Cümə axşamı günü, 05 noyabr 2026
     

İranın “İraqda ABŞ-a ilk zərbələrinin yoxlama xarakterdə olması” iddiaları...

Image


Dünya siyasi gündəminin hələ də əsas aparıcı mövzusu ABŞ və İran arasında baş verənlər və bunun sonrakı gedişidir. Məhz belə bir vaxtda İran tərəfi olduqca diqqət cəlb edən bir açıqlama yayıb. İranın Baş Qərargahının mətbuat xidməti savaşın davam edəcəyini açıqlayıb:“ABŞ-ın İraqdakı bazalarına endirilən raket zərbələri ilə intiqam hücumlarımız başa çatmayıb”.

Açıqlamaya görə, Vaşinqton intiqam hücumlarının növbəti mərhələsinin irəlidə olduğunu bilməlidir:“Əvvəl həyata keçirilən hücumlarla intiqam cavabının başa çatdığını düşünmürük. Əsas intiqam elə səviyyədə olacaq ki, amerikalılar bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”. Açıqlamada qeyd olunub ki, son hücumlar ABŞ-ın müdafiə sistemlərinin istənilən səviyyədə olmadığını ortaya qoyub. İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi, əməliyyata komandanlıq edən generalın köməkçisi Abbas Nilfuruşan bildirir ki, ABŞ bazalarına endirilən raketlər hədəfi dəqiqliklə vurub. O qeyd edir ki, amerikalı hərbçilər texnologiyalar vasitəsilə raketlərin istiqamətini dəyişdirməyə cəhd etsələr də, nəticəsiz qalıb. Abbasın sözlərinə görə, mərmilər bir metr olsun belə hədəfdən yayınmayıb. Xatırladaq ki, raketlərin ABŞ bazalarını vurmadığı barədə iddialar var. Pentaqonun açıqlamasına görə, İran vəziyyətin daha da gərginləşməməsi üçün bilərəkdən raketləri boş ərazilərə endirib. Bu üzdən tələfatın olmadığı irəli sürülüb. Qeyd edək ki, Qərb mediasında İranın atdığı raketlərdən bir neçəsinin boş əraziyə düşdüyünə dair fotolar yayılıb. Amma yuxarıda səslənən fikirlərdən belə bəlli olur ki, tərəflərin savaşı davam edəcək. Xatırladaq ki, tərəflərin əsas savaş meydanı İraqdır. Belə ki, ABŞ İranı İraqda vurur. İran ABŞ-ı yenə də İraqda vurur.

İranın əsas niyyəti, əslində İraqdan ABŞ qüvvələrini çıxarmaqdır. Belə vəziyyətdən təkcə ABŞ yox, onun bölgədəki qüvavələri də ciddi narahatdır. Hətta Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr bildirib ki, ölkəsi İraqda müharibəyə və qan tökülməsinə imkan verməyəcək:"Səudiyyə Ərəbistanı Krallığı İraqdakı vəziyyəti diqqət və narahatlıqla izləyir və bu ölkədə müharibə və zorakılığın baş verməməsinə çalışır". Adil əl-Cubeyr vurğulayıb ki, onlar İranın İraqda güclənməsinə qarşıdır. İsrail Baş Qərargah Rəisliyi də İraqda İranın güclənməsinə imkan vermək niyyətində olmadıqlarını açıqlayıb. Bura, həmçinin, Suriya da daxil edilib.

Məhz belə bir vaxtda İsrailin Pilotsuz Uçuş Aparatları İraq-Suriya sərhədindəki bəzi mövqelərə aviazərbələr endirib. Faktı təsdiq edən Suriya İnsan Haqlarını Müşahidə Şurası hücumda İranın dəstəklədiyi milislərin hədəf alındığını açıqlayıb. Bildirilib ki, bölgədəki şiə milislərinə aid depo və silahdaşıyan maşınlar partladılıb. Livanın “Əl-Mayadin” kanalı isə İsrailə aid PUA-ların Suriya-İraq sərhədində bəzi hədəfləri vurduğunu bildirib. İsrailin “Haaretz” qəzeti son zamanlarda İraqda bir sıra hücumların İsrailin adına yazıldığını, bunlardan bəzilərinin Suriya-İraq sərhədinə və Əbu-Kamal-Qətər keçidinə yaxın ərazilərdə olduğunu xatırladıb. “Haaretz”ə görə, hücumlar İran dəstəkli şiələri və silah daşıyan yük maşınlarını hədəf alır.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netenyahu general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ilk açıqlamasında ABŞ prezidenti Donald Trampa dəstək mesajı vermişdi “Prezident Tramp sürətli, güclü və qətiyyətli formada hərəkət etdiyi üçün hörmətə layiqdir. İsrail sülh, müdafiə və təhlükəsizlik mübarizəsində ABŞ-ın yanındadır”.

Bütün bunlardan belə görünür ki, ABŞ İraqda və Suriyada mövqelərini qorumaq üçün İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdən istifadə etməyi düşünür. Bunun əvəzində İranın İraqda və Suriyada ona bağlı qüvvələri daha aktiv hala gətirməsi proqnozlaşdırılır. Yəməndə husilərlə bağlı olan proseslərin daha kəskin, ciddi bir mərhələyə qədəm qoyması ehtimalı yüksəkdir. Livanda da vəziyyətin qarışması qaçılmaz sayılır. Bu durumda İranla açıq savaşa getməyin qarşısını almaq üçün ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın qanunvericilər tərəfindən müvafiq icazə olmadan İrana qarşı Silahlı Qüvvələrdən istifadə məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib. Qətnamə prezidentin üzərinə ABŞ administrasiyasının Konqresdən müvafiq icazəni almayana qədər və ya "Birləşmiş Ştatlara silahlı hücum" olmayınca İrana qarşı və onun ərazisində hərbi hərəkətlərə başlamamaq öhdəliyi qoyur. Oxşar qətnamə respublikaçılar tərəfindən nəzarət edilən Senata göndərilib. Sənədin yuxarı palata tərəfindən qəbul olunacağı istisna edilmir. Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib ki, ABŞ Nümayəndələr Palatasının Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib. O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb.  Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ