Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağ problemi “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında bir-birini məhv etmək üsuluna çevrilir…

Image


Hələ də mövqeyini qoruyub saxlamağa çalışan “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında çəkişmə davam edir. Bunun təsir göstərdyi əsas məqamlardan biri isə birbaşa Dağlıq Qarabağ münaqişəsidir. Belə görünür ki, tərəflər niyyətlərinə çatmaq üçün bu konfliktdən hələ də siyasi məqsədlər üçün istifadə edir. Bu barədə danışmazdan öncə qeyd edək ki, “Qarabağ klanı”nın əsas rəhbərlərini sıradan çıxarmaq üçün Paşinyan inzibati metodları işə salıb. Bu fonda Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı cinayət işi üzrə ibtidai istintaq da artıq başa çatıb. 

Sarkisyanın vəkili Aram Makinyanın sözlərinə görə, ilkin istintaq başa çatıb və müdafiə tərəfinə tanış olmaq üçün cinayət işinin materialları təqdim olunub. Xatırladaq ki, 2019-cu il dekabrın əvvəlində Xüsusi İstintaq Xidməti Sarkisyana qarşı mənimsəmə və ya oğurluq ittihamı irəli sürüb. Keçmiş prezident 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 1 milyon dollar dövlət vəsaitini oğurlamaqda təqsirli bilinir. Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan istintaq orqanının əldə etdiyi sübutların ittiham elan etmək və işin məhkəməyə göndərilməsi üçün yetərli olduğunu bildirib:"İş materialları tanış olmaları üçün təqsirləndirilən şəxslərə və onların nümayəndələrinə təqdim edilib". Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi də davam edir. Ermənistanda, demək olar ki, “Qarabağ klanı”nın mövqeləri sarsılıb. Amma Azərbaycanın işğal edilmiş ərazilərində onlar hələ də mövqelərini qoruyub saxlayır. Bu fonda diqqət çəkən daha bir məqam Ermənistan Xüsusi İstintaq Xidmətinin qondarma rejiminin “milli təhlükəsizlik şurasının” keçmiş “katibi”, general-mayor Vitali Balasanyanı istintaqa dəvət etməsidir. Bunun üçün İstintaq Xidməti qondarma rejimin “prokurorluq” orqanlarına müraciət edib. 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işində şahid kimi ifadə verməli olan Balasanyan 2 dəfə istintaqın dəvətini qəbul etməyib. Amma onun Paşinyan hakimiyyətinə qarşı son vaxtlar etdiyi sərt çıxışlar rəsmi İrəvanda narahatlıqla qarşılanır. Belə ki, 2020-ci ildə işğal alıtndakı torpaqlarda keçirilməli olan “prezident seçkilərin”nə namizədliyini irəli sürən Balasanyan “Qarabağ klanı”nın əksər üzvlərinin açıq demədiyi etirazları dilə gətirir. Onun Nikol Paşinyan və radikal “Sasna Tsrer” qruplaşması barədə sərt çıxışı isə ölkə cəmiyyətində böyük əks-səda doğurmuşdu: “Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.  Son olaraq Balasanyanın həbsdə saxlanan Robert Köçəryanın xeyrinə öz ofisi qarşısında imzatoplama kampaniyasına başlaması Paşinyanın qəzəbinə səbəb olmuşdu. Faktiki olaraq, Qarabağdakı rejimin müdafiə etdiyi generalı İrəvana gətirmək Ermənistan hakimiyyəti üçün müşkül sayılır. ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza isə “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında çəkişmənin Qarabağ konfliktinə  təsir göstərdiyini bildirir: “2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün perspektivli bir il kimi başladı. Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsi rəsmi İrəvan tərəfindən münaqişəyə yeni baxış olacağı kimi görünürdü. Bakıda keçirdiyim görüşlərdən, danışıqlardan çıxış edərək deyə bilərəm ki, rəsmi şəxslər optimist idilər. Onlar Paşinyanın Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə ənənəvi yanaşmasını dəyişdirə, bu münaqişədə hər hansı irəliləyişin əldə olunmasına təsir göstərə biləcəyini hesab edirdilər. Bu optimizmin sübutlarını prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlərdən, eləcə də iki ölkənin XIN başcılarının apardıqları danışıqlardan da görmək olardı. Bu görüşlər çərçivəsində tərəflər xalqların sülhə hazırlanması üçün etimad tədbirlərinin qurulması barədə razılaşdılar. Ancaq optimizm o zaman yoxa çıxdı ki, "Qarabağ klanı" Paşinyanın münaqişəyə konstruktiv yanaşmasına negativ reaksiya verdi. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni, güclü addımlar atmaq üçün öz siyasi gücünü toplamağı bacarmadı”.

Sabiq diplomat "azvision" portalına açıqlamasında Ermənistan baş nazirinin ötən il səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı bəyanatlarına da toxunub. Onun sözlərinə görə, “Qarabağın müstəqil olması, yaxud Ermənistanın bir hissəsi olması” barədə açıqlamalar münaqişənin həlli üçün yüksək səviyyədə sarsıdıcıdır:
“Belə bəyanatlar əvvəllər heç vaxt nə Ermənistan, nə başqa ölkə tərəfindən səsləndirilib. Və bu açıqlamalar Paşinyanın 2019-cu ilin başlanğıcında sərgilədiyi yanaşmaya uyğun deyil. Beləliklə deyə bilərəm ki, Paşinyan "Qarabağ klanı"nın möhkəm təzyiqi altındadır. Hansı ki, bu klan Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə olunmasını istəmir. Amerikada fəaliyyətdə olan “Daşnaksütyun” nümayəndələri, onlar eyni zamanda Amerikanın erməni icmasının üzvləridir, Amerika Senatına mənim Azərbaycanda səfir kimi fəaliyyətimi davam etdirməməyim, namizədliyimin təsdiqlənməməsi üçün təsir göstərdilər. Amerikada yaşayan “Daşnaksütyun” üzvləri Azərbaycan və Türkiyəyə nifrət bəsləyirlər. Onlar münaqişənin həll olunmasını istəmirlər, çünki inanırlar ki, davam edən münaqişə onlara Amerikada daha çox pul qazanmağa yardım edir. Onlar münaqişənin siyasi həllini istəmirlər və Dağlıq Qarabağ, ətraf 7 rayonu mənimsəmək niyyətindədilər. Onların, eləcə də Türkiyədəki torpaqlara iddiaları var, çünki məqsədləri “Böyük Ermənistan” yaratmaqdır".
Brayza həmçinin 2020-ci ildə münaqişənin nizamlanmasında gözləntilərini də açıqlayıb. Onun sözlərinə görə, hazırda optimizm üçün səbəb görmür: “Paşinyan 2019-cu ilin əvvəlində tutduğu konstruktiv yanaşmadan uzaqlaşmaqda davam edir. Düşünürəm ki, o, "Qarabağ klanı"nın təsiri altında qalmaqda davam edir. Beləliklə, Paşinyan istənilən bir konstruktiv addımı ata bilməyəcək. Hesab edirəm ki, hazırda baş verən Dağlıq Qarabağ və ətraf 7 rayonda qanunsuz məskunlaşma prosesi dayandırılmalıdır. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupu, üzv ölkələr, BMT bu cür məskunlaşmaların qanunsuz olduğu barədə öz münasibətini ortaya qoyacaq. Bu proses BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. İnanıram ki, ATƏT MQ, üzv ölkələr, BMT-nin bu barədə bəyanatları Paşınyanın daha əvvəl tutduğu konstruktiv mövqeyə qaytmasına yardım edə bilər".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ