Cümə axşamı günü, 05 noyabr 2026
     

Tiflisdə ortaq Azərbaycan - Gürcüstan Universitetinin yaradılmasına mane olan erməni faktoru...

Image


Gürcüstanda yaşayan soydaşlarımızın ali təhsil alması sahəsində ciddi problemlərin mövcud olduğu məlumdur. Uzun illərdir Gürcüstandakı soydaşlarımızın ali təhsil almaları sahəsində mövcud problem Azərbaycan dövlətini ciddi düşündürür.

Bir müddət əvvəl Gürcüstan və Azərbaycan dövlətlərinin ortaq ali məktəb yaradacaqları ilə bağlı fikirlər gündəmə gəlmişdi. Bunun yalnız ictimaiyyət arasında gəzən söz-söhbət olmadığı artıq məlumdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. “Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi və digər qurumlar Gürcüstanda azərbaycanlıların təhsil problemlərinin həlli üçün işlər aparır: "Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Azərbaycandilli məktəblərdə müəllim yaşlanması və çatışmazlığı problemi var".

Əldə etdiyimiz məlumata görə, Gürcüstanla Azərbaycanın birgə yaratmaq istədikləri universitetin təşkilinə mane olan qüvvələr var. Bu qüvvələrin Gürcüstan vətəndaşı olan ermənilər olduğu qeyd edilir. Yəni ermənilərin də həmin ali məktəbdə təhsil almaqda israrlı olduğu deyilir.

  • Kamran Əsədov: “Düşünürəm ki, Azərbaycanla Gürcüstanın birgə ali məktəb yaratmaq cəhdləri alınacaq və ona heç bir qüvvə mane ola bilməyəcək”

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bizimlə söhbətində bu ali məktəbin yaradılmasının vacibliyini qeyd etdi. O bildirdi ki, ermənilərin bu işə mane olması mümkün deyil. “İlk növbədə qeyd edim ki, azərbaycanlılar 2019-cu ildə Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədirlər. Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub. Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir. Amma bu rəqəmlər olduqca azdır. Nəzərə alsaq ki, Gürcüstanda 500 minə qədər azərbaycanlı yaşayır, bu rəqəmlər Azərbaycandilli kadr probleminin həlli üçün yetərli deyil. Gürcüstandakı azərbaycanlılar - dörd milyondan az əhalisi olan ölkənin 300 minə yaxın sakini. Azərbaycanlı icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə yaşayır - özlərinə məxsus həyatlarıyla, ölkə əhalisinin böyük hissəsinin diqqətindən kənarda, gürcü cəmiyyətindən faktiki təcrid olunmuş vəziyyətdə yaşayırlar. Apardığımız araşdırmalar göstərir ki yerli məktəblərdə üç əsas çatışmazlıq var: gürcü dili tədrisinin aşağı səviyyədə olması, ümumi təhsilin aşağı səviyyədə olması, gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır. Misal üçün Kvemo Kartlidə, ümumilikdə, 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alırlar. Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirirlər. Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi. Amma ikinci səbəb də var - dərslik problemi. Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Araşdırmalarımız göstərir ki, uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar. Amma hətta bu iki səbəb də ən əsas problem deyil, ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır. Belə olan halda, təbii ki, Azərbaycan dilində ayrıca universitetə ehtiyac var”.

O təəssüflə qeyd etdi ki, getdikcə daha çox azərbaycanlı valideyn uşaqlarını gürcü məktəblərinə qoyur. Bunun səbəbinin də gələcəkdə övladı ali təhsil almaq, yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək şansı qazanmaq olduğunu deyən K.Əsədov hesab edir ki, bu da doğma dilimizin itib-batması ilə nəticələnir. “Bütün bu problemlərin həlli üçün Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır. Bu, Azərbaycandilli kadrların yetişməsinə, Azərbaycan məktəblərinin kadra olan ehtiyacının aradan qalxmasına gətirib çıxaracaq. Düşünürəm ki, Azərbaycanla Gürcüstanın birgə ali məktəb yaratmaq cəhdləri alınacaq və ona heç bir qüvvə mane ola bilməyəcək” - deyə mütəxəssis qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ