26/01/2020 19:04
728 x 90

Vaşinqton amerikalı əsgərləri ölkədən çıxarmaq istəyən İraqı neft pulları ilə təhdid etdi

img

İran generalı Qasim Süleymaninin Bağdadda öldürülməsindən sonra ABŞ əsgərlərinin İraqdan çıxarılmasını gündəmə gətirən İraq rəhbərliyinin ABŞ Dövlət Departamenti tərəfindən təhdid edildiyi ortaya çıxıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Dövlət Departamenti Bağdada, İraq Mərkəzi Bankının ehtiyatlarını əlində saxlayan Nyu-York Federal Bankındakı aktivlərinə giriş risqi ilə əlaqədar xəbərdarlıq edib.

İraqın neft satışından əldə edilən gəlirlərinin Nyu York Federal Bankında saxlandığı qeyd edilən xəbərdə, İraqın hesaba girməsinin qarşısı alınarsa, maliyyə sistemində kritik problemlərlə qarşılaşa biləcəyi vurğulanır.

ABŞ Federal Bankı, İraq Mərkəzi Bankına aid nə qədər vəsaiti saxladığını açıqlamır, lakin İraq Mərkəzi Bankının ən son açıqladığı maliyyə hesabatlarına görə, 2018-ci ilin sonunda bankın Nyu-Yorkdakı Federal ehtiyyatlarında bir günlük minimum depozit miqdarı təxminən 3 milyard dollar imiş.

New York Federal Bankının, dünyanın 250-yə yaxın mərkəzi bankı və digər xarici rəsmi qurumların hesablarını əlində saxladığı ifadə edilir.

Son xəbərlər