Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanla İranın dəmir və quru yollar strategiyası Ermənistanı regional əməkdaşlıq xəritəsindən silinmək həddinə salır…

Image


Ötən dövr ərzində Azərbaycanın nəqliyyat sahəsində yaratdığı infrastruktur artıq ölkəyə böyük dividendlər gətirməkdədir. Söhbət konkret olaraq Azərbaycan üzərindən yükdaşımaların çoxalmasından, ölkəmizlə bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyənlərin sayının artmasından gedir. Qeyd edilən istiqamətdə Azərbaycan üçün ən önəmli addımlardan biri də budur ki, baş verənlər işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsinə rəvac verir. Belə ki, Azərbaycana artan maraq Ermənistanı tam arxa plana keçirir.

Hazırda bu xüsusda diqqət çəkən məqamlardan biri qonşu İranın Azərbaycanla dərinləşən işbirliyidir. Belə vəziyyət Ermənistanda xüsusi narahatlıqla qarşılanır. Bu ölkənin “tert.am” portalı yazır ki, İranın Azərbaycanla əməkdaşlığını genişləndirməsi Ermənistanın, yumşaq şəkildə deyilsə, yaddan çıxması ilə müşayiət olunur:“İran üçün indi daha çox Azərbaycanla işbirliyini genişləndirmək prioritetdir. Ermənistanla əvvəl imzalanmış layihələrdən isə hələ də bir xəbər yoxdur. Bu gedişlə həmin layihələr, əvvəllər olduğu kimi, sadəcə kağız üzərində qalacaq”. Ekspertlər də bildirir ki, erməni tərəfinin narahatlığı əbəs deyil. Çünki İran üçün həqiqətən də Azərbaycanla əməkdaşlıq ön planda yer alır. İranın yollar və şəhərsalma naziri Məhəmməd İslaminin bu fonda açıqlamaları qeyd edilənləri əyani surətdə təsdiqləyir. Nazirin sözlərinə görə, yaxın gələcəkdə İranla Azərbaycanı yalnız dəmir yolu deyil, həmçinin avtomobil yolu da birləşdirəcək. O bildirib ki, Ərdəbil-Astara magistral yolu hazırda genişləndirilir və yaxın günlərdə başa çatacaq. Bundan başqa, Ənzəli limanından da Astaraya çəkilən yolun inşası davam etdirilir. Bu yollar Azərbaycanla İran arasındakı nəqliyyat əlaqələrini inkişaf etdirəcək. İki ölkə arasında nəqliyyat əlaqələrinin genişlənməsi ticarət dövriyyəsinin artmasına və tranzit imkanlarının genişlənməsinə böyük imkanlar yaradır. Nazir nəzərə çatdırıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə daxil olan bu yollardan təkcə İranla Azərbaycan deyil, regionun digər ölkələri də faydalanacaq.

Qeyd edək ki, Azərbaycan 204 kilometrlik Bakı-Astara yolunu yenidən quraraq 2018-ci ildə istifadəyə verib. Hazırda bu yol vasitəsilə İran Rusiyanın Dağıstan respublikası ilə ticarət əlaqələrini davam etdirir. Qarşıdakı dövr ərzində bu istiqamətdə əməkdaşlığın daha da dərinləşməsi nəzərdə tutulur. Belə ki, bir neçə gün əvvəl İranın Mazandaran vilayətinin Ticarət və Sənaye Palatası ilə Rusiyanın Samara vilayətinin administrasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Buna müvafiq olaraq İran və Rusiya birbaşa Azərbaycan üzərindən  ticarət, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək.

Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istismara verildikdən sonra İranla Rusiya arasında ticarət əlaqələri daha da intensiv xarakter alıb. İmzalanmış müqaviləyə əsasən, yenə bütün idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq. Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu layihə başa çatdıqdan sonra İrandan Rusiyaya və əks istiqamətə yükdaşımanın həcmi də artacaq.

Bu arada daha bir maraqlı məqam ondan ibarətdir ki, Hindistanın Mumbay, Şri-Lankanın Kolombo və Banqladeşin Çittaqonq limanlarının nümayəndələrindən ibarət tədqiqat qrupu iki ay ərzində Azərbaycana məxsus  “ADY Konteyner” MMC-də tədqiqat işləri aparıb. Tədqiqatın məqsədi Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” dəhlizinin imkanlarının araşdırılması, bu dəhlizə əlavə yüklərin cəlb edilməsi perspektivlərinin öyrənilməsi olub. Tədqiqatçılar xüsusi olaraq həmin limanlardan seçilib. Belə ki, bu limanların yerləşdiyi ölkələr “Şimal-Cənub” dəhlizinə əlavə yük dövriyyəsinin cəlb olunması baxımından böyük önəm kəsb edir. Missiyanın yekun tədbiri zamanı tədqiqatçılar öz araşdırmalarının nəticələrini təqdim edərək “Şimal-Cənub” dəhlizinin imkanlarının genişləndirilməsi üzrə tövsiyələrini veriblər. Belə vəziyyət Azərbaycan üzərindən yükdaşımaların həcminin artırılması istiqamətində daha bir mühüm addım sayılır.  Hindli ekspert Şoaib Xan da vurğulayır ki, sözügedən nəqliyyat dəhlizi enerji cəhətdən məhdud olan Hindistan kimi, həmçinin enerji istehsal edən ölkələrə və tranzit ölkələrə də böyük fayda verəcək: “Şimal-Cənub” nəqliyyat dəhlizi quru və dəniz yolu ilə çox multimodal nəqliyyat şəbəkəsidir. Bu şəbəkə Hind okeanını Fars körfəzi, Xəzər dənizini, Rusiyanı Şimali Avropa ilə birləşdirəcək. “Şimal-Cənub” Hindistanı Avrasiya regionunda strateji və iqtisadi məqsədlərində oyun dəyişdiricisi edəcək. Hindistan bu nəqliyyat dəhlizi vasitəsilə Orta Asiyaya bağlantısının uzadılması ilə bağlı imkanları araşdırır”. Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanla yükdaşımalar sahəsində beynəlxalq əməkdaşlığın miqyasının daha da genişlənəcəyini bəri başdan deməyə əsas verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ