Cümə axşamı günü, 05 noyabr 2026
     

Son ABŞ-İran çəkişməsi ilə bağlı şok iddialar – “ABŞ vurulacaq obyektləri öncədən bilirdi”, “Rusiya İranın vurulmasında maraqlıdır”…

Image


ABŞ və İran arasında cərəyan edən son proseslər bu ölkələrin hələlik təhlükəli savaşdan uzaq olduğunu deməyə əsas verir. Amma hadisələrin inkişaf axarı belə müharibəni də istisna etmir. İndilikdə isə səslənən bəyanatlar hələlik daha çox nikbinlik üçün əsas yaradır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Təhlükəsizlik Şurasına məktubu da qeyd edilən fikirləri gücləndirməyə əsas verir. O, məktubunda  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsini özünümüdafiə hüququ ilə izah edib. Diplomat məktubda yazıb ki, ABŞ beynəlxalq sülh və təhlükəsizliyə gələcək təhdidlərin və ya İran tərəfdən vəziyyətin gərginləşdirilməsinin qarşısını almaq üçün heç bir ilkin şərt olmadan İranla ciddi danışıqlara başlamağa hazırdır.

Məktubda ölkələri özünümüdafiə üçün həyata keçirilən hərbi əməliyyatlar barədə Təhlükəsizlik Şurasına dərhal məlumat verməyə məcbur edən BMT Nizamnaməsinin 51-ci maddəsinə toxunulur:"ABŞ personalını və maraqlarını qorumaq üçün, lazım gələrsə, bölgədə əlavə tədbirlər görməyə hazırıq”. ABŞ prezidenti Donald Tramp isə İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında maraqlı fikir səsləndirib: "ABŞ İranla sülhə hazırdır. İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır".

“Vaşinqton Post” qəzeti isə öz mənbələrinə istinadən yazır ki, əslində, İran da müharibədən qaçmağa çalışır. Hətta bu səbəbdəndir ki, İran hakimiyyəti bilərəkdən ABŞ-ın İraqdakı obyektlərinə endirilən raket zərbələri zamanı daha az amerikalının xəsarət almasına çalışıb: “Bu, iranlılara öz simalarını saxlamağa imkan verdi. Üstəlik, hər iki tərəfə imkan yaratdı ki, müharibənin uçurumundan geri dönsünlər. ABŞ hökuməti yanvarın 7-si səhər saatlarında İranın zərbə endirəcəyi obyektlərin siyahısını bilirdi. Bu məlumatı ABŞ hərbçiləri İraq hakimiyyətinin hücumundan bir neçə saat əvvəl almışdı”. Bunun ardınca daha bir maraqlı açıqlama İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi tərəfindən gəlib. O bildirib ki, İran general Qasım Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı"nı tamamlayıb və ABŞ tərəfdən aqressiv hərəkət olmazsa, yeni hərbi addım atmayacaq: "Bütün hərəkətlərimiz Süleymaninin öldürülməsinə görə idi. Onlar tamamlanıb. ABŞ İrana qarşı hərbi əməliyyat keçirməzsə, biz də bu cür hərəkətlər etməyəcəyik". Ekspertlər bütün bunları vacib sayır. Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini Vladimir Cabarov da məsələyə bu fonda yanaşaraq bildirir ki, Birləşmiş Ştatların və İranın qarşılıqlı zərbələri nüvə müharibəsinin başlamasına səbəb ola bilər. Onun sözlərinə görə, tərəflər savaşdan qaçmalıdır, hələlik isə İran və ABŞ bazalarına endiriləcək raket zərbələri regionda genişmiqyaslı müharibəyə gətirib çıxara bilər: "Vaşinqton anlasa ki, hədəflərinə çata bilmir, onda nüvə müharibəsinin başlama risqi var". Bundan əlavə, senator hesab edir ki, İranın Amerika bazalarına zərbələri nəticəsində itkilərini qiymətləndirmək lazımdır: "Zərər ciddidirsə, ABŞ buna cavab verməyə bilməz". "Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. ABŞ isə itkilərin olmadığını bəyan edir. Belə bir vaxtda Birləşmiş Ştatların Bağdadda yerləşən səfirliyinin raket atəşinə tutulması isə, ekspertlərə görə, savaşı tətikləyə bilər və müəyyən qüvvələr də, görünür, bu prosesdə maraqlıdır. Məlumata əsasən, Bağdadda Yaşıl bölgədə yerləşən səfirliyin yaxınlığına iki raket düşüb. Sosial şəbəkələrdə yayımlanan görüntülərdə ABŞ səfirliyinin təhlükədən xəbərdarlıq sistemlərinin də işə düşdüyü görünür.

Bunlar fonunda isə Almaniyaınn  “Die Velt” qəzeti maraqlı bir iddia ilə çıxış edib. Qəzet yazır ki, İran və ABŞ arasında hazırkı konfliktin davamında elə Rusiya özü maraqlıdır. Çünki bu hal  Rusiyaya Suriyada təsirini gücləndirmək imkanı verir: “Rəsmi Kreml İran generalı Qasım Süleymaninin qətlini qınadı, amma əslində Vaşinqton-Tehran konflikti Moskva üçün Yaxın Şərqdə strateji hədəflərini reallaşdırmaq şansıdır. Məhz buna görə Rusiya bəyanatlarla məhdudlaşır. Belə ki, ortamüddətli perspektivdə İranın zəiflədilməsi Rusiya üçün faydalıdır. İran təzyiq altında qalsa, Moskva Dəməşqdə təsirini genişləndirməsi üçün imkanlardan istifadə edə bilər. Moskva Suriyada demərkəzləşmiş dövlət modelinin yaradılmasında təkid edir və bununla Suriya ordusundakı reformasiyanı nəzarətdə saxlamaq istəyir. Tehran isə şiə briqadalarının Əsəd ordusuna inteqrasiyasına və hökumət sisteminin yaradılmasına yatırım edir. Bununla Tehran ipləri əlində tutmağa çalışır. Bu isə Moskvanın regiondakı maraqlarına mənfi təsir göstərir.

Moskva çalışır ki, status-kvonun saxlanmasına yatırım etsin və əsas oyunçular – İran, İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı arasında balans yaratsın. Kreml ümid edir ki, Süleymaninin qətli Əsədin İran asılılığından azad olmağına, risqləri dəyərləndirməyinə, öz xarici siyasətini diversifikasiya etməyinə, Rusiyaya böyük yatırım etməyinə və vasitəçilərinin köməyi ilə ərəb qonşuları ilə yaxınlaşmağına səbəb olacaq. Bu, Moskva üçün ideal ssenari olardı”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ