Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycandan Ermənistana növbəti sərt hərbi və diplomatik zərbə…

Image


Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni “Polonez” və “Lora” raket sistemləri Ermənistanda əsl şok effekti yaratmaqdadır. Erməni mediası yazır ki, hadisələrin gedişi İrəvanın həm mütəffiqlərsiz qaldığını, həm də dalana dirənmiş vəxiyyətdə olduğunu üzə çıxarır. Bu da Azərbaycanın uğurlu hərbi və diplomatik gedişləri ilə əsaslandırılır.

Baş verənlərlə əlaqədar  “Lragir” saytı yazır ki, Belarus və İsrail Ermənistana zərbə vurub: “Belarus və Azərbaycan arasında əməkdaşlıq əvvəldən var, lakin “Polonez”lərin satışı yeni strateji münasibətlərin başlanğıcı hesab oluna bilər. Hərçənd, Belarus Ermənistanla eyni ittifaqlarda təmsil olunur. İsrail də son vaxtlar Türkiyəyə qarşı “erməni soyqırımı” kartından istifadə edir. Lakin onun Azərbaycanla münasibətləri Ermənistana münasibətlərin mövsümi xarakter daşıdığını göstərir. Azərbaycanın nümayiş etdirdiyi yeni silahlar Belarus və İsrailin Ermənistana ciddi zərbəsi hesab oluna bilər”.

Erməni siyasi ekspert Sarkis Artsruni də bildirib ki, ölkəsi ilə müqayisədə Azərbaycanın sözü daha çox eşidilir, onunla müttəfiqliyə xüsusi diqqət yetirilir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistanın vəziyyəti çox mərhəmətsizdir. Yeni hakimiyyətin birinci şəxslərinin təminatlarına baxmayaraq, bu, Ermənistan-Rusiya münasibətlərində keyfiyyətcə yeniliyə gətirib çıxarmayıb”. Onun sözlərinə görə, Ermənistanın nominal müttəfiqləri yalnız ictimai bəyanatlar səviyyəsində deyil, həm də işdə Azərbaycanı dəstəkləyir: “Artıq məlum oldu ki, Belarus Azərbaycana müasir silahları çatdırıb”. Artsruni qeyd edir ki, Rusiya da Azərbaycana daha çox diqqət yetirir, nəinki Ermənistana. Buna sübut kimi o göstərir ki,  erməni sürücülərinin hüquqları məsələsi həll olunmamış qalır, hərçənd, Putin istəkdən asılı olaraq bu problemi günlər ərzində həll edə bilərdi. Onun sözlərinə görə, Nikol Paşinyan hökumətinin bir ay ərzində həyata keçirdiyi siyasət, faktiki olaraq, xarici siyasətin birtərəfli, yalnız Rusiya istiqamətində aktivləşəcəyini göstərir. Qeyd edilir ki, Brüsselə Paşinyanın ehtimal edilən səfərinin müddətləri haqqında ilkin danışıqlar yoxdur: “Halbuki, Nikol Paşinyan dəfələrlə bildirib ki, hədəfi Avropa modeli üzrə dövlətin qurulmasıdır. Problem ondadır ki, Ermənistanın yeni hakimiyyətinin birinci şəxslərindən yalnız Ermənistan-Rusiya münasibətləri haqqında eşidirik və faktiki olaraq, onlar Ermənistanın Avropa siyasətinin hansı məzmuna malik ola biləcəyi barədə məlumatlandırılmayıb. Yeni hakimiyyətin rəhbər şəxsləri daim bəyan edirlər ki, Ermənistanın xarici siyasət vektorlarında dəyişikliklər olmayacaq. Bütün yollar Moskvaya aparır: Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti illərində də belə idi, “məxməri inqilab”dan sonra da belədir. Xarici siyasətdə tək yol mütləq dalana aparır. Hesab edirik ki, bu, yeni hakimiyyətin birinci şəxslərinə də yaxşı məlumdur. Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Bakı həm Rusiya, həm də Qərblə yaxşı münasibətlər qurub. Bu səbəbdən Azərbaycanın manevr imkanları daha genişdir. Elə ona görə də istədiyi ölkədən istədiyi silahı alır. Ermənistan isə bu imkanlara malik deyil”.

Baş verənlər, əslində Ermənistanda rəsmi səviyyədə də ciddi rezonans doğurub. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın açıqlamaları da bunun təsdiqidir. O vurğulayır ki, Ermənistanın mütəffiqi olan Belarusun Azərbaycana “Polonez” tipli raket kompleksləri satması İrəvanda narahatlıq doğurmaya bilməz. Onun sözlərinə görə, Belarus Ermənistanla müqavilələr bağlayır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu isə Minskin qarşısına bəzi öhdəliklər qoyur:  “Bu öhdəliklər təşkilatın bütün üzvlərinə aiddir. KTMT-də bağlanan müqavilədə təşkilata üzv olmayan ölkələrə silah satışını qadağan edən bənd olmasa da, təşkilat tərəfdaşlarının maraqlarına zərər vura biləcək bu cür addımları qadağan edən amillər var.  Problemin həlli yolu ölkənin özündədir. Dövlətlər ilk növbədə öz maraqlarını rəhbər tutur. Bir ölkənin digərinin maraqlarını pozmaması üçün sonuncunun daha nüfuzlu olması gərəkdir”. Amma Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı tərəfindən "Polenez" və “Lora”  tipli uzaqmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına dair İrəvanda deyilənlərə cavab olaraq bildirir: “Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İsgəndər” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı. Ermənistanın işğal siyasətinin davam etməsi şəraitində Azərbaycan müdafiə qabiliyyətini artırmağa davam edəcək. Ermənistanın qeyri-sivil, təcavüzkar və militarist siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizliyi və Ermənistanın bu kimi əməllərinə ikili standartların mövcudluğu şəraitində Azərbaycan özünün müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi üçün müdafiə qabiliyyətini və imkanlarını artırır və bundan sonra da artırmaqda davam edəcək. Ermənistan Azərbaycanın hərbi imkanlarının artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycana qarşı başladığı müharibəni dayandırmalı, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını təmin etməlidir. Yalnız bu halda regionda sülh və təhlükəsizlik bərqərar ola və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.

Ermənistanın “1-in. am”  saytı isə yazır ki, İrəvanın bu qədər hay-küy salmasına baxmayaraq, onun mövqeyini nəzərə alan yoxdur. Bakıya gəlincə, sayt Azərbaycana fərqli münasibətin olduğunu yazır və bunu Ermənistanın məğlubiyyəti kimi dəyərləndirir. Qeyd olunan xüsusda sayt yazır: “Azərbaycanın keçən ilin sonunda aldığı 10 ədəd “Polonez”  reaktiv yaylım atəşi sistemi Bakıda Azərbaycan prezidenti İlham Əliyevə böyük təntənə ilə təqdim olunub. “Polonez” sistemi nişan mənzili planında Rusiyanın, yeri gəlmişkən, Azərbaycanın çoxmilyonluq silah alqısı müqaviləsi çərçivəsində Rusiyadan əldə etdiyi  “Qasırğa”sından daha təhlükəli sistemdir.

Bu sistemlərin Bakıda təqdimatının bir neçə təyinatı və ünvanı var. Birincisi,  Almatıda Ermənistan xarici siyasət idarəsinin başçısı Zohrab Mnatsakanyanın da qatıldığı KTMT-yə üzv ölkələrin XİN başçılarının görüşü olub. Azərbaycan hökuməti “Polonez”lərin təqdimatı ilə göstərir ki, heç bir hərbi-siyasi bloka üzv olmamaq silah əldə etməkdə onun üçün maneə deyil.  Ermənistan, Belarus, Rusiya KTMT üzvüdür, lakin hərbi-siyasi müttəfiqlik müttəfiqlərimizin bizim düşmənimizə silah satışı məsələsində faktiki olaraq hər hansı maneə olmamağı davam etdirir. “Polonez” sistemlərinin nümayişi başqa bir məqsəd də güdür. Azərbaycan son həftə ərzində Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində yetərincə müntəzəm əməliyyatlara əl atır. Azərbaycan tərəfi bu istiqamətdə öz mövqelərini kifayət qədər irəlilədib.

Yəni Azərbaycan göstərmək istəyir ki, KTMT, Ermənistanın KTMT-yə üzvlüyü onun hətta Ermənistan Respublikası istiqamətində hərbi əməliyyatlara başlamasından ötrü əsla “dəli köynəyi” deyil. Azərbaycan Naxçıvan istiqamətində KTMT-ni sınayır və bu sınaqlar hələlik uğurla gedir: KTMT hətta bəyanat səviyyəsində də susur, KTMT-nin görkəmli üzvlərindən biri isə Azərbaycana silah tədarük edir. Bu, ən şübhəli olmasa da, ən problemli və indiyədək həll edilməmiş məsələlərdən biridir. Hələ köhnə hakimiyyətin idarəçiliyi dönəmində hətta Serj Sarksiyan səviyyəsində birinci növbədə Rusiya silahının Azərbaycana tədarükü ilə bağlı narahatlıq səsləndirilib. Lakin bu səslənişin tətbiqi əhəmiyyəti olmayıb, çünki silah satıcıları eyni tərzdə hərəkəti davam etdirib, ən yaxşı halda parlament diplomatiyası və yaxud ekspert səviyyəsində təəssüf sözləri ifadə ediblər.

İndi isə eyni şey Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə başqa müttəfiqimiz – Belarusla bağlı  baş verir. Və rəsmi İrəvanın, çox ehtimal ki,  Zohrab Mantsakanyan tərəfindən Almatada səsləndirilən  narahatlığı yenə də heç bir rol oynamır. Ermənistan diplomatiyası bu məsələdə etirafçı rolunda çıxış edir: növbəti silah partiyası satışı baş verir, Ermənistan diplomatiyası bundan sonra etiraz notası, yaxud başqa formatda narahatlıq ifadə edir, lakin silah satışı postfaktum etibarsız elan edilmir, Azərbaycana göndərilən partiyalar geri çağırılmır. Avrasiya tərəfdaşlarımızın belə gedişləri Ermənistan üçün qəliz vəziyyət yaradır, xüsusən də Rusiya ilə bağlı: Rusiya hər iki tərəfə silah satmaq yolu ilə yönəldilən münaqişəni saxlamaq taktikasını sürdürür. Belarusa gəldikdə, onun liderinin prezident İlham Əliyevlə şəxsi münasibəti var. Nəhayət, vəsait kasadlığı olan Ermənistan üçün təkcə öz cəbbəxanasını doldurmaq deyil, həm də imkan daxilində düşmənimizə silah satışını önləmək mühümdür.  Belə ki, Azərbaycana silah satışının qarşısının alınması Ermənistan XİN-in prioritetlərindən biri olmalıdır. Lakin İrəvanda bu vəzifənin öhdəsindən hələ də gələ bilmirlər. Nəticədə Azərbaycan hərbi və diplomatik müstəvidə güclənir. Konkret olaraq Belarusun “Polonez” sistemlərinə gəlincə, onun Azərbaycana satışı məsələsində həm də hansısa bir daxili-siyasi lay, yaxud komponent var. Məlum olduğu kimi, Belarus prezidenti Aleksandr Lukaşenko “Çiçəklənən Ermənistan” Partiyasının lideri Haqik Tsarukyanın yaxın dostudur. Hər halda bu, uzun illər boyunca belə təqdim olunub və məsələn, Belarusun Ermənistandakı səfirliyi  bu dostluğun əlaməti kimi Avan-Arinçdə Tsarukyanın malikanəsinin yanında yerləşir. Lukaşenko Azərbaycana silah sataraq təkcə KTMT xətti üzrə Ermənistanla müttəfiqlik münasibətlərini deyil, həm də Tsarukyanla dostluğunu pozur. Çünki belə çıxır ki, Tsarukyanın dostu onun və Ermənistanın düşmənini silahlandırır”. Bütün bunlar Azərbaycanın “Polonez” və “Lora” gedişlərinin Ermənistan üçün ciddi hərbi və diplomatik zərbə olduğunu aydın şəkildə nümayiş etdirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ