Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazırdır.
O, «Euronews» televiziya kanalına müsahibəsində deyib ki, ehtiyac olarsa bu yardımı göstərə bilər. Amma prezident onu da əlavə edib ki, «öz əsgərlərimi risq altına atmaq mənim üçün təhlükəlidir. Rusiya Qərbə etibar etmirsə, Qərb Rusiya inanmırsa, ABŞ və Rusiya bir-birinə bel bağlamırsa və döyüşən tərəflər arasında güvənsizlik hökm sürürsə, onda öz hərbi qüvvələrimi risq altında qoyuram».