Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan “qaz siyasəti” ilə Türkiyə, Rusiya və hətta ABŞ-ı bir araya gətirə bildi…

Image


Dünya enerji bazarları uğrunda bu gün kifayət qədər sərt rəqabətin getməsi heç kimə sirr deyil. Məsələn, Avropanın enerji bazarında hələ də Rusiya və ABŞ arasında kəskin rəqabət hökm sürür. Eləcə də dünyanın enerji resurslarının mənimsənilməsində eyni prosesi müşahidə etmək olar. Amma bu vəziyyətdə Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ona beynəlxalq miqyasda tamam fərqdi bir yanaşmanın sərgilənməsinə gətirib çıxarıb.

Məsələn, istər ABŞ, istərsə də Rusiya Azərbaycanın Avropanın enerji bazarına çıxmasına hansısa maneələr yaratmır. Əksinə, ölkəmizin bu istiqamətdə fəaliyyəti dəstəklənir. Hətta qeyd olunan istiqamətdə Azərbaycanla rəqabət əvəzinə, əməkdaşlıq ön plana çıxır. Bunu Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılışı fonunda da görmək olar.

Xatırladaq ki, artıq bu kəmər istismara hazır vəziyyətə gətrilib. “Türk axını” layihəsi üzrə tikinti işlərinə isə hələ 2017-ci ildə başlanıb. Bu qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir. İndi həm Azərbaycanın çəkdiyi TANAP, həm də “Türk axını” rəqib yox, əməkdaşlıq formatında baş tutan layihələr kimi qiymətləndirilir. Xatırladaq ki, TANAP 2019-cu ilin sonlarında tam istismara verilib. Belə ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın Faza-1 hissəsinin açılış mərasimi keçirilib. İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək TAP-a birləşdirilən ərazidir. Qarşıdakı dövr ərzində isə Azərbaycan TANAP vasitəsilə Türkiyəyə daha çox qaz nəql etməyi düşünür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında bu xüsusda bildirib ki, qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətinin əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırılması planlaşdırılır: “Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq”.

Bu fonda Azərbaycanın yanaşması budur ki, TANAP və “Türk axını” təbii qaz kəmərləri bir-birinə rəqib deyil. Energetika naziri Pərviz Şahbazov bildirir ki, hər iki layihə bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək: “Türk axını” layihəsinin TANAP-a alternativ olmasından söhbət gedə bilməz. Bu layihələr paralel olaraq həyata keçiriləcək. Hər ikisi bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”. Elə Rusiya da məsələyə məhz bu prizmadan yanaşır. Hətta Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov qeyd edir ki, Rusiya qazı müəyyən mərhələdə Azərbaycanla Türkiyəni birləşdirən TANAP qaz kəməri ilə nəql oluna bilər: “Mən Azərbaycanı TANAP layihəsinin işə salınması münasibətilə təbrik etmək istəyirəm, bu böyük uğurdur. Azərbaycan bu layihəyə yatırım qoyub və indi onun bəhrəsini görməyə tam əsası var. Həm Azərbaycan, həm Rusiya neft-qaz ölkələridir. Və hər iki ölkə öz mineral ehtiyatlarını özü hasil edir. Hərçənd, biz burada da əməkdaşlıq edirik, mən Rusiya şirkətlərinin Azərbaycanın neft, qaz-kondensat yataqlarının işlənməsində iştirakını nəzərdə tuturam. Kim bilir, bəlkə bizim qaz da hansısa mərhələdə TANAP layihəsinə qoşulacaq, mən bunu istisna etməzdim”.

Rusiya qazının TANAP vasitəsilə nəqlinin mümkünlüyünü Pərviz Şahbazov da istisna etmir. O qeyd edib ki, bu variant müəyyən mərhələlərdə mümkün olan ssenarilərdən biridir: “Hazırda bu barədə konkret nəsə demək çətindir. Düşünürəm ki, bütün ölkələrin istəkləri və imkanları olduqda mövcud infrastrukturdan istifadə etmək imkanı olacaq”. Nazir həmçinin əlavə edib ki, Rusiya və Türkiyə arasındakı yeni qaz kəməri olan “Türk axını” region üçün önəmli layihədir və Azərbaycan əvvəldən bu layihəyə dəstəyini bildirib: “Biz düşünürük ki, bu layihə həm Rusiya, həm də Türkiyə üçün bir sıra məsələlərin həllində böyük rol oynayır. Bu layihə Türkiyənin enerji təhlükəsizliyini təmin etməyə, Türkiyənin iqtisadi inkişafına öz töhfəsini verir. Layihə Rusiya üçün də önəmlidir”.

Nazir Azərbaycanın Türkiyə və Rusiya ilə əməkdaşlığından da danışaraq bildirib ki, Azərbaycan Türkiyə ilə enerji sahəsində böyük əməkdaşlıq həyata keçirir: “Azərbaycan bu günə qədər Türkiyədə ancaq enerji sektoruna 11,3 milyard dollar məbləğində investisiya yatırıb. SOCAR Türkiyədə ən böyük xarici sərmayədardır. Eyni zamanda, Azərbaycan və Türkiyə beynəlxalq əhəmiyyətə malik layihələr həyata keçirib və keçirməkdə davam edir. Türkiyədə “Petkim”, STAR kimi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycanla Türkiyənin enerji sahəsində əməkdaşlığına böyük töhfə verir. Bundan sonra da bir sıra layihələr həyata keçiriləcək. Azərbaycan Rusiya ilə də yaxın tərəfdaş ölkədir. Beləliklə, Türkiyə ilə Rusiya arasında həyata keçirilən layihələr, eləcə də Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr ölkələrin, regionun inkişafına xidmət edir. Düşünürəm ki, bu layihələr bu üç ölkənin iqtisadi inkişafına böyük töhfə verməkdədir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ