Cümə axşamı günü, 12 noyabr 2026
     

İran müharibə gözləyir, İsrail fəal hazırlaşır...

Image


İranın yenidən uranın zənginləşdirilməsi üçün potensialın artırılması prosesini başlatması ABŞ və İsraildə ciddi narahatlığa yol açıb. İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvəndinin sözlərinə görə, Tehran uranın zənginləşdirilməsi üçün potensialın artırılması ilə bağlı MAQATE-ni məlumatlandırmaq niyyətindədir. O, İranın bu addımı ehtiyac yaranacağı təqdirdə lazım olan hədəfə tez çatmaq üçün atdığını bildirib. Kamalvəndi İranın uranın zənginləşdirilməsini qısa müddətdə 20%-ə qaldıra biləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə İranın Ali dini lideri Əli Xamneyi ölkəsinin nüvə fəaliyyətindən əl çəkməyəcəyini açıqlayıb. O bildirib ki, İranın həm sanksiyalar altında qalmasını, həm də nüvədən əl çəkməsini istəmək təzaddır. Əli Xameneyi yaranmış vəziyyətdə İranın nüvə proqramınını hərbi yolla durdurulmasına dair istənilən cəhdə də lazımi cavab veriləcəyini bəyan edib. O, İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: “Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik”.

Onun sözlərinə görə, bəzi Avropa ölkələri İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyir: “Mən bu dövlətlərə deyirəm: sizin xəyallarınız gerçəkləşməyəcək”. Ayətullah Xamneyi qeyd edib ki,  İran xalqı və dövləti nə sanksiyanın olmasını, nə də “nüvə texnologiyasının həbsini” qəbul edəcək: “İranın Atom Enerji Təşkilatı borcludur  ki, tez bir zamanda  Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində  sentrifuqaların sayının 190 min izotop ayırma qabiliyyətinə çatdırılması üçün işlərə başlasın”.

Yaranmış vəziyyət daha çox İsraili narahat etməkdədir. Burada hesab edilir ki, İranın nüvə proqarmı yalnız hərbi yolla dayandırıla bilər. İsrailin ekologiya və Qüds məsələləri üzrə naziri Zeyev Yelkin bildirib ki, ölkəsi  İranla münasibətlərdə indiki gərginliyin hərbi münaqişəyə keçmə risqini görür: “Risq həmişə mövcuddur, çünki İran açıq bildirir ki, hədəfi İsrail dövlətini məhv etməkdir”. Onun sözlərinə görə, İran, iqtisadi çətinliklərə baxmayaraq, Suriya ərazisində hərbi layihələrə, həmçinin Livanda “Hizbullah” qruplaşmasının silahlandırılmasına böyük vəsaitlər qoyur: “Bu gün “Hizbullah”ın əlində dünyanın ən böyük raket ordularından biri var. Və bu, dövlət deyil, terror təşkilatıdır. Bunların hamısı İranın pulu ilə hazırlanır. Biz onunla barışa bilmərik ki, Suriya ərazisində, sərhədlərimizin yaxınlığında yerləşdirilən İran raketləri vətəndaşlarımızın təhlükəsizliyini hədələsin. Biz buna imkan verməmək üçün hər şeyi edəcəyik”. Rusiyalı siyasi şərhçi Denis Korkodinov da bildirir ki, İran-İsrail münaqişəsinin eskalasiyası qaçılmazdır. O hesab edir ki, Hazırda Təl-Əviv və Tehran arasında münaqişənin alovlanması üçün üç əsas aspekti göstərmək olar. Onun sözlərinə görə, birincisi, 2018-ci il aprelin 13-dən 14-nə keçən gecə Suriyadakı İran hərbi bazalarına hücum İsrail Nazirlər Kabinetində sevinc doğurmadı: “Rəsmi Təl-Əviv hücum nəticəsində İranın Suriya sərhədlərindən geri çəkiləcəyini gözləyirdi, ancaq beynəlxalq koalisiyanın İran mövqelərinə zərbələri simvolik xarakter daşıdı. Vaşinqton Fransa və Böyük Britaniyanın dəstəyi ilə İran mövqelərinə sarsıdıcı zərbə endirə bilmədi. Ayətullah rejimi Suriyadakı qüvvələrini qısa zamanda bərpa etdi. Bundan başqa, Ağ Evin Tehranla nüvə sazişini ləğv etməsi İngiltərə, Fransa və Almaniyanın Donald Trampa müxalif mövqedə dayanmasına gətirib çıxardı. Onlar nüvə razılaşmasının saxlanmasının tərəfdarıdır. Bu hadisə Benyamin Netanyahunun planlarına aid deyildi. O, bu vəziyyətdə Suriyadakı müharibədə beynəlxalq koalisiyanın dəstəyindən məhrum ola bilərdi”. Korkodinov əmindir ki, Donald Trampın uğursuz siyasətinə ümid İsrail rəhbərliyinin nikbinlikdən uzaqlaşmasına səbəb olub, çünki istənilən vaxt Vaşinqton konyunktur mülahizələrini rəhbər tutaraq Təl-Əvivlə münasibətlərini dəyişə bilər: “Netanyahu yaxşı bilir ki, ABŞ-dan başqa o, Almaniya, Fransa və Böyük Britaniya ilə əməkdaşlıq etməlidir. Onu da qeyd etmək olar ki, Bəşər Əsədin hərbi nailiyyətləri İsrailin Suriyadakı fəaliyyəti üçün mühüm maneələr yaradır.  Daha dəqiq desək, İran-İsrail münaqişəsinin eskalasiyası yeni beynəlxalq ittifaqın yaradılmasına səbəb olacaq ki, burada ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və Rusiya mühüm rol oynayacaq”. Ekspert əlavə edib ki, hazırkı şəraitdə İsrail öz əhəmiyyətini hiss edir: “Vaşinqton Donald Trampın simasında beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdi ki, İran nüvə proqramını inkişaf etdirsə, böyük müharibə olacaq. Bununla yanaşı, ABŞ Qüdsü İsrailin paytaxtı elan etdi. Təl-Əviv bu şəraitdə əmin oldu ki, bütün dünyada yəhudi mərasimlərinin dövrü başlayıb”. Şərhçi qeyd edib ki, bu əminliyin yaradılması Donald Trampa İsrailin Suriyadakı müharibəni yenidən qızışdırması üçün vacib idi: “Və bu, amerikalıların yəhudilərə sevgisini göstərmir. Hazırda Vaşinqton onlardan öz məqsədləri üçün istifadə edir. Lakin “Suriya konserti” Vaşinqtonun planı üzrə getməsə, bundan ilk əziyyət çəkən İsrail olacaq. Hazırda Tehran Təl-Əvivin texniki və hərbi imkanlarını yaxşı araşdırıb. Bu bilgilər düşmənə həlledici zərbə vurmaq və qüvvələri çevik səfərbər etməkdə İran üçün çox vacibdir. 

Vəziyyət hələ ki, çox gərgin deyil. Ancaq bu hər an dəyişə bilər: İran müharibə gözləyir, İsrail isə buna fəal hazırlaşır...”

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ