən Qərb dünyası ilə də ciddi problem yaşayacaq. Dünya bir daha Ermənistanın separatçı siyasətinin nə qədər təhlükəli xarakter daşıdığını aydın görəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ