Cümə axşamı günü, 12 noyabr 2026
     

“İrəvan üçün ən yaxşısı savaş olmadan Qarabağ münaqişəsinə son verməkdir” – alman politoloq...

Image


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini ləngitdikcə Azərbaycandan daha ağır zərbələr almaqdadır. Bunu artıq erməni ekspertlər özləri da açıq etiraf edir və konfliktin həllinin tezləşməsinin İrəvan üçün vacib əhəmiyyət daşıdığını bildirirlər. Məsələ bundadır ki, məhz Qarabağ münaqişəsinin mövcudluğu üzündən Ermənistan blokada və səfalət içində yaşayır, ölkə əhalisi sürətlə azalır. Sözügedən konflikt həllini tapmadıqca qeyd olunan istiqamətlərdə vəziyyətin daha da ağırlaşması gözlənir. Amma İrəvan üçün problem təkcə bununla bitmir.

Cəbhə zonasında baş verənlər də Ermənistanın getdikcə daha ağır duruma düşməsini şərtləndirir. Burada həyatını itirən erməni hərbçilərinin sayının artması, işğal altındakı ərazilərin müəyyən hissəsinin artıq azad edilməsi düşmən üçün daha sərt zərbə sayılır. Xüsusən də bu günlərdə Azərbaycan ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda daha böyük ajiotajın yaranması müşahidə olunur. Buna paralel olaraq, Qarabağ cəbhəsində atəşkəsi pozaraq Azərbaycan mövqelərini güllə yağışına tutan erməni hərbi birləşmələrinə də ağır cavab verilməsi qarşı tərəfin qorxusunu daha da artırır. Xatırladaq ki, bu günlərdə ordumuzun cavab atəşi nəticəsində erməni hərbi birləşmələrinin əsgəri Gevork Xaçaturyan, gizir Vaan Eloyan ölümcül yaralanıb.
Bu hadisələr fonunda erməni ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyir. Siyasi şərhçi Sarkis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir: “Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya, İrəvanın bütün təkziblərinə baxmayaraq, reallıq yükünü artırır. Azərbaycanda seçkilər çoxdan başa çatıb və seçki vaxtı olmadığı üçün heç kim deyə bilməz ki, Bakı təbliğat aparır. Əksinə, Azərbaycan Ermənistanda “məxməri inqilab”dan sonra yaranmış qarışıq vəziyyətdən istifadə edir”.
Sarkis Artsruni qeyd edir ki, cəbhədə baş verənlər Bakının Nikol Paşinyanın danışıqlar prosesində Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır: “Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri relsə oturmayıb və belə bir situasiya Azərbaycanın əlini gücləndirir”.
Erməni şərhçi Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 7-də Moskvada baş tutan görüşünü xatırladıb: “Lavrov bildirdi ki, Qarabağın danışıqlarda iştirakı ilə bağlı Bakı və İrəvan öz aralarında razılaşmalıdır. Belə görünür ki, Rusiya topu Azərbaycana ötürdü. Lakin bu həm də o deməkdir ki, Moskva İrəvanın təklifini diplomatcasına rədd etdi və Azərbaycanın mövqeyini dəstəklədi. Rusiyanın belə mövqeyi Azərbaycanın əraziləri güc yolu ilə qaytarmaq tələbinin önünü açır”.

Xatırladaq ki, iyunun 7-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyan arasında görüş keçirilib. Görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Lavrov qeyd edib ki, Rusiya həm Bakı, həm də İrəvanla ikitərəfli, eləcə də ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin həll yolunun tapılmasına kömək etməyə davam edəcək. O, Ermənistanın Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı istəyinə münasibət bildirirərkən qeyd edib ki, məsələyə Bakı da razılıq verməlidir. Lavrov əlavə edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: “Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır”. Bununla Moskva erməni tərəfinin istəyini rədd edib və məsələnin həllinin indiki, yəni separatçı rejmiin iştirakı olmayan formatda həllinin vacibliyini İrəvanın diqqətinə çatdırıb. Belə vəziyyət İrəvan üçün ciddi diplomatik zərbədəir və bunun ardınca Naxçıvanda baş verənlər erməni tərəfinin daha ağır zərbə alması ilə nəticələnib.

Millət vəkili Zahid Oruc da Naxçıvan istiqamətində baş verənlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Onun sözlərinə görə, hazırkı dövrdə Azərbaycan Ordusunun hərbi uğuru ilk növbədə tarixi kontekstdən qiymətləndirilməlidir: “Naxçıvan çox strateji bir bölgədir və orada əldə olunmuş uğur yalnız lokal bir miqyasda qalmır, bu, Qarabağ uğrunda müharibəmizin tərkib hissəsidir. Naxçıvanda bir addım irəli getmək Qarabağda on və ya yüz addıma bərabərdir. Bu, Cocuq Mərcanlı hadisəsindən sonra ərazicə kiçik, lakin hərbi və siyasi əhəmiyyətinə görə çox böyük hadisədir. Hesab edirəm ki, bu hadisələrin yaxşı mənada uğur zənciri yaranır. Sizi əmin edirəm ki, bu, informasiya məkanında, xüsusilə də virtual seqmentdə ermənilər tərəfindən çox ciddi psixoloji ağrılar kimi yaşanmaqdadır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin bütün - transmilli, iqtisadi, siyasi, regional, benəlxalq siyasəti Qarabağın azad edilməsinə xidmət edir. O cümlədən Naxçıvanda Ümumqoşun ordu birləşmələrinin bu addımı yalnız bir strateji yüksəkliyin qazanılması fonunda bir-iki kəndin üzərindən erməni buludunun dağılması deyil, eləcə də Xankəndinin işğaldan azad edilməsi uğrunda apardığımız savaşın tərkib hissəsidir”.

Hələlik isə Azərbaycanın Naxçıvan istiqamətində Günnüt kəndini işğaldan azad etməsi Ermənistanda böyük həyəcana səbəb olmaqdadır. Yaranmış vəziyyətdə erməni ekspertlər artıq İrəvanın ehtiyatlı davranması lazım olduğunu bildirir. Günnütün azad edilməsinin Azərbaycanın böyük uğuru olduğunu etiraf edən erməni ekspertlər Ermənistan üçün ağır vəziyyətin yarandığını da etiraf etməyə başlayıblar. Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan bu xüsusda bildirir: “Qarabağ istiqamətində danışıqlar dalana dirənə bilər. Bu fonda Naxçıvan istiqamətindəki hazırlıqlar narahatlıq yaratmaya bilməz. Erməni diplomatiyasının vəzifəsi xarici tərəfdaşlarla bu istiqamətdə aktiv müzakirələrin aparılmasıdır”. Sarkisyanla bərabər digər erməni politoloq Yervan Bozoyan da guya Azərbaycanın İrəvana təhdid yaratdığını və bunun üçün beynəlxalq konfrans çağırılması gərəkdiyini bildirir: “Strateji tərəfdaşlarımızla əməkdaşlığımızı aktivləşdirməliyik. Qərbin İrana qarşı sanksiyaları situasiyanı daha da böyük təhlükəyə atır. Mənə elə gəlir ki, Qərbin antiiran addımları Türkiyəyə regionda yaşıl işıq yandıra bilər. Buna heç bir halda izn vermək olmaz”.

Əslində, ordumuzun  Naxçıvanda  “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ”ı işğaldan azad edərək Dərələyəz mahalının Arpa kəndinə nəzarəti ələ alması fonunda ermənilərin narahatlıqlarında haqlı olduğunu demək olar. Elə rusiyalı ekspert Mixail Belyayev də məsələyə bu prizmadan yanaşaraq ordumuzun bu əməliyyatla İrəvana daha da yaxınlaşdığını qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin “İrəvan Azərbaycan torpağıdır və biz tarixi torpaqlarımızı bərpa edəcəyik” mesajı fonunda ordumuzun Naxçıvan istiqamətində tarixi İrəvan torpaqlarına doğru irəliləməsinə diqqət çəkən Belyayev yazır: “Azərbaycan ordusu may əməliyyatında itkisiz olaraq İrəvandan bir neçə on kilometr məsafədəki ərazilərə praktiki olaraq nəzarəti ələ keçirdi. Paşinyanın tərəfdarları düşünməlidir: Ermənistan hökumətinin başçısı Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakı tezisini irəli sürür, Azərbaycan isə əraziləri geri qaytarır”. ”Armenianreport” portalı da Mixail Belyayevin haqlı olduğunu bildirərək,  Azərbaycan ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi cavabın rəsmi İrəvanı çıxılmaz vəziyyətə saldığını vurğulayır.

Portal Günnüt kəndi və 3 yüksəkliyin itirilməsini “Paşinyan üçün pis başlanğıc” adlandırır. Qeyd edilir ki, bir tərəfdən siyasi-iqtisadi islahatlar həyata keçirməyə çalışan yeni baş nazir həm də Qarabağ cəbhəsində üstünlük qazanmağa cəhd edirdi: “Paşinyanın keçmiş prezident Serj Sarkisyana qarşı başladığı qiyamın əvvəlində Qarabağ məsələsinə yönəlik seçdiyi ritorika onu pis vəziyyətdə qoydu. O, həmin vaxt özünü Qarabağ məsələsini Azərbaycanın maraqlarına uyğun həll edə biləcək loyal siyasətçi kimi göstərdi. Lakin onun Levon Ter-Petrosyana xas görüntüsü o qədər də bəyənilmədi və buna görə fikir dəyişikliyinə getdi. Baş nazir seçildikdən dərhal sonra Qarabağa səfər edərək, buradan Xankəndinin danışıqlar masasında üçüncü tərəf kimi iştirakı məsələsini gündəmə gətirdi. Digər yandan, oğlunu Qarabağa hərbi xidmətə göndərərək, Naxçıvan istiqamətində Azərbaycana qarşı təzyiqlər etməyə başladı. Bununla göstərməyə çalışırdı ki, lazım olacağı halda, Türkiyə və Azərbaycanın birgə nəzarət etdiyi Naxçıvana da ordu yeridə bilər. Amma Azərbaycan Ordusu Türkiyənin yardımı olmadan bir neçə saatın içində 1 kəndi və 3 postu geri aldı. Bu vəziyyət onun lehinə deyil”.

Erməni mənbələr Nikol Paşinyanın işin məsuliyyətindən yayınmağa cəhd etdiyini yazır və iddia edirlər ki, o bunu Serj Sarkisyanın silahlı qüvvələrdəki şəbəkəsi tərəfindən özünə qarşı təxribat kimi qələmə verməyə başlayıb: “Paşinyan Naxçıvan məsələsindən sonra hərəkətə keçib və cəmiyyəti inandırmağa çalışır ki, bu gözlənilməz zərbə Sarkisyan tərəfindən vurulub. O, Serj Sarkisyan, yaxud “Qarabağ klanı”nın Ermənistan ordusunun nəzarətində olan əraziləri Azərbaycana qaytaracağı ilə bağlı iddia ortaya atıb. Bununla o ehtimalı yaradır ki, “Qarabağ klanı” hakimiyyəti ələ keçirmək üçün bu vasitələrə əl atıb”. Bütün bunlar Naxçıvanda  yaşananların artıq erməni tərəfi üçün şok effekti yaratdığını qabarıq surətdə meydana qoyur. Qafqaz regionu üzrə ekspert, məhşur almaniyalı politoloq Aleksandr Rar isə qeyd edir ki, İrəvan üçün ən yaxşı hal savaş olmadan Dağlıq Qarabağ münaqişəsinə son verməkdir. Əks təqdirdə, ekspert Ermənistanı daha çətin durumun gözlədyini vurğulayır. Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur: “Bu durumda ATƏT-in Minsk Qupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”. Bu zaman hansısa ciddi nəticə əldə olunmasa, ermənilər üçün fəlakətə yol açacaq savaşın başlanması qaçılmaz sayılır. Bunun daha bir nümunəsini isə erməni tərəfi artıq Naxçıvanda da gördü.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ