Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın yeni hakimiyyəti gözünü açmamış ordumuzdan şapalaq yedi

Image


Dağlıq Qarabağ münaqişəsinin davam etməsindən bu gün ən böyük əziyyət çəkən tərəflərdən birinin elə işğalçı Ermənistan olması danılmaz həqiqətdir və bu hal düşmən ölkədə də getdikcə daha açıq şəkildə etiraf olunur. Məsələn, erməni ekspert Vaaqn Karapetyan Ermənistan ermənilərinə müraciətində bildirir ki, Dağlıq Qarabağ onlara məxsus deyil və bu ərazilərin işğalı Ermənistanı sözün əsl mənasında bataqlığa sürükləyir. O, müraciətində Ermənistanda vəziyyətin günü-gündən ağırlaşdığını, əhalinin sürətlə ölkədən köçdüyünü bildirib. 

Ekspert vurğulayıb ki, ölkəni tərk edən erməni ailələri bu addımı sadəcə ac qalmamaq üçün atır. Artıq ermənilər sabaha ümid etmir, uşaqlarının gələcəyini Ermənistanda görmürlər: “Erməni siyasətçiləri dərk etməlidirlər ki, Dağlıq Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün Dağlıq Qarabağdakı ermənilər də oranı tərk edir. Bundan əvvəl ermənilər deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar imkan vermir, bəs bu gün niyə oranı tərk edirlər? Erməni əsilli ziyalı vurğulayıb ki, Ermənistanın apardığı işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə nəticəsində heç bir erməni heç nə əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi və cənazəsi gəldi. Erməni siyasi elitası əsassız ərazi iddialarından əl çəkməlidir”. O bir daha vurğulayıb ki, ermənilər Qarabağın onların olduğunu düşünsələr də, bu səhv yanaşmadır və Rusiyanın tələyə qoyduğu pendirdir. Vaaqn Karapetyan yaranmış vəziyyətdən yeganə çıxış yolunun işğal faktına son qoyulmasından ibarət olduğunu bildirir.

Ermənistanda həmçinin belə fikirlər də səslənir ki, işğalın davamı Azərbaycanın getdikcə Ermənistana daha sarsıdıcı zərbələr endirməsi ilə nəticələnir. Özü də bu zərbələr təkcə iqtisadi, diplomatik müstəvidə yox, həmçinin hərbi səpkidə özünü qabarıq surətdə büruzə verməkdədir. Xüsusən də Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi düşmən tərəfin qeyd olunan xüsusda daha böyük ajiotaj yaşamasına səbəb olub. Erməni mediası yazır ki, baş verənlər Nikol Paşinyan iqtidarının uğursuzuğunun, bacarıqsızlığının mühüm göstəricisdir. Burada diqqət ona çəkilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sarkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər: “Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”. Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub. Politoloq Manvel Sarkisyan bildirir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir: “Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir”. Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl, 1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb: “Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır”. Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səyləri fonunda qeyd edir ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır: “Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq”. Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir. Amma bütün bunlara baxmayaraq, Paşinyan sərsəm mövqedə qalır və erməni mediası yazır ki, Azərbaycanın bu durumda hərbi müstəvidə endirdiyi zərbələr elə yeni hökumətin qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməsindən qaynaqlanır. Yenə də konkret nümuqə qismində Naxçıvanda baş verən son olaylar göstərilir. 

Xatırladaq ki,  Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Bu, “aprel müharibəsi”ndən sonra Ordumuzun ikinci ən böyük qələbəsidir. Belə vəziyyət Ermənistanın yeni hakimiyyətinin də Azərbaycanın, onun ordusunun qarşısında aciz olduğunu təsdiq edir. Məsələ burasındadır ki, cəmi bir neçə gün öncə Ermənistanın yeni müdafiə naziri David Tonoyan iddia edirdi ki, cəbhədə hər şey qaydasındadır, vəziyyətə nəzarət edirlər. Bu bəyanatdan bir neçə gün sonra Azərbaycan ordusunun 11 min hektar ərazini işğaldan azad etməsi xəbəri indi işğalçı ölkədə çaxnaşmaya səbəb olub. Cəmiyyət yeni nazir Tonoyanın yalan danışdığını, cəbhədəki həqiqətləri gizlətdiyini bildirir. Erməni siyasi şərhçi Tevos Arşakyan qondarma rejimin də, Tonoyanın da yalan danışdığını qeyd edir. Onun sözlərinə görə, Sarkisyan rejimini tarixin zibilliyinə atan “məxməri inqilab” bu hadisə ilə ciddi zərbə aldı: “Burada bizim gələcəyimiz, təhlükəsizliyimiz müzakirə mövzusudur, lakin Tonoyan bir söz, Qarabağdakı rejim  başqa söz deyir. Tonoyan vəziyyətə nəzarət etdiyimizi və heç bir təhlükənin olmadığını deməklə bizi sakitləşdirir, Qarabağdakı rejim əksinə, bizi təhlükənin qapımıza qədər gəlib çıxması ilə qorxudur. Hər ikisi bizi aldadır”. Arşakyan qeyd edir ki, Tonoyan inqilabdan sonra yeni müdafiə naziri təyin olunub və Azərbaycan ordusunun uğurunun ortaya çıxması onun “kreslosunu”, həm də inqilab hakimiyyətinin təməllərini laxladır: “Buna görə də o, sələfləri kimi bizi aldatmaqla məşğuldur. Qarabağdakı rejimin yalanı isə Dağlıq Qarabağda “prezident” Bako Saakyan tərəfindən hazırlanıb. Xankəndidəki etirazlar ermənilərin Saakyan rejimi altında yaşamaq istəmədiklərini göstərdi. Saakyanın oturduğu masa laxlayır və belə bir məqamda o, “Azərbaycan təhlükəsini” ortaya atmaqla “xarici düşmən” obrazı üzərindən oynayır”. Erməni şərhçi nəticə etibarilə İrəvandakı və Xankəndidəki rejimin məğlub olduğunu vurğulayır:  “Azərbaycan ordusu 11 min hektar ərazini nəzarətə götürüb. Bu, “atəşkəs” rejimində böyük qələbədir. Ermənistan isə yalan danışmaq və həqiqətləri gizlətməklə məşğul olur”. Ermənistanda belə hesab edilir ki, savaş başlasa, Azərbaycan tərəfi onlara daha sarsıdığı zərbə vuracaq. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də təsdiq edir. O, Azərbaycan Ordusunun Naxçıvanda son əməliyyatlar nəticəsində qarşısına qoyduğu bütün məqsədlərə çatdığını bildirir: “Əlbəttə ki, Azərbaycanın ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar. Bütün bunlara baxmayaraq, döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texinkası hesabına qısa müddətdə ermənilər geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu”.

Politoloq bildirib ki, strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır: “Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək imkanlarını təmin edən ərazi artıq ordumuzun nəzarətindədir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək”. Beləliklə, Azərbaycan düşmən tərəfə yeni və kifayət qədər sərt sarsıdıcı zərbələr vurub. Burada onu da nəzərə alaq ki, bu gün Ermənistan sistemli böhran yaşayır, inqilabdan çıxdıqdan sonra lap ağır vəziyyətə düşüb. Eyni zamanda, yaratdığı qondarma rejimdə də çox dərin siyasi kataklizmlər yaşanmaqdadır. Belə olan vəziyyətdə ordumuzun yeni həmlələri Ermənistanın çöküşünü daha da sürətləndirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ