08/07/2020 11:11
728 x 90

Paşinyan “Ermənistan Gürcüstan və Azərbaycanı üstələyib” açıqlamasına gürcü nazirdən sərt cavab aldı - Elementar məsələləri də bilmir

img

Nikol Paşinyanın Ermənistanın iqtisadi göstəricilərə görə Gürcüstan və Azərbaycanı keçməsi barədə absurd fikri faktiki olaraq beynəlxalq qalmaqala gətirib çıxarıb.

Trend-in məlumatına görə, Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava bildirib ki, N.Paşinyan elementar məsələləri bilmir və iqtisadi göstəricilərin necə hesablandığını başa düşmür.

Nazir vurğulayıb ki, Nikol Paşinyanın bu məsələni öyrənməsi məqsədəuyğun olar:  “Gürcüstanda statistika xidməti 2019-cu ilin noyabrından ÜDM-in hesablanmasının yeni üsulunu tətbiq edib və bu, hələlik Beynəlxalq Valyuta Fondunun və digər maliyyə təşkilatlarının hesabatlarında öz əksini tapmayıb. Regionumuzun ölkələri – Azərbaycan, Ukrayna və Moldova da əlavə dəyər vergisinin hesablanmasının yeni üsulunu tətbiq edib. BVF-nin növbəti hesabatında əks olunacaq”.

Son xəbərlər