"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılmalıdır". Bunu Trend-ə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.
M.Qusman deyib: "Azərbaycanlı həmkarlarım və ölkə KİV-i Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün çox işlər görürlər. Lakin mənə elə gəlir ki, Azərbaycan KİV-i bu mövqenin belə ağır informasiya qarşıdurması şəraitində ölkənin işğal altında olan ərazilərində vəziyyət haqqında daha aydın, daha dəqiq, daha çox həqiqətin səsləndirilməsi üçün çox iş görməlidir”.