"Müsavatın qurultayındakı pozuntularla bağlı müraciətimiz təsdiqini taparsa, növbədənkənar qurultay keçirilə bilər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub deyib.
V. Əyyub Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarlarının seçkinin nəticələrinə etiraz əlaməti olaraq partiyadan istefa verəcəyi və ayrıca bir partiya yaradacağı barədə məlumatların əsassız olduğunu deyib: "Bizim partiyadan çıxmaq və ya ayrıca partiya yaratmaq niyyətimiz yoxdur. İstefalar gözlənilmir. Biz ancaq qurultayda pozuntu hesab etdiyimiz məsələlərlə bağlı müraciət edəcəyik və bunlar araşdırılacaq”.