Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident Azərbaycanın AB üzvlüyü üçün prinsipial şərti qəti və aydın dedi – AB səfiri güzəştə meylli olacaqmı...

Image


2019-cu ildə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edilib. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Yankauskas qeyd edib ki, sazişin əhəmiyyətli bir hissəsi əvvəlcədən razılaşdırılıb: “Əsasən ticarət müddəaları ilə əlaqəli olan sazişin bəzi hissələri üzərində əlavə iş tələb olunur. 2019-cu ilin sonunda Azərbaycan Nazirlər Kabinetində yeni bir iqtisadi komandanın və Brüsseldə yeni bir Avropa Komissiyasının yaradılması ilə yeni reallıqlar ortaya çıxdı. 19-20 dekabr 2019-cu il tarixlərində Brüsseldən Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti Bakıya gələrək, Azərbaycanın bir sıra əsas dövlət qurumlarının nümayəndələri ilə saziş layihəsinin açıq qalan fəsillərinə dair çox məhsuldar məsləhətləşmələr keçirib. Hər iki tərəf danışıqların tezliklə başa çatması ilə bağlı işləri davam etdirmək üçün güclü siyasi iradələrini bir daha ortaya qoydu”.

Avropalı diplomat əlavə edib ki, Avropa Birliyi üçün Azərbaycanla yeni bir sazişin bağlanması gündəliyin əsas prioritetlərindən biri olaraq qalır.

Belə görünür ki, Aİ güzəştə getmək istəmir. Yəni öz şərtlərini sona qədər qəbul etdirmək istəyir. Ancaq Azərbaycanın da prinsipial mövqeyi ortadadır. Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə aydınlıq gətirdi. Belə ki, ölkə başçısı ilk dəfə sazişin imzalanmasının gecikməsinin iki səbəbini göstərdi. Birincisi, Prezident qeyd etdi ki, Brüsselin şərtlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməkdir. İlham Əliyevin cavabından aydın oldu ki, indiki şərtlər altında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü mümkün deyil. Çünki ucuz mallar Azərbaycan bazarını doldura bilər. Azərbaycan rəqabətqabiliyyətli məhsullar istehsal etməlidir ki, xarici mallarla rəqabətə tab gətirə bilsin. Səbəblərdən biri bununla bağlıdır.

Prezident sazişin imzalanmasının yubanmasının ikinci səbəbini də göstərdi. Avropa İttifaqı Azərbaycandan tələb edir ki, başqa ölkələrə qazı hansı qiymətə satırsa, daxili bazarda da eyni qiymətə satsın. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki yerli əhali və sənaye müəssisələri üçün qazın qiymətləri artarsa, həm narazılıq, həm də yerli məhsulların qiyməti artacaq. Bakı Brüsselin bu şərtini qəbul etmir.

Bundan başqa, Prezident İlham Əliyev ötən ayın sonlarında Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində sözügedən məsələyə toxunaraq mövqeyini ortaya qoydu: “Bu yaxınlarda Azərbaycan jurnalistləri ilə görüşümdə mən bu məsələlər barədə ətraflı danışmışam, belə ki, bəzən bizim mətbuatımızda bununla bağlı reallıqdan uzaq fikirlər səsləndirilir. Mən bu məsələnin üzərində təfsilatı ilə dayanaraq dedim ki, bizi orada heç gözləmirlər də. Biz hətta namizədlərin siyahısına da daxil deyilik. Həm də Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Axı, biz kiminsə xoşuna gəlmək üçün və ya sadəcə ondan bizdə də var demək xətrinə saziş imzalaya bilmərik. Biz bu cür işləmirik. Bizim əldə edəcəyimiz hər hansı saziş, hər hansı razılaşmanın konkret nəticələri olmalıdır. Biz Avropa Komissiyasına da bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik”.

Bütün bu deyilənlərin fonunda, sözügedən məsələdə Aİ güzəştə meylli olacaqmı?

  • “Bir məqamı da unutmaq olmaz ki, Azərbaycan müstəqil siyasət yeridir”

Məsələyə münasibət bildirən VİP funksioneri Ramil Hüseynovun sözlərinə görə, prinsipcə, Aİ-nin Azərbaycanın xeyrinə güzəştə getməsi mümkündür: “Sadəcə, buna müəyyən zaman lazımdır. Bəlkə də yaxın perspektivdə Aİ geri çəkilməsin, amma sonrakı mərhələdə qurum Azərbaycanın xeyrinə güzəştə gedə bilər. Çünki Azərbaycanın regionda artan rolu ortadadır. Strateji mövqeyi də göz qabağındadır. Azərbaycan Cənubu Qafqazda ən önəmli strateji mövqeyə malikdir. O baxımdan, Azərbaycanla yeni tərəfdaşlıq sazişi Aİ üçün də çox vacibdir. Hesab edirəm ki, güzəştə getsələr, Avropa bundan qazanacaq. O baxımdan, rəsmi Brüssel nə qədər tez Azərbaycanın xeyrinə güzəştə getsə, bu bir o qədər qurumun xeyrinə olacaq. Bir məqamı da unutmaq olmaz ki, Azərbaycan müstəqil siyasət yeridir. Yəni kimdənsə asılı deyil”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ