19/01/2020 09:01
728 x 90

Tonoyanın aqressiv hücum bəyanatlarının guya əsaslı olduğunu sübut etməyə yönəlik mif...

img

2019-cu ilin aprelində Ermənistanın müdafiə naziri David Tonoyan bildirdi ki, Ermənistan silahlı qüvvələri təmas xəttinin arxasında xaos yarada biləcək və yalnız B nöqtəsinə deyil, həm də C, D, E nöqtələrinə zərbə vura biləcək.

Bu yaxınlarda  işğalçı ölkənin müdafiə naziri Tonoyan əsgərlərinə müraciət edib. Deyib ki, biz artıq "səngərdə müdafiə" taktikasından "düşmən torpağında əməliyyatlar" strategiyasına keçirik: “Biz Qarabağ məsələsində köhnə status və köhnə sərhədlər məsələsinə bir daha qayıtmayacağıq. Biz bundan sonra öz torpaqlarımızda vuruşmayacağıq...”.

Bu, faktiki olaraq, işğalçı ölkənin qeyri-konstruktiv mövqedə olmasını göstərir və Ermənistanın aqressiv hücum niyyətində olduğunu ortaya qoyur. Ermənistan yeni “doktrinasını” hərəkətə keçirmək əzmində olduğunu əsaslandırmaq üçün öz mətbuatında maraqlı məlumatlat tirajlayır. İddia olunur ki, Ermənistan "Su-30SM" çoxfunksiyalı qırıcıların sayını artırmağı planlaşdırır. Qeyd edilir ki, indiyə qədər onlardan yalnız dördü var, ancaq Ermənistan Müdafiə Nazirliyi əmin edir ki, eskadrilya yaratmaq, yəni təyyarələrin sayını 12 ədəd artırmaq niyyətindədir. Qırıcı təyyarələrin daha çox hücum təyinatlı olmasını nəzərə alsaq, onda belə məlumatların tirajlanması Tonoyanın bəyanatları ətrafında mif yaratmaqdan başqa nəsə deyil.

  • Daşdəmir Əliyev: “Çünki dəyəri milyardlarla ölçülən qırıcıları almaq üçün ölkənin iqtisadi cəhətdən qüdrətli olması lazımdır”

Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın müharibə etmək əzmi yoxdur: “Onların hərbi əməliyyatların başlanmasından necə çəkindiklərini biz hiss edirik. Bu səbəbdən də yeni taktikaya keçiblər. Əslində, onların ortaya atdıqları yeni taktikanın hərbi müstəvidə tətbiqi mümkün deyil. Yəni Tonoyanın bəyanatları reallığa əsaslanmır. Onların Azərbaycana yeni hücumlar etmək əzmi və qüdrəti yoxdur. Bu səbəbdən də müharibəni ideoloji müstəviyə keçirmək istəyirlər. Bununla bağlı Tonoyanın bir neçə açıqlaması olub. İndi həmin açıqlamaların arxasını bərkitmək üçün bəzi dezinformasiyaları gündəmə buraxırlar. Ermənistanın iqtisadi vəziyyəti göz qabağındadır. Azərbaycanın hərbi büdcəsi az qalır Ermənistanın ümumi büdcəsinə bərabər olsun. İqtisadi aspekti vacib olduğuna görə qabardıram. Çünki dəyəri milyardlarla ölçülən qırıcıları almaq üçün ölkənin iqtisadi cəhətdən qüdrətli olması lazımdır. Özü də burada söhbət bir yox, 12 qırıcıdan gedir. Ermənistan ərazisində müasir silahlar ola bilər. O da oradakı Rusiya hərbi bazasının nəzarətində saxlanır və ondan bizə qarşı hücum üçün istifadə olunması qeyri-mümkündür. Mən qırıcılarla bağlı yayılan xəbəri blef sayıram. Mən, əksinə, çoxlu sayda informasiyaya rast gəlmişəm ki, Ermənistan müdafiə təyinatlı silahları əldə etməkdə maraqlıdır. Belə hədələrlə bizi qorxuda bilməzlər. Azərbaycan Ordusu hər an düşmənin burnunu əzməyə hazırdır. Buna bizim ordunun həm psixoloji vəziyyəti, həm də qüdrəti tam imkan verir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər