Cümə axşamı günü, 12 noyabr 2026
     

Həmsədrlərin gözünün önündə Ermənistan prezidentinin Kəlbəcər səfəri - MQ-nin “dişsizliyinə” daha bir sübut…

Image


Nəzakət Məmmədova: “Ermənistan prezidentinin Kəlbəcərə səfəri danışıqlar prosesini pozmağa və gərginliyi dərinləşdirməyə yönəlib”

 

Azərbaycanın dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basmış Ermənistan prezidenti Armen Sarkisyan Kəlbəcərdə də olub. Bu haqda ilk məlumatı Ermənistan nəşrləri yayıblar. İşğalçı ölkənin başçısı separatçı rejimin keşişi Parqev Martirosyanın müşayiəti ilə 26 ildən çoxdur işğal altında qalan Kəlbəcər rayonundakı məşhur Xudavəng alban məbəd - kompleksini ziyarət edib. 

Turistlərlə ünsiyyətdə olan A.Sarkisyan erməni kilsəsinə çevrilmiş məbəddə şam da yandırıb. Ən maraqlısı isə budur ki, Sarkisyan bu səfəri ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvəna səfəri zamanı atıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfərini təxribat məqsədli sayıb və  hesab edir ki, bu addım vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir. Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altında qoyur. Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvanda olduğu vaxt Ermənistan prezidentinin atdığı bu addımı necə qiymətləndirmək olar və onun bu addımı danışıqlar prosesinə nə kimi təsir göstərə bilər?

Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, Armen Sarkisyanın Qarabağa səfəri ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvanda baş nazir Paşinyanla görüşdüyü zamana təsadüf edib: “İlk olaraq onu qeyd edim ki, konstitusiya islahatlarına görə Ermənistanda dövlətin faktiki əsas rəhbəri baş nazirdir. Danışıqları aparmaq səlahiyyəti də ona verilib. Prezident isə nominal, baş nazirlə müqayisədə xeyli az səlahiyyətləri olan simvolik bir vəzifədir. Minsk Qrupu həmsədrləri bundan sonra Paşinyanla işləməli olacaqlar. A.Sarkisyan bu danışıqları aparmaq səlahiyyətində deyil. Onun Qarabağa səfəri həm də Paşinyanın Putinlə ikinci görüşü ərəfəsinə təsadüf edir. Bildiyimiz kimi, Rusiyada futbol üzrə Dünya çempionatı keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də Ankaradan Moskvaya gedib. Paşinyan da Rusiyaya səfər edib. Belə bir məqamda A.Sarkisyanın separatçıların başçısı ilə görüşünün məqsədi daha çox oradakı vəziyyəti yönləndirib Paşinyanın Putinlə görüşünədək Dağlıq Qarabağın rəhbərliyinin mövqeyi barədə hazırlıqlı olmaqdır. Separatçıların başçısı Bako Saakyan isə bildirib ki, 2020-ci ildə "prezident" “seçkiləri”ndə namizədliyini irəli sürməyəcək. Bundan bir qədər əvvəl isə o, qondarma rejimdəki "güc strukturları"nın rəhbərlərini istefaya göndərmişdi. Görünür, Bako Saakyan özünə qarşı çevrilişdən qorxaraq belə bir addım atıb. Yox, əgər o öz iradəsi əleyhinə Ermənistanın yeni rəhbərliyi tərəfindən buna məcbur edilibsə, o zaman bu yolla tərksilah edilib. A.Sarkisyanın Qarabağa səfərində məqsəd çox güman ki, B.Saakyanı dinc yolla getməyə razı salmaqdır. B.Saakyan isə 2020-ci ildə namizədliyini verməyəcəyini deməklə, təkrar qondarma rejimin başçısı olmağa iddialı olmadığını, amma heç olmasa növbəti  "seçkilərə" qədərki müddətdə vəzifəsində qalmağı istəyib. Paşinyan Putinlə görüşdə çox böyük ehtimalla bu məsələlərə də toxunub. A.Sarkisyanın səfəri isə B.Saakyanı dinc yola getməyə razı salmaq və Paşinyanın Putinlə görüşündə bu məsələni onun diqqətinə çatdırmaq ola bilər. A.Sarkisyan bildiyimiz  kimi, Paşinyan hələ meydanda olanda onunla görüşdü və bundan sonra Sarkisyan hakimiyyətdən yola salındı. İndi isə çox güman ki, o, B.Saakyanı yola salmağa gəlib. Onun bu sahədə artıq təcrübəsi formalaşıb. Göründüyü kimi, Putinlə görüşə Ermənistan rəhbərliyi ciddi hazırlaşdı və öz işini iki istiqamətdə qurdu. Paşinyan Kremldə Putinlə görüşənədək ATƏT-in Minsk Qrupu ilə İrəvanda görüşdü və onlarla tanışlıq baş tutdu, eyni zamanda öz mövqeyini onların diqqətinə çatdırdı. A.Sarkisyan isə Qarabağa səfər etdi. Lakin Putinin qarşısında Ermənistan rəhbərliyinin istənilən arqumentinin nəticəsiz qalacağı şübhəsizdir. Putin artıq avqust ayında İlham Əliyevi Rusiyaya rəsmi səfərə dəvət etdi. Bu görüşə hazırlıq görüldüyünü bildirdi. Bu da onu göstərir ki, artıq Paşinyanın Putinlə görüşündə onlar arasında etimadsızlıq daha da dərinləşib. Rusiya Azərbaycan Prezidentini səfərə dəvət etməklə artıq Cənubi Qafqazda önəm verdiyi ölkənin Azərbaycan olduğunu göstərir. Bundan sonra Rusiya-Ermənistan münasibətlərinin gərginləşəcəyi, Azərbaycanla isə yaxınlaşmanın olması mümkündür. İstənilən halda, Ermənistan prezidentinin Kəlbəcərə səfəri danışıqlar prosesini pozmağa və gərginliyi dərinləşdirməyə yönəlib”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı sənədi imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ