Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək yeni məqamlar üzə çıxır – qondarma “DQR”də “hökumət” parçalanıb, Rusiya Ermənistandan əlini üzür, “Sorosun uşaqları” isə...

Image


Azərbaycanın işğal edilmiş bölgəsində ermənilərin qondarma rejimə qarşı aksiyası və Ermənistanın yeni hakimiyyətinin Rusiyanın bölgədə maraqlarına zidd siyasət yürütməsi Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərən yeni mühüm faktorlar sayılır. Belə görünür ki, ermənilər öz aralarında həm qarşıdurmanı artıracaq, həm də Qarabağ konfliktində yeni vəziyyət yaradacaq. Düzdür, indilikdə zəbt olunmuş ərazilərdə aksiyalar müvəqqəti olsa da dayandırılıb. Amma elə ermənilər özləri etiraf edir ki, vəziyyət hər an yenidən qarışa bilər.

Erməni siyasi şərhçi Tevos Arşakyan bildirir ki, Xankəndidə ermənilərin ayağa qalxması bir sıra yeni maraqlı məqamların da üzə çıxmasına rəvac verib. Söhbət ilk növbədə Qarabağ ermənilərinin onlara əsas təhlükənin Azərbaycandan yox, elə separatçı rejimdən gəldiyini görmələrindən gedir. Ekspert diqqəti ona yönəldir ki, Ermənistandakı “Qarabağ klanı”, konkret olaraq, Serj Sarkisyan və Robert Köçəryan tərəfindən Qarabağa “rəhbər” təyin edilən Bako Saakyan çoxillik hakimiyyəti ərzində qorxu aparatı yaradıb: “Yoxsulluq, korrupsiya, bir neçə generalın “müharibə yalanları” adı altında yaratdıqları idarəçilik və sair buradakı insanları bezdirib. Qarabağdakı ermənilər artıq orada yaşaya bilmir. İnsanlar qorxu içində yaşayır və əla anlayırlar ki, Saakyan narazıların nazı ilə oynamayacaq, əksinə, onları amansızca cəzalandıracaq. Amma İrəvanda baş verən inqilabdan sonra Xankəndidəki ermənilər illərdir üzərlərində olan qorxu atmosferini dağıda bildilər.  Keçirilən etiraz aksiyası Xankəndidəki rejimi qorxuya salıb. İnsanlar rejimin indiyə qədər yaratdığı “Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı” “Azərbaycan təhlükəsi”ni qabardaraq, insanları qorxu altında saxlayırdı. “Biz olmasaq, türklər sizi öldürəcək”-  onların şüarları belə idi. Lakin zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu dəf etdilər”.
Digər erməni şərhçi Naira Ayrumyan isə yazır ki, əslində Xankəndidəki rejim “aprel müharibəsi”ndəki məğlubiyyətdən sonra getməli idi. Onun sözlərinə görə, “aprel müharibəsi”ndə məğlub olan Ermənistanda ümumiyyətlə, “Qarabağ klanı” hakimiyyətə əlvida deməli idi: “Lakin onlar getmədilər və günahı başqalarının üzərində atdılar. Yəqin ki, çoxları müharibədən sonra Xankəndindəki qapalı toplantını xatırlayır. Sarkisyan həmin toplantıda ərazilərin qaytarılmasından başqa yolun olmadığını deyirdi. Lakin qoca-qoca generallar – o generallar ki, bu gün Xankəndində insanları amansızcasına məhv edir – etiraz edir və əraziləri qaytaracaq şəxsi güllələyəcəklərini bildirirdilər”. Amma indi vəziyyət dəyişir.  “Qarabağ klanı”nın zəifləyən mövqeyi qarşı tərəfdə konflitkin həllinə baxışları dəyişir.

Bu arada isə yayılan məlumatlar göstərir ki, Ermənistandan sonra zəbt olunmuş ərazilərdə də “Qarabağ klanı”nın çöküşü sürətlənir. Belə ki, Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib. Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib. Bundan əlavə, Qarabağ separatçılarının “polis rəisi”, “general” Kamo Ağacanyan da istefaya gedib. Ağacanyan istefasına səbəb kimi Qarabağda daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib. O, artıq istefa ərizəsini separatçıların lideri Saakyana verdiyini bildirib. Digər bir məlumata görə isə, separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır. Separatçı rejimin “Milli dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan “Facebook”da canlı yayıma çıxaraq Qarabağdakı ermənilərə xəbərdarlıq edib. Bildirib ki, baş verəcək silahlı üsyana hazır olsunlar və onun qarşısını almaq üçün qəti şəkildə fəaliyyətə keçsinlər.  Qriqoryan həmçinin vurğulayıb ki, qondarma qurumun “baş naziri” Araik Arutyunyanın istefa verməsi elə-belə deyil. Onun sözlərinə görə, məhz silahlıların təzyiqilə Bako Saakyan onu istefaya göndərib. Və əvəzində Qarabağ ermənilərinin narazı olduğu və istefasını tələb etdikləri “MTX-nin rəisi“ Arşavir Qaramyanı təyin edəcək: “Bununla da, son günlər Qarabağda baş verən məlum hadisələrin faktiki səbəbkarları nəinki vəzifədən uzaqlaşdırılmayacaq, hətta hakimiyyəti ələ keçircək”. Xatırladaq ki, iyunun 1-də Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub və bununla əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunurdu. Ancaq bu hadisə etirazlar üçün qığılcım rolunu oynayıb. Məlum olub ki, separatçı rejimin “güc strukturlarının rəhbərləri” və onların ailə üzvləri davranışları ilə bölgədəki erməniləri  girov vəziyyətinə salıblar. İndi bu hadiəsəni törədənlərin başında duran Arşavir Qaramyanın separatçı rejimdə yeni posta təyini Qarabağda etiraz aksiyalarını yenidən alovlandıracaq. Bu da “Qarabağ klanı”nın zəbt olunmuş ərazilərdə də çöküşünü sürətləndirən ciddi amil sayılır. “Qarabağ klanı”nın gedişi isə, qeyd olunduğu kimi, Qarabağ konfliktinin həllini sürətləndirə biləcək faktor hesab olunur. 

Ermənistanın yeni hakimiyyətinin Rusiyaya qarşı mövqeyi də Qarabağ məsələsinin həllini tezləşdirəcək amillərdən sayılır. Çünki bu şəraitdə Rusiya artıq Ermənistanın müdafiəsinə lüzum görmür. Moskva nəzərə alır ki, yeni Ermənistan hakimiyyəti tədricən Qərbə meyllənir. Rusiyalı politoloq Oleq Kuznetsov qeyd edir ki, Ermənistan bu gün Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır: “ Paşinyan da Saakaşvili kimi Rusiyanın ölkəsindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: Birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə, Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”. Kuznetsov hesab edir ki, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya yaşıl işıq yandıracağı ehtimalını artırır: “Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.

Rusiyanın “Rosbalt” agentliyi də eyni mövqeni bölüşür və bir müddət öncə Azərbaycan ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurması fonunda yazır: “Münaqişə zonasında baş verənlər deməyə əsas verir ki, Azərbaycan ərazilərin azad edilməsi ilə bağlı yeni strateji taktikaya keçir. Hökumətini əsasən rusofoblar və “Sorosun oğlanları” (onların bəziləri hətta Rusiyanın ünvanına ədəbsiz fikirləri ilə yadda qalıb) ilə dolduran Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini və tanınmamış “DQR”in də iştirakını tələb edir. Bakı qəti şəkildə buna razı deyil və Paşinyanın istəyi danışıqlar prosesinin davamına güclü şəkildə ziyan vurur. Bütün bunların fonunda Qarabağda inqilab vəziyyəti yetişir. Düzdür, aksiya Paşinyanın çağırışı ilə dayandı, lakin bu prosesdə İrəvandakı inqilabın təzahürləri aydın görünür və qərbyönümlü Paşinyanın rolu var. Moskva ehtimal ki, artıq Ermənistanın Nazirlər Kabinetinin tərkibi haqqında dəqiq təsəvvürə malikdir. Və çətin ki, Paşinyan Rusiyanı “qərbyönümlü” olmadığına inandıra biləcək. Erməni hökumətində “Sorosun qulaqları” yerləşdirilir. Belə olan halda Moskva Paşinyana, yoxsa Əliyevə etibar edəcək? İndiki situasiyada “top” Azərbaycanın “sahəsində”dir. Belə olan halda ermənilərin yeganə yolu Bakı və Moskvanın “arasını vurmaqdır”. Rusiyada bəzi analitiklərin çıxışları təsadüfi deyil və bunlar anlamağa imkan verir ki, Rusiya Xarici İşlər Nazirliyində güclü erməni lobbisi mövcuddur. Bu arada, Azərbaycan KİV-i Rusiya XİN-ni ermənilərə işləməkdə ittiham edir, ermənilər də Lavrovun və Rusiya Müdafiə Nazirliyinin Bakının maraqlarına xidmət etdiyini iddia edir. Lakin niyə belə sual yaranmır ki, “Qarabağ postsovet məkanında ABŞ-dan birbaşa maliyyə yardımı alan yeganə tanınmamış respublikadır?”. Bir sözlə, kimin kimi dəstəklədiyini demək çətindir”.

Məqalədə iyunun 7-də Moskvada Sergey Lavrovla Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyanın görüşünə diqqət çəkilir və qeyd olunur ki, tərəflər Qarabağ problemini və Xankəndidəki son hadisələri müzakirə edəcək: “Bakı əvvəlcədən substantiv danışıqların keçirilməsinə hazır olduğunu bəyan etdi. Azərbaycan XİN-in sözçüsü bildirdi ki, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin evlərinə qayıdışı təmin edilməlidir. İrəvan buna razı olmur, buna görə də sövdələşməyə gedəcək. Lakin hansı “kozırlarla”? Güman ki, İrəvanın “kozır”ı “DQR”in danışıqlarda iştirak etməməsi bəhanəsi olacaq. Digər tərəfdən, İrəvan Qarabağın müstəqilliyini tanıyacağını irəli sürəcək. Lakin buna getməyə çəkinəcək, çünki bu, Azərbaycanla müharibənin başlanması deməkdir. Paşinyanın sələfi Sarkisyan bunu yaxşı anlayırdı. Güman ki, Paşinyan vaxtı uzadacaq, manevrlər etməyə cəhd edəcək və həll prosesinin qarşısını alacaq. Mnasakanyan Lavrovla görüşündə də “DQR”in danışıqlarda tərəf kimi iştirakını gündəmə gətirəcəyi gözlənir. Beləliklə, münaqişə getdikcə dalana girir. Lakin Azərbaycan öz ərazilərinin qaytarılmasını addım-addım həyata keçirməyə davam edəcəksə, hər şey qəfil dəyişə bilər”. Bütün bunlar isə Qarabağ məsələsində artıq yeni vəziyyət yaradır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ