Cümə axşamı günü, 12 noyabr 2026
     

Paşinyanın nazirinin Moskvanı Qarabağ pozuculuğuna çəkmək cəhdi iflas oldu

Image


Ermənistanda uzun illər boyu qanunsuz yollarla hakimiyyətə sahiblənmiş və kütləvi etiraz aksiyaları nəticəsində istefaya məcbur edilmiş hərbi-cinayətkar xuntanın miras qoyduğu ən böyük problemlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısının alınması oldu. Faktdır ki, Serj Sarkisyan iqtidarı qeyri-konstruktiv mövqeyi ilə problemin dinc müstəvidə həllinə imkan vermədi.

Ermənistanda hakimiyyət dəyişiklyindən sonra da məsələnin dinc yolla həllinə ümidlər azdır. Buna əsas səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın cəfəng bəyanatlar səsləndirməsi, xüsusən də separatçı rejimi danışıqlara cəlb etmək niyyətidir. Özü də edilən xəbərdarlıqlara baxmayaraq, o, sərsəm mövqeyindən hələ də əl çəkmək istəmir. Məsələ bundadır ki, Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı yenidən bu mövzuya toxunaraq, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacağını, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqların effektiv olmayacağını iddia edib.  Paşinyan bir daha qondarma “DQR”in danışıqlar prosesində iştirakı məsələsindən danışıb. Bildirib ki, bunsuz danışıqlar effektiv olmaz. Paşinyana görə, Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi yenilik deyil. O iddia edir ki, bu məsələ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində təsbit olunub:  “1998-ci ildən sonra Ermənistan nümayəndələri Qarabağın da adından danışıqlar apardı. Robert Köçəryan əvvəl Qarabağın “prezidenti” olmuşdu, Serj Sarkisyan isə Qarabağın özünümüdafiəsinin təşkilatçılarından biri olub. Nəticədə bizim necə yanaşmağımızdan asılı olmayaraq, onlar danışıqlar aparmaq mandatını əldə edə, yaxud bunu öz adlarına yaza bilərdilər. Lakin mən qətiyyən özümə belə səlahiyyətlər rəva görə bilmərəm. Bunun üçün nə hüquqi, nə də mənəvi əsaslarım var. Dağlıq Qarabağ əhalisi Ermənistanda hakimiyyətin formalaşdırılmasında iştirak etmir. Onun özünün “hökuməti” və “prezidenti” var”. Ermənistan baş nazirinin fikrincə, danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər “əsassızdır”, ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır:  “Deməli, Azərbaycan prezidenti İlham Əliyev onların da adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak ediblər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyib, deməli, Ermənistan hakimiyyəti onları təmsil edə bilməz”. Baş nazir bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Minsk Qrupu çərçivəsində danışıqlara hazırdır, amma bu danışıqlar effektiv olmalıdır.

Xatırladaq ki, Nikol Paşinyan baş nazir seçiləndən dərhal sonra Dağlıq Qarabağa səfər edərək qondarma rejimin danışıqlarda iştirakı məsələsini qaldırmışdı. Rəsmi Bakı bu mövqeyi qəbuledilməz sayır və bildirir ki, belə hal danışıqlar prosesini pozmağa yönəlib. İndi isə Paşinyan bu qəribə, siyasi peşəkarlıqdan uzaq yanaşmasını daha da inkişaf etdirərək qeyd edir ki, Sarkisyandan, Köçəryandan fərqli olaraq qarabağlı deyil. Deməli, Dağlıq Qarabağın adından danışa bilməz. Bütün bunlar isə kifayət qədər gülünc və əsasızdır. Eyni zamanda məntiqdən də uzaqdır. Paşinyan Qarabağ separtçılarını ayrı tərəf kimi qəbul edirsə, onda nəyə görə Ermənistanı hərbi bazaları işğal olunmuş ərazilərdə yerləşir? O cümlədən, separatçı rejimin büdcəsi də Ermənistan hesağbına formalaşır, buradakı insanlar Ermənistan pasportu daşıyır. Hamıya aydındır ki, separatçılar əslində İrəvan tərəfindən idarə olunur. Paşinyan bütün bunları rədd edirsə, o halda Ermənistan separatçı rejimə dəstəyi kəsib ordusunu buradan çıxarmalıdır. Belə vəziyyətdə Azərbaycan Qarabağ məsələsinin həlli üçüqn buradakı erməni vətəndaşları ilə birbaşa danışıqlar apara bilər.

Paşinyanın Qarabağın azərbaycanlı icması barədə dedikləri də cəfəngdir. Çünki bu insanlar Azərbaycan vətəndaşı olduqlarından, seçkilərdə iştirak edib kimə istəyirlərsə, onlara səs verə bilərlər. Qarabağ məsələsi həll olunduqdan sonra burada yaşayan Azərbaycanın erməni əsilli vətəndaşları da ölkəmizdə istədikləri şəxsə səs verə bilərlər. Bu səbəbdən Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamalar münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu xüsusda bildirir: “Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır.

Danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir”.

İndi erməni tərəfi Azərbaycanın bu mövqeyindən lazımi nəticə çıxarmasa, düşmənə yeni aprel dərsləri vermək lazım gələcək. Hesab edilir ki, indilikdə məsələyə Minsk Qrupunun da lazımi reaksiya göstərməsi önəmlidir. Çünki Paşinyan məlum yanaşması ilə əslində Minsk Qrupuna, danışıqlar formatına da hörmətsiz bir mövqe sərgiəlyir.

Fikirlər də səslənir ki, Paşinyanın bu sərsəmləmələrinin kökündə həm də onun “Qarabağ klanı“ ilə savaş vəziyyətində olması dayanır. Məsələ burasındadır ki, hakimiyyəti devirən Nikol Paşinyanın “baş nazir”liyinin bir ayı tamam olmamış ölkədə qisasçılıq aktları başlayıb. “Qarabağ klanı“ Nikol Paşinyana qarşı açıq gedişlər etməkdə, onun mövqelərini zəiflətməyə çalışmaqdadır. Bu xüsusda  “Qarabağ klanı“ adından növbəti etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə etiraz edib. Onun fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın Baş Qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb.  Bundan başqa, Serj Sarksiyana bağlı kadrların vəzifədən uzaqlaşdırılması, həbsə atılması da vəziyyəti qəlizləşdirir. 

Bu arada Xankəndidə yaşanan olalar da “Qarabağ klanı“ ilə Ermənistan erməniləri arasında qarşıdurmanını tədricən pik həddə çatdığını göstərir. Xatırladaq ki, iyunun 1-də Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub və bununla əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunurdu. Ancaq bu hadisə etirazlar üçün qığılcım rolunu oynayıb. Məlum olub ki, separatçı rejimin “güc strukturlarının rəhbərləri” və onların ailə üzvləri davranışları ilə bölgədəki erməniləri girov vəziyyətinə salıblar. Ekspertlər isə bildirir ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinin devrilməsi Qarabağda onun tərəfdarları üçün də ciddi problem yaradıb. Qarabağdakı ermənilər bildirir ki, indiyədək bölgədə qorxu hakim idi. Lakin artıq vəziyyət dəyişir. Digər tərəfdən baş verənlər fonunda fikirlər də səslənir ki, olaylar ermənilərin öz aralarında qarşıdurmanı daha da dərinləşdirəcək və düşmən tərəfi daha zəif duruma salacaq. Ekspertlər bu fonda hesab edirlər ki, Xankəndidəki etirazlar qabaqcadan planlaşdırılmış siyasi sifarişdir. Belə ki, etirazların əsas məqsədi Serj Sarkisyanın yaxın adamı olan separatçı Bako Saakyanı devirməkdir. Bununla “Qarabağ klanı“ tam sıradan çıxarlı bilər. Hazırda erməni mediası da yazır ki, qarabağda baş vernələrdən Paşinyan öz məqsədləri üçün istifadə etməyi düşünür. O hesab edir ki,  Ermənistanda hakimiyyət dəyişilibsə, bunun Qarabağda da təkrarlanması vacibdir.  Çünki Paşinyan “Qarabağ klanı“na qarşı əsl savaş başladıb. Hətta Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı təhqiqatın aktiv mərhələsinə başlayıb. “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən xidmətin 1 mart təhqiqatıyla bağlı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da dindiriləcəyini yazıb. Qeyd edək ki, 2008-ci ilin martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Köçəryanın bu addımının araşdırılmasına Serj Sarkisyanın hakimiyyəti dönəmində izn verilməyib. Artıq Ermənistan hüquq-mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri, general-mayor Qriqor Qriqoryanı dindirib. “Jamanak” qəzetinn iddiasına görə, Qriqoryan dindirilmə zamanı etirazçılara atəş əmrini eks-prezident Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib. General şəxsi təhlükəsizliyi üçün Köçəryanın danışığını gizli şəkildə qeydə aldığını da deyib və səs yazısını istintaqa sübut kimi verə biləcəyini vurğulayıb. “Qarabağ klanı“na qarşı bu addımlar isə Ermənistanda vəziyyətin qarşıcağını istsina etmir.

 “Qarabağ klanı“na yaxın olan bütün ermənilərin Katolikosuna qarşı baş verənlər də xüsusi diqqət cəlb edir. Qeyd deək ki, İrəvanda bütün ermənilərin Katolikosunun iqamətgahının yeni binasının yerləşdiyi Katoqike Surb Astvatsatsin kilsəsinin qarşısından izdihamlı etiraz yürüşü keçrilib.  

Etiraz aksiyasının iştirakçıları tələb edib ki, ikinci Qaregin Ali patriarx və bütün ermənilərin Katolikosu adından imtina etsin. Etiraz edənlər arasında ruhanilər də yer alıb. Dini qurumun dəftərxanasının kahini Baqram Melikyan öz sosial şəbəkə səhifəsində yazıb ki, Katolikos etiraz edənlərlə görüşməyə hazırdır: “Bütün ermənilərin Katolikosu adından etiraz edənlərə qədim paytaxt olan Müqəddəs Eçmiədzinə baş çəkmək və ikinci Qareginlə görüşmək barədə dəvət çatdırılıb. Etiraz aksiyası nümayəndələrinin öz şikayətlərini və suallarını şəxsən Katolikosun özünə təqdim etmək imkanı olacaq”. Amma Ermənistanın ən ali dini liderinə qarşı etiraz aksiyasının iştirakçıları bildirblər ki, görüş açıq formatda keçiriləcək. Qeyd edək ki, ikinci Qaregin bütün ermənilərin Katolikosu və Ali patriarx postuna 1999-cu ildə seçilib. Onun Ermənistanda və xaricdə böyük biznesinin olduğu isə heç kimə sirr deyil. Hətta bir müddət əvvəl Qareginin adı İsveçrənin HSBC bankının hesablarında ortaya çıxıb. Bankın açıqladığı siyahıda Ermənistan 10 nəfərlə yer alıb. Məlumatlara görə, onlardan 4-ü erməni əsilli və ya vətəndaşlığındadır.  Məlumata görə, təkcə 2006-2007-ci illərdə “ikinci Qaregin Nerses” adlı şəxsi hesaba 1,1 milyon dollar qoyulub. Qareginin adı ilk dəfə 2000-ci ildə HSBC bankının müştəri siyahısında ortaya çıxıb. İndinin özündə də Ermənistanda bəzi biznes sahələri bu şəxsin nəzarətindədir. Bütün bunlarla isə ermənilər barışmaq istəmir. Baş verənlər hökumət başçısı Nikol Paşinyanı da ciddi narahat edir. Məsələ burasındadır ki, küçələrdə “öz fikrini ifadə etmək azadlığı” adı altında mitinqlər təşkil edə-edə hakimiyyətə gələn bu şəxs indi mitinqlərin işə ziyan vuracağından danışır. Amma indi erməni cəmiyyətinin beyninə yeriyib ki, ədalətin açarı küçə mitinqlərinə bağlıdır. Bu səbəbdən ölkədə aksiyalar səngimir. Belə vəziyyətdə Paşinyan Qarabağ məsələsində sərsəm mövqe sərgiləməklə vəziyyəti gərginləşdirməyə çalışır. Əsas məqsəd isə bu halda hadisələri hərbi müstəviyə daşımaq və diqqəti Ermənistan daxilində gərgin vəziyyətdən yayındırmaqdır. Amma bu hal Ermənistanın özünə daha çox zərər vurur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ