İran Islam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yanvarın 8-də gecə saatlarında ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri nəticəsində 80 ABŞ əsgəri ölüb. Baki-xeber.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
SEPAH Ayn əl-Asad aviabazasına, Anbar və Ərbil şəhərlərindəki ABŞ qoşunlarının da olduğu aviabazalara ballistik raketlərlə zərbələr endirib.
İran dövlət televiziyasına görə, atılan 15 raketin hamısı ABŞ-ın hədəflərinə dəyib, bazalardakı helikopterlər və hərbi texnikaya ciddi ziyan dəyib. Televiziya ABŞ-dan gələ biləcək mümkün cavab hücumlarına qarşı İranın müəyyənləşdirdiyi digər 100 hədəfin də vurulacağını bildirib. Dövlət televiziyası ABŞ bazalarının İraq sərhədi yaxınlığındakı Kermanşah şəhərindən atılan bərk yanacaqlı “Fatih” raketləri ilə vurulduğunu deyib.
ABŞ-ın bir hərbi rəsmisi isə CNN İnternational-a bildirib ki, hərbçilərin hücumlardan əvvəl xəbərdar edilmələri üçün kifayət qədər vaxt olub. Vaşinqton heç bir itki vermədiyini, raketlərin bos ərazilərə düşdüyünü bildirir. Hətta bəzi mənbələr İraqın Ayn əl-Əsəd aviabazasında ümumiyyətlə amerikalıların olmadığını iddia edib.
ABŞ Prezidenti Donald Tramp isə ilkin bəyanatında bildirib ki, hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır: “İran tərəfi İraqda yerləşən iki hərbi bazaya raketlərlə atəş açıb. Hazırda tələfat və zərərin qiymətləndirilməsi aparılır. Hələki hər şey yaxşıdır. Biz dünyanın hər yerində ən güclü və yaxşı təchiz olunmuş orduya malikik”.
İraqdakı Haşdi Şabi yaraqlıları İranın raket hücumlarından sonra ABŞ hədəflərinə hücum etməyin vaxtı gəldiyini açıqlayıb. Haşdi Şabi ABŞ bazalarına edilən hücumların İranın qisasından daha kiçik olmayacağını bildirib.
İran isə hücumların başlanğıc olduğunu, ABŞ bölgəni tərk edənədək davam edəcəyini bildirib. İran ABŞ hərbi bazalarına ev sahibliyi edən bölgə ölkələrinə də raket zərbələri endirə biləcəyilə bağlı xəbərdarlıq edib.
Küveyt müdafiə naziri isə Arifjan bazasının komandirindən bütün ABŞ qüvvələrinin 3 gün içində geri çəkiləcəyi ilə bağlı bir məlumat aldıqlarını açıqlayıb: “Amerika komandirinin gözlənilməz məktubu ilə bağlı ABŞ Müdafiə Nazirliyindən daha dəqiq məlumat almağa çalışırıq". Bunun ardından daha bir açıqlama yayan Küveyt rəhbərliyinə ABŞ qoşunlarının çəkiləcəyi xəbərlərinin doğru olmadığı, Küveyt xəbər agentliyinin saytına haker hücumu olduğunu deyib.
İraq rəhbərliyi baş nazirin hücumlarla bağlı əvvəlcədən İrandan səsli mesaj aldığını, ABŞ əsgərlərinin olduğu ərazilərin hədəf alınacağının bildirildiyini deyib. Ancaq Bağdad konkret hədəflərin açıqlanmadığını bildirib.
Suriya rejimi də İranı dəstəklədiyini bəyan edib.
Dünya ABŞ-ın İraqdakı qüvvələrini geri çəkməsini gözlədiyi halda, ABŞ 3.632 nəfərdən ibarət sui-qəsd timi kimi tanınan 75-ci Ranger alayını bölgəyə göndərdiyini açıqlayıb. Pentaqon rəsmilərindən biri Amerika mətbuatına ABŞ-ın ən böyük qui-qəsd timi olan 75-ci Ranger alayının İraqa göndərildiyini deyib.
1984-cü ildən fəaliyyət göstərən 75-ci Ranger alayı 3623 nəfərdən ibarət yüngül piyada xüsusi əməliyyat bölməsi kimi tanınır. Rangerlərin bölgəyə göndərilməsi ABŞ-ın açıq hədəfləri məhv etmək strategiyası izləyəcəyini açıq şəkildə bildirməsi kimi şərh olunur.