Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda Paşinyan iqtidarından sosial narazılıq pik həddə çatır…

Image


Ötən ilin yekunları Ermənistanda mövcud hakimiyyətdən narazılığın əsaslı surətdə artdığını, Nikol Paşinyan iqtidarının mövqelərinin xeyli laxladığını göstərir. Bu səbəbdən cari ildə Paşinyan iqtidarının böyük sosial narazılıqla üzləşməsi proqnozlaşdırılır.

Erməni iqtisadçı Vaaqn Xaçatryan “lragir.am”a açıqlamasında bildirir ki, ölkədə sosial narazılıq sürətlə artır. Bu isə hakimiyyət üçün ciddi siqnaldır. Onun sözlərinə görə, ötən il Ermənistana qoyulan investisiyaların həcmi heç 300 milyon dollara çatmayıb: “Ümumi iqtisadi yanaşma var. Belə ki, əgər kapital qoyuluşu – ÜDM nisbəti 25%-dən aşağıdırsa, bu, ölkənin inkişafı üçün potensialın olmaması anlamına gəlir. Bizdə bu nisbət 18%-21%-dir. Biz bu problemi həll etməliyik. İnvestisiyaların həcminin artmamasına əsas səbəb odur ki, hazırkı hakimiyyət iqtisadi siyasətini pis təqdim edir, hökumət nümayəndələri ziddiyətli bəyanatlar verirlər. Burada qeyri-müəyyən vergi siyasəti də rol oynayır”.

Digər proqnozlar da vəziyyətin müsbətə doğru dəyişməyəcəyini göstərir. Ermənistanın “Past” nəşri bu xüsusda yazır: “Ermənilər 2019-cu ilin ölkələri üçün bir dönüş ili olacağına böyük ümidlər bəsləyirdilər, ancaq keçən ili nəzərdən keçirdikdə insanların gözləntilərinin reallığa çevrilməkdən uzaq olduğu aydın olur. İl ərzində hakimiyyət real inkişafdan daha çox “inqilab şüarları”nı təbliğ edən populizmlə məşğul olurdu ki, bu da guya iqtisadiyyatın böyüməsinə, yaşayış səviyyəsini yüksəltməyə, investisiya cəlb etməyə, təhlükəsiz immiqrasiyaya və sair məsələlərə imkan yaratmalı idi”.

Bundan başqa o da bildirilir ki, ötən il əvvəlki illərlə müqayisədə iqtisadi cəhətdən əhəmiyyətli heç bir şeylə yadda qalmadı, ölkədən mühacirət davam etdi. Bu mühacirət nəticəsində Ermənistan əhalisi rəsmi rəqəmlərdə daha 12 min azalıb, 2019-cu ildə birbaşa xarici investisiyalarda ciddi azalma olub: “Bəlkə də bu, baş nazirin tərəqqi əldə edilməyən sahələrdəki rəqəmləri açıqlamaqdan yayınması, ancaq yalnız nail olduqları müəyyən rəqəmlərə yönəlmələri və onları “iqtisadi inqilab”ın nailiyyətləri kimi təqdim etməsidir. Ancaq hamıya aydındır ki, insanların sosial rifahında ciddi bir yaxşılaşma yoxdur, əmək haqqı və pensiyalar aşağı səviyyədə qalmaqda davam edir, iş yerlərinin əsaslı şəkildə artması və işgüzar şəraitdə yaxşılaşma yoxdur, bununla yanaşı əmtəə və məhsul qiymətləri artmaqda davam edir. Müsbət dinamika insanlar üçün deyil, yalnız hakimiyyət üçün müşahidə olunub. Dövlət idarəçiliyindən bir neçə kilometr uzaqda olan təcrübəsiz gənclər yüksək vəzifələrdə yer aldılar və baş nazirin qərarı ilə gizli olaraq verilən maaşların çoxu demək olar ki, iki dəfə artırıldı, çox sayda mükafat və sair verildi. Eyni zamanda, dövlət büdcəsi hesabına hökumət mətbuatda geniş yayılan lazımsız və bol xərclənmə ilə müşayiət olunan yolu tutdu. Əlbəttə ki, belə bir vəziyyət hakimiyyətin reytinqinə təsir etməyə bilməz. İnsanlar arasındakı hakim olan əhval-ruhiyyədən aydın olur ki, onların gözləntiləri əsaslı şəkildə doğrulmadı. 2019-cu ildə Paşinyan hakimiyyət dəyişikliyi ərəfəsində verdiyi müsbət vədləri təmin edə bilmədi və bu il vaxt artıq Paşinyanın xeyrinə işləməyəcək. İnsanlar artıq Paşinyanın təqdim etdiyi rəqəmlərə və korrupsiyaya qarşı mübarizənin ürəkaçan hekayələrinə inanmır, baş nazir ölkədə real dəyişikliklər etmək üçün səylərini ikiqat artırmalı olacaq”.

Ermənistanın “Reformasiya” partiyasının rəhbəri Vahan Babayan da ölkəni müsbət nəsə gözləmədiyini bildirir: “2018, 2019, indi də 2020-ci il, azad oldunuz, inkişaf etdiniz, zənginləşdiniz, oliqarxlar getdilər, investisiyalar başınıza töküldü, yoxsa Nikol yeni gəlib?”.

O qeyd edib ki, hakimiyyətin küçə ilə zəbt olunması heç bir inkişaf gətirməyəcək:

Başqa bir erməni ekspert Hakob Köçəryan isə bildirib ki, hakimiyyət yaranan vəziyyətdə daha günahlandırmağa da heç kimi tapmır. O bildirir ki, əvvəllər Ermənistan hökuməti “əks-inqilabçı” parlamentdən şikayət edirdisə, artıq bu problem olmayıb: “Əvvəlki 17 nazirlik əvəzinə 12 nazirlik yaradılıb. Ermənistan cəmiyyətinin etibarsız hissəsi “məxməri inqilab” meyvələrinin nəhayət onlara da çatacağına ümid etdiyi təqdirdə, siyasi elita hakimiyyət zövqlərinin dadına baxıb. Maşınlar alıb, şəxsi evini təmir etdirib, 55 milyon dollarlıq yeni təyyarə almağa hazırlaşır. Bundan başqa, Ermənistan parlamentinin rəhbərliyinə 10 ay əzrində 14 dəfə mükafat paylanmasına Paşinyan özü icazə verib”.

Onun sözlərinə görə, Ermənistanın dövlət sistemində mükafatların paylanması artıq normal hala çevrilib: “Siyasi hakimiyyət bu barədə danışmaqdan nəinki imtina etmir, həmçinin onun mövcudluğunu əsaslandırır. İctimaiyyətin sosial cəhətdən təhlükəsiz hissəsi isə aşağı maaş və pensiyalarla yaşamağa davam edir. Ermənistan daxili-siyasi vəziyyətin olduqca gərgin və investisiyalar üçün əlverişsiz ölkədərir, 2018-ci ildə belə investisiyalar hazırkından təxminən iki dəfə çox olub. Büdcə qabiliyyəti baxımından Ermənistan hökumətinin fəaliyyəti parlamayıb”.

Məhz belə vəziyyətdə ölkəni daha böyük problemlərin gözləməsi də qaçılmaz sayılır. Bu isə Paşinyan iqtidarının sonunu əhəmiyyətli dərəcədə tezləşdirə biləcək hal sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ