26/01/2020 12:15
728 x 90

Bələdiyyə və parlament seçkilərində seçicilər arasında fərq? – Ekspertlər izah verir

Məhərrəm Zülfüqarlı: “Bu onunla əlaqədardır ki, bir sıra rayonlar işğal altında olduğu üçün, həmin rayonlarda bələdiyyə seçkiləri keçirilmir”

img

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə qarşıdan gələn növbədənkənar parlament seçkilərində seçici sayında kəskin fərq olacaq. Məsələ ondadır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarında dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici sayı 4 972 356 göstərilib. Ancaq qurumun hazırda saytında seçici sayı bundan artıq göstərilib.

Belə ki, MSK-nın saytında seçicilərin sayı 5 milyon 212 nəfərdən çox göstərilir. Üstəlik, Dövlət Statistika Komitəsinin hesablamasına görə, ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin sayı 7 milyon nəfərə yaxındır. Belə olan halda, sual ortaya çıxır ki, arada niyə bu qədər fərq var. Seçici siyahıları nə dərcədə real mənzərəni əks etdirir? Onu da nəzərə almaq lazımdır ki, bələdiyyə seçkiləri ötən ilin sonlarında keçirilib. Arada elə böyük vaxt da keçməyib ki, deyəsən seçicilərin sayı artıb. O zaman maraqlıdır, seçici sayında müşahidə edilən fərq nə ilə bağlıdır?

  • “Siyahı təzələndikcə, say fərqi özünü göstərir”

Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, seçicilərin sayındakı fərq bir sıra amillərlə bağlıdır: “Məsələ ondadır ki, bələdiyyə seçkiləri ərəfəsində 18 yaşı tamam olanlarla, indiki vaxtda bu yaşa çatanları nəzərə almaq lazımdır. Azərbaycanda əhali artdığına görə seçici hüququ olanların sayı dəyişir. Məlum olduğu kimi, yaşı 18-ə çatan vətəndaşlar səsvermə hüququna malikdirlər. Bu o deməkdir ki, seçki hüququ olan insanların sayı artır. Digər tərəfdən, hər seçki kampaniyası zamanı seçici siyahıları dəqiqləşdirilir. Siyahı təzələnən zaman kimlərsə qeydə alınmayıbsa, onlar qeydə alınır. O səbəbdən siyahı təzələndikcə, say fərqi özünü göstərir. Başqa bir tərəfdən onu da nəzərə almaq lazımdır ki, kimlərsə qeydiyyatdan çıxır, kimlərsə qeydiyyata düşür. Bu amil də saylara öz təsirini göstərir. Yəni bu proses bütün respublika üzrə getdiyindən, öz nəticəsini bütün ölkə üzrə seçici siyahılarında göstərir. Ən başlıcası, bu onunla əlaqədardır ki, bir sıra rayonlar işğal altında olduğu üçün, həmin rayonlarda bələdiyyə seçkiləri keçirilmir. Deməyim odur ki, bu fərqin əmələ gəlməsi 7 dairədə bələdiyyə seçkilərinin keçirilməməsi ilə bağlıdır. Sonuncu bələdiyyə seçkilərində 125 dairədən 118-də seçki keçirildi. Məcburi köçkün rayonlarında bələdiyyə seçkiləri keçirilmir. Sözügedən rayonların vətəndaşlarının bələdiyyə seçkilərində iştirak etməməsi seçicilərin sayına daha çox təsir edir”.

Vidadi ORDAHALLI

Son xəbərlər