26/01/2020 17:57
728 x 90

Dünya şokda… İran-ABŞ müharibəsi başladı, SEPAH İraqdakı Amerika bazalarını vurdu - YENİLƏNDİ

img

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı Ayn əl-Əsəd aviabazasına onlarla ballistik raketlə zərbə endirib. ABŞ prezidenti Donald Trampın keçən il Milad bayramını qeyd etdiyi bazanı vuran İran hücumlarını davam etdirir. İlk hücumdan bir saat sonra İranın ikinci dalğa raket hücumuna başladığı elan edilib.

Baki-xeber.com xəbər verir ki, SEPAH ABŞ-ın Ayn əl-Əsəd aviabazasına onlarla raket zərbəsi endirdiyini açıqlayıb.

  • İraqdakı bütün Amerika bazaları atəş altında...

Eyni Əsəd bazasına edilən hücumdan sonra Ərbildə də partlayış səsləri eşidildiyi bildirilir. ABŞ hərbi rəsmiləri təkcə Ayn əl-Əsədin deyil, İraqdakı bütün Amerika bazalarının atəş altında olduğunu bildirib.

İranın yarı rəsmi Fars Xəbər Agentliyi də hücumun görüntülərini paylaşıb. Hücumda ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir.

Hücumdan sonra Ağ Evin sözçüsü Grisham, ABŞ prezidenti Donald Trampa məlumat verildiyini və hücumdan xəbərdar olduqlarını söyləyib.

  • SEPAH ABŞ-ın bölgədəki müttəfiqlərini də hədələdi

İran Islam İnqilabı Keşikçiləri Korpusu əməliyyatın adının ''Şəhid Qasim Süleyman'' olduğunu açıqlayıb. SEPAH hava zərbələri ilə bağlı yaydığı açıqlamada deyilir. Bəyanatda ABŞ hücuma cavab verərsə, İranın "daha sərt və əzici" qarşılıq veriləcəyilə bağlı xəbərdarlıq edilir.

Bölgədəki ABŞ bazalarına ev sahibliyi edən ölkələrə də xəbərdarlıq edilir: “İran İslam İnqilabının cəsur mühafizəçiləri ABŞ bazasını uğurlu raket əməliyyatı ilə ABŞ bazasını vurub. Əgər ABŞ-ın müttəfiqlərinin ərazisindən hər hansı bir hücum baş verərsə, onlar da hücum hədəflərimiz arasına daxil olacaqlar".

  • ABŞ bazasına "ikinci dalğa" raket hücumu…

İran mediası, ABŞ-ın İraqdakı bazasına "ikinci dalğa" raket hücumunun başladığını açıqlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqın Anbar və Ərbil şəhərlərindəki ABŞ qoşunlarının da olduğu aviabazalara da ballistik raketlərlə zərbələr endirib. ABŞ rəsmiləri hücumları təsdiqləsə də ölən və yaralananlar haqqında heç bir məlumat vermirlər.

Fars Xəbər Agentliyi hücumlarda 500 kilometr mənzilli “Fatih 313” tipli raketlərdən istifadə edildiyini bildirir.

  • Pentaqon açıqlama yaydı…

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın ABŞ əsgərlərinin İraqda yerləşdiyi, əl-Əsəd və Ərbil bazalarına 12-dən çox ballistik raketlə hücumu edildiyini və ilk zərərini qiymətləndirməyə çalışdığını açıqlayıb.

Pentaqon sözçüsü Conatan Hoffmanın yaydığı yazılı açıqlamasında deyilir: "Yanvarın 7-də ABŞ-ın şərq sahili saatı ilə axşam 05.30-da İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə ondan çox raketlə hücum etdi. Raketlərin İrandan atıldığı, ABŞ və koalisiya əsgərlərinin yerləşdirildiyi əl-Əsəd və Ərbil bazalarını hədəf aldığı aydındır. İlk zərərləri qiymətləndirməyə çalışırıq".

  • Tramp Milli Təhlükəsizlik Şurasını topladı

İran hava hücumlarına başladıqdan sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb.

Vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo ilə yanaşı toplantı üçün Ağ Evə gələn Müdafiə naziri Mark Esperin əlindəki qalın br qovluq ABŞ mediasının diqqətindən yayınmayıb.

Pensin ofisi, vitse-prezidentin sözügedən hücumlar haqqında Konqresə məlumat verdiyini bildirib.

İran xarici işlər naziri Cavad Zərif isə, ABŞ bazalarına hücumla bağlı “Ölçülü şəkildə qarşılıq verildi və tamamlandı. BMT konvensiyalarına görə cavab verildi” deyə bildirib

Son xəbərlər