CNN İnternational İranın ballistik raketləri və pilotsuz uçuş aparatlarında hərəkətlilik qeydə alındığını və Yaxın Şərqdəki bütün Amerika qoşunlarının həyəcan siqnalı ilə hazır vəziyyətə gətirildiyi barədə məlumat yayıb.
Baki-xeber.com xəbər verir ki, məlumatda ABŞ-ın Yaxın Şərqdəki raketdən müdafiə sistemlərini, İranın pilotsuz uçuş aparatlarının mümkün hücumlarına qarşı döyüş hazırlığı vəziyyətinə gətirdiyi deyilir.
"Bölgədəki bütün Patriot batareyaları və qüvvələrimiz ola biləcək hücuma qarşı tətikdədir" - ABŞ-ın iki rəsmi nümayəndəsi CNN-ə bildirib.
CNN-in məlumatına görə, ABŞ-ın İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadakı hərbi bazalarına mümkün hücumlar barədə kəşfiyyat məlumatları var. Qeyd edilir ki, Yaxın Şərqdəki Amerika kəşfiyyatı, İranın ballistik raketləri və pilotsuz uçuş aparatları da daxil olmaqla hərbi hərəkətlilik müşahidə edib.
ABŞ rəsmilərinin sözlərinə görə, İran mümkün hücumla əlaqədar silahlarının yerini dəyişir ya da ABŞ-ın mümkün əməliyyatına qarşı silahlarını təhlükəsiz yerə daşıyır.
Onu da qeyd edək ki, bundan əvvəl İran “13 qisas ssenarisi” üzərində müakirə aparıldığını rəsmən bəyan edib.