Cümə axşamı günü, 05 noyabr 2026
     

Qanlı ABŞ-İran savaşına hazırlıq başladı

Image


Bu gün dünya miqyasında xüsusi müzakirə mövzusuna çevrilən məsələlərdən biri də ABŞ və İran arasında münasibətlərin hansı məcrada inkişaf edəcəyidir. Belə görünür ki, tərəflər arasında indilikdə güclənən hərbi ritorika savaş ehtimalını daha çox artırır. Elə indilikdə tərəflər biri-birlərini də məhz savaşla daha çox hədələyir.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. Məsələyə yenidən toxunan İran Prezidenti Həsən Ruhani artıq savaşı istisna etmir: “ABŞ general Qasim Süleymanini öldürərək Yaxın Şərq üçün yeni və təhlükəli yola çıxıb. Təəssüf ki, amerikalılar region üçün olduqca təhlükəli ola biləcək yeni yola çıxıblar. Buna görə, hazırkı şəraitdə dost ölkələrin daha çox sıx məsləhətləşməsi və koordinasiyası lazımdır. ABŞ Qasim Süleymanini “ən cinayətkar obrazla” öldürüb”.

Onun sözlərinə görə, Vaşinqton buna görə, cavab verməli olacaq. İranın ali rəhbəri Ayətullah Xamneyinin hərbi məsələlər üzrə müşaviri, sabiq müdafiə naziri, general Hüseyn Dehqan da bu fonda savaşı istisna etmir. O, ABŞ-a cavablarının hərbi sahədə olacağını açıq bildirib: “İranın lider heyəti heç bir zaman savaş arzusunda olmayıb, bundan da sonra olmayacaq. Ancaq madam ki, savaşı ilk olaraq ABŞ başlatdı, o zaman bu həmlənin nəticəsini da qəbul etməlidirlər. Bu savaş prosesini sona çatdıracaq tək bir şey var: o da ABŞ-ın etdiyi hərəkətə uyğun cavab almasıdır. Ondan sonra yeni bir sınaq olmamalıdır”.

İran Ali dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi da bəyan edir ki, Tramp və əsgərlərindən intiqam alacağıq, buna şübhə yoxdur. O, Trampın dediyi kimi, İrana hücum edərsə, o halda Hayfa və İsrailin əhəmiyyətli mərkəzlərini yerlə-yeksan edəcəklərini bildirib.

ABŞ Prezidenti Donald Tramp da savaşa hazır olduqlarını bildirir. O vurğulayır ki, ABŞ, İran hücum edəcəyi təqdirdə bu ölkəni 2 trilyon dollar xərc sayəsində başa gəlmiş yeni silahla vurmağa hazırdır. Tramp ABŞ-ın digər ölkələrlə müqayisə olunmayacaq hərbi gücə malik olduğunu vurğulayıb: “Əgər İran ABŞ hərbi bazalarına, yaxud istənilən amerikalıya hücum etsə, biz tərəddüdsüz yeni hərbi texnikanı onlar tərəfə göndərəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib: “Qoy bu xəbərdarlıq olsun, əgər İran amerikalılara və ya Amerikanın əmlakına zərbə vursa, biz İranın (çox il əvvəl Amerikanın İran tərəfindən tutulmuş 52 girovuna uyğun olaraq) 52 obyektini hədəfə almışıq, bəzi yüksək səviyyəli və İran üçün əhəmiyyətli olan bu hədəflər İranın özü kimi sürətli və güclü zərbəyə məruz qalacaqlar. ABŞ daha hər hansı təhlükələr istəmir”.

ABŞ dövlət katibi Pompeo da rəsmi Tehrana açıq xəbərdarlıq edib. Dövlət katibi Amerika kəşfiyyatının Qasim Süleymanini izlədiyini etiraf edib: “Kəşfiyyat qaynaqlarımız Süleymaninin üzərində fokuslanmışdı. Şübhə etmirəm ki, bu hadisə ilə İran rəhbərliyi Trampın mesajını açıq formada aldı”.

Pompeo ABŞ-ın mövqelərinə hər hansı bir hücum olacağı təqdirdə, boş durmayacaqlarını da bəyan edib: “Bizə qarşı əmr verənlərə qarşı hücumlarımız daha sərt olacaq”.

 

Bundan başqa Tramp sosial şəbəkə vasitəsilə Konqresə xəbərdarlıq edərək bildirib ki, Birləşmiş Ştatlar İran tərəfindən hücuma məruz qalsa, qarşı tərəfə qeyri-proporsional  cavab verə bilər: “Sosial şəbəkələrdəki bu paylaşımlar ABŞ Konqresinə xəbərdarlığa xidmət edəcək ki, əgər İran ABŞ-ın hər hansı vətəndaşına və ya Amerikanın obyektinə zərbə vursa, ABŞ-a tez və tam ölçüdə, ola bilər, qeyri-proporsional tərzdə cavab verəcəklər. Belə rəsmi xəbərdarlıq nəzərdə tutulmur, amma o, bununla belə edilib”.

Maraqlıdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampın göstərişi ilə general Qasim Süleymaninin öldürülməsini “təxribat və qeyri-mütənasib” kimi qiymətləndirib. Spiker bildirib ki, Tramp administrasiyasının təxribatçı və qeyri-mütənasib hərbi əməliyyatları hərbçilərə, diplomatlara və ABŞ vətəndaşlarına, eləcə də müttəfiqlərimizə təhlükə yaratmağa davam edir. O, əməliyyatın İrana qarşı hərbi güc tətbiq etmək icazəsi olmadan, Konqreslə məsləhətləşmədən və həm Konqres, həm də ictimaiyyət üçün açıq və hüquqi strategiya hazırlanmadan edildiyini qeyd edib. Nensi Pelosi əlavə edib ki, üstəlik, Konqresə göndərilən müvafiq bildiriş cavabdan daha çox sual doğurur: “Bu sənəd administrasiyanın İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarının vaxtı, proseduru və əsaslandırılması ilə bağlı ciddi və təxirəsalınmaz suallar doğurur: “Nümayəndələr Palatasının spikeri olaraq yenidən rəhbərliyə müraciət edirəm ki, hərbi müdaxilə məsələsi – İran və nəzərdən keçirilən növbəti addımlarla bağlı bütün Konqres üçün ətraflı brifinq keçirsin. Administrasiya Konqreslə birlikdə zorakılığın qarşısını alacaq həqiqi bir strategiyanı təşviq etmək üçün çalışmalıdır”.

Amerikalı konqresmen Adam Şiff isə bildirib ki, Donald Trampın Qasim Süleymaninin öldürülməsi ilə bağlı verdiyi sərəncam ehtiyatsız addım idi və ABŞ üçün strateji problemlər yaradacaq: “Mən bunu ehtiyatsız qərar hesab edirəm və nəticədə bütün dünyada amerikalılara qarşı təhlükə artdı. Dövlət katibi Mayk Pompeo deyir ki, Süleymaninin öldürülməsi amerikalılar və avropalıların həyatını xilas edir. Amma o, bunu öz nöqteyi-nəzərindən deyir, kəşfiyyat məlumatlarına əsaslanmır”.

Bu arada ABŞ prosesdən ilk zərbəni alıb. Belə ki, İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması və onların, xüsusi ilə ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verib. Bundan əlavə savaş üçün də hazırlıq gedir. İranın raket qüvvələri gücləndirilmiş döyüş hazırlığına gətirilib. ABŞ da Fars körfəzinə əlavə qüvvələr cəmləşdirir. İsrail də savaşa hazrlıq görür. İran bunlara paralel olaraq Suriya, Fələstin, Livanda ona bağlı qüvvələri döyüş hazırlığına gətirib. Bunlar qanlı savaşın artıq qaçılmaz olduğunu göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ